Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Qırmızı Xaç İrəvanla birgə saxta “429 itkin” oyununa başladı...

Image


Akif Nağı: “BQXK-nin Ermənistan nümayəndəliyinin ortaya atdığı rəqəm həqiqəti əks etdirmir, bu qurama bir məsələdir”

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyi açıq-aşkar təxribatla və dezinformasiya ilə məşğul olur. Bu təşkilat iddia edir ki, guya 2020-2023-cü illərdə Qarabağda 429 nəfər erməni “itkin düşüb”, hələ onlardan bir məlumat yoxdur. Guya onlar münaqişənin gedişində “itkin düşüblər”.

BQXK-nin Ermənistan nümayəndəliyinin yaydığı məlumata görə, 62 ailə itkin düşmüş qohumlarının taleyinin öyrənilməsi xahişi ilə BQXK-ya müraciət edib və axtarış sorğusu verib. Ailələrdən alınan ifadələrə görə, guya 2020-2023-cü illərdə “münaqişənin qızışması” nəticəsində bu qədər insan itkin düşüb və qurum da onların sorğusuna əsasən araşdırma aparır. BQXK-nin Ermənistan nümayəndəliyinin bu iddiası həqiqətən də özündə başqa mətləbləri, daha çox yalanı və dezinformasiyanı əks etdirir. İndiyə qədər “itkinlərin” sayı haqda danışmırdılar, indi niyə bu rəqəmi ortaya atırlar? BQXK-nin Ermənistan nümayəndəliyi bununla nə demək istəyir? İtkin düşdüyü iddia olunan 429 nəfər necə Azərbaycanda ola bilər? Demək istəyirlər ki, guya onlar “həbsdədir”, “girov götürülüblər”, onların özləri kimi öldürüb basdırmışıq? Bu əsassız iddianı hansı məqsədlə irəli sürürlər? Onlar gedib öz itkinlərini Azərbaycanda yox, Ermənistan ərazisində axtarsınlar. Guya itkin düşdüyü deyilən 429 nəfərin, bütövlükdə bu rəqəmin altında Ermənistan və BQXK-nin Ermənistan nümayəndəliyi hansı oyunu oynamaq istəyir?

“Saxta iddialar səsləndirməklə erməni əsilli şəxslərin Bakı məhkəməsinə kölgə salmaq və bizə təzyiq göstərmək məqsədi güdürlər”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, bütün bu proseslər beynəlxalq təşkilatların və ermənilərin oynadığı oyundur. A.Nağının fikrincə, onlar müxtəlif vasitələr, yollar axtarırlar ki, Azərbaycana təzyiq etsinlər, çünki Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbəni heç cür həzm edə bilmirlər. “Bu səbəbdən də ortaya müxtəlif saxta informasiyalar atırlar. Ermənistanın hakimiyyəti var, amma hakimiyyət indiyə qədər bir rəqəm ortaya qoymayıb ki, 2020-2023-cü illər ərzində hansısa sayda erməni guya itkin düşüb. Ermənistan hökumətinin bu barədə heç bir rəsmi açıqlaması olmayıb. BQXK-nin Ermənistan nümayəndəliyinin ortaya atdığı rəqəm həqiqəti əks etdirmir, bu qurama bir məsələdir. Bu, BQXK-nin Ermənistan nümayəndəliyinin növbəti ssenarisidir və erməniləri təhrik edirlər ki, “siz biz dediklərimizi səsləndirin, sizin ifadələriniz əsasında Azərbaycana təzyiq edək, hansısa iddialar irəli sürək”. Azərbaycan bu təxribatları, bu oyunları bilir və dəfələrlə mövqeyini ortaya qoyub, buyurub faktları desinlər, siyahını təqdim etsinlər ki, “itkin düşənlər” kimlərdir, adları, soyadları nədir. Amma Ermənistan tərəfi heç bir siyahı da verməyib, heç bir mövqe də göstərməyib. Bu olmadığı halda ortaya BQXK-nin Ermənistan nümayəndəliyi qondarma bir rəqəm atıb. Biz buna bir tərəfdən BQXK-nın oyunları kimi yanaşırıq, ortada o komitəni yaradanların, onu idarə edənlərin oyunbazlığını görürük, onlar bu cür saxta məsələlərdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir, şər-böhtan kampaniyası aparırlar. Onu da ehtimal etmək olar ki, bu saxta rəqəmlər və kampaniyalar əsasında hansısa beynəlxalq təşkilatlar Azərbaycana qarşı bir sənəd də qəbul etsin, guya Azərbaycan itkin düşənlər haqqında məlumat vermir və sair. Halbuki, belə şeylər yoxdur. Azərbaycan tərəfi ortaya birmənalı faktlar qoyur.

BQXK da USAİD kimi bir təşkilatdır, yəqin ki, onun fəaliyyəti ilə bağlı da geniş aparşırma aparılacaq. Onun fəaliyyətindəki özbaşınalıq, ayrıseçkilik və sair məsələlər uzun müddət davam edə bilməz. Bu təşkilat nə işlə məşğul olur? Bir dəfə demişəm, yenə də deyirəm, onlar Azərbaycanda bir casus yuvasıdır. Onlar burda oturub nə iş görürlər? Birinci Qarabağ müharibəsində Azərbaycanın 4 minə yaxın vətəndaşı itkin düşüb. Əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlılarla bağlı BQXK indiyə qədər bir iş görməyib, çağırış etməyib, bu məsələni ictimailəşdirməyib, gündəmə gətirməyib. Çünki bu onların maraqlarına cavab vermir. Azərbaycan tərəfi faktları ortaya qoyur, siyahını təqdim edir, amma onlar iş görmək istəmirlər”.

A.Nağının sözlərinə görə, İkinci Qarabağ müharibəsindən əvvəl Qarabağ Azadlıq Təşkilatı olaraq BQXK-nin Azərbaycan nümayəndəliyinə təzyiq də göstəriblər, ofisləri qarşısında aksiyalar da keçiriblər. “Biz o vaxt Mübariz İbrahimovun cəsədinin Azərbayacana qaytarılması ilə bağlı bu təşkilata qarşı tələblər irəli sürürdük, aksiyalar keçirirdik. Hər dəfə də qarşımıza bir azərbaycanlı xanım çıxırdı, səhv etmirəmsə, İlahə Hüseynova adlı bir əməkdaş idi, o deyirdi ki, bizim buna ixtiyarımız yoxdur, heç yerə gedə bilmərik, heç nə edə bilmərik. Sonra da Şahbaz və Dilqəm əsirlikdə olanda onların geri qaytarılması tələbi ilə aksiya keçirdik, içəri keçib onların nümayəndələri ilə görüşmüşdük ki, bizim əsirlərlə bağlı ortaya bir məlumat çıxarın ki, ermənilər bunları nə üçün qondarma ittihamlarla orda saxlayırlar. Hər dəfə də üzərlərinə heç bir məsuliyyət götürmürdülər, bunun onların funksiyasıa daxil olmadığını deyirdilər. Bu məsələ BQXK-nın “funksiyasına daxil” deyildisə, indi nə oldu ki, birdən-birə BQXK-nin Ermənistan nümayəndəliyi erməni “itkinləri” axtarır, ortaya saxta rəqəmlər qoyur, bununla bağlı xüsusi görüş keçirir, açıqlama verir? Demək burda qərəzli münasibət var. Bunun bir tərəfi BQXK ilə bağlı məsələdir ki, onu da dedim. Necə ki, Amerikada USAİD ifşa olundu, indi məlum olur ki, bunların 10 mindən artıq işçisi varmış, adları da QHT kimi gedir. 10 min işçini USAİD hansı mənbələrdən maliyyələşdirirmiş? Eyni zamanda BQXK-nin bütün dünyada büroları var və burada kifayət qədər insan çalışır, əməkdaşlarının sayı çoxdur. Yaxşı, bu işçiləri hansı mənbədən maliyyələşdirir, onlara bu vəsaiti kim verir, pulu hardan alırlar? Deməli, bu qurum da casus yuvasıdır, müəyyən dövlətlər onlardan öz məqsədləri üçün istifadə edir. Yəqin bunların üstü açılacaq, bu təşkilat da ifşa olunacaq ki, bunların fəaliyyətinə heç bir ehtiyac yoxdur. BQXK bir QHT, bir humanitar təşkilat kimi o vaxtlar İsveçrədə meydana gəlmişdi, sonra bir “bədheybətə” çevrildilər ki, guya bütün məsələləri bu təşkilat həll edir. Sübut edirlər ki, hansısa dövlətlərin, hansısa mərkəzlərin əlində alətdirlər”.

A.Nağı qeyd etdi ki, burda məsələnin bir tərəfi bu komitə ilə bağlıdırsa, o biri tərəfi ermənilərlə bağlıdır. A.Nağının sözlərinə görə, ermənilər özlərini “sülhpərvər xalq” kimi qələmə verirlər, “obyektiv” danışıqların tərəfdarı olduqlarını iddia edirlər, Azərbaycanı ittiham edirlər ki, Azərbaycan sülh məsələsində guya maraqlı deyil.

Ermənilərin dövlət səviyyəsində saxta ittihamları ortaya qoyduqlarını deyən A.Nağı bildirdi ki, bununla sülh prosesinə mane olurlar, sülh müqaviləsi imzalamaq istəmirlər, məsuliyyətdən qaçırlar, Azərbaycana vurduqları ziyana görə təzminat ödəməkdən yayınırlar, bizə qarşı müharibəyə hazırlaşırlar, silah-sursat toplayırlar və sair. “Bir tərəfdən özlərinə yeni müttəfiqlər axtarırlar ki, Azərbaycana qarşı müharibə aparsınlar, digər tərəfdən də guya hansı saydasa itkinlərinin olduğu haqda yalandan iddia irəli sürürlər. Mənə elə gəlir ki, bunlar saxta iddialar səsləndirməklə erməni əsilli şəxslərin Bakı məhkəməsinə kölgə salmaq və bizə təzyiq göstərmək məqsədi güdürlər. BQXK və onların arxasındakı qüvvələrlə birlikdə ermənilər bu oyunu ortaya atırlar ki, məhkəmə ilə bağlı yanlış rəy yaratmağa nail olsunlar. Məqsədləri odur ki, əsassız iddialarla təzyiq göstərsinlər və Azərbaycan onlara ağır cəza verməkdən çəkinsin. Bu yalanlar ona xidmət edir ki, məhkəməyə təsir göstərsinlər. Halbuki, məhkəmə obyektiv keçirilir. İndi də məhkəməyə kölgə salmaq məqsədilə iddia edirlər ki, guya Azərbaycan itkinlər haqqında məlumat vermir”-deyə A.Nağı bildirdi.

A.Nağının sözlərinə görə, onlar nə qədər oyunlar qursalar da, nə qədər cəhd etsələr də alınmayacaq, bunun mənası yoxdur, çünki Azərbaycanın atdığı hər bir addım beynəlxalq hüquqa əsaslanır, eyni zamanda da daxili qanunlar əsasında fəaliyyət göstərir, bunlara uyğun da məhkəmə qərar qəbul edəcək. “Onların bu yalanları hər zaman bumeranq effekti ilə özlərinə qarşı çevrilib, yenə də belə olacaq”-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ