Bazar ertəsi günü, 26 oktyabr 2026
     

"Ermənistan söz verib, əməl etməsə müharibə başlayacaq"... Erməni politoloq....

Image


Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycana Zəngəzur ərazisindən dəhliz söz verib. Təmin etməsə, hərbi əməliyyatlar bərpa olunacaq. Belə bir açıqlama ilə erməni politoloq Tiqran Vardanyan çıxış edib. O iddia edib ki, sülh sazişində razılaşdırılmayan iki bənd dəhliz və Ermənistan Konstitusiyasının dəyişdirilməsidir.

ABŞ-ın Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan isə qeyd edir ki, bu məsələdə Ermənistanın Fransaya ümid bəsləməsi özünü aldatmaqdan başqa bir şey deyil: “Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda yenə dedi ki, Ukraynanı müdafiə edəcəklər – yəqin ki, bizi müdafiə etdikləri kimi. Şolts, Starmer, Bayden, Blinken, Leyen və Hollivud ulduzları hər gün Zelenskiyə baş çəkirdilər. Bütün media orqanları Zelenskini dünyaya Rusiyaya qarşı qəhrəman kimi təqdim etdilər. Qərbə Ukrayna rusları zəiflətmək üçün lazım idi. Və bütün bunlardan sonra Zelenskini danışıqlar masasına belə dəvət etmədilər. Bir milyondan çox itkidən sonra Ukrayna hətta danışıqlara da dəvət olunmadı, başqa sözlə, atıldı. Biz Ukraynanın beş faizi də deyilik. Biz onların prioritetlərinin dördüncü və ya beşinci xəttindəyik. Bu hakimiyyət daim yalan danışır, amma prezident İlham Əliyev həmişə həqiqətləri deyir. Ola bilsin ki, tezliklə Əliyevdən öyrənəcəyik ki, Zəngəzur dəhlizi ilə bağlı artıq saziş imzalanıb”. Bütün bunlara indi dünya miqyasında da xüsusi diqqət olunur. Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı bu xüsusda yazır: “Ermənistan və Azərbaycan hakimiyyətləri sülh müqaviləsinin hazırlanması çərçivəsində konkret nəyi müzakirə etdikləri və imzalanandan sonra nədən danışmağa başlayacaqları barədə mübahisə ediblər. Eyni zamanda, hər iki tərəf əmindir ki, danışıqların yekun mərhələsinə az qalıb. Azərbaycan Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov bəyan edib ki, İrəvanın manipulyasiyalarına görə Ermənistanla sülh müqaviləsi imzalamaq mümkün deyil. Onun sözlərinə görə, ABŞ-ın əvvəlki prezidenti Cozef Baydenin təzyiqi ilə Ermənistan hakimiyyəti sənədin imzalanmasını təxirə salıb. Eyni zamanda, siyasətçi vurğulayıb ki, tərəflərin razılığa gəlməsi üçün cəmi iki məqamı qalıb: Zəngəzur dəhlizinin açılması və Ermənistan Konstitusiyasına düzəlişlər. “Bu günə olan məlumata görə, sazişin 17 bəndindən 15-i razılaşdırılıb. Həll olunmayan məqamlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan bu prosesin pozulmasına görə məsuliyyəti İrana, daha sonra Fransaya, daha sonra ABŞ-a həvalə edib. İkinci məqam Ermənistan Konstitusiyasında təsbit olunmuş ərazi iddialarıdır”, - deyə Əsgərov bildirib. Bundan başqa, onun sözlərinə görə, Bakı ATƏT-in Minsk qrupunun ləğvində israrlıdır.

Öz növbəsində İrəvan sülh müqaviləsinin hazırlanması kontekstində bu məqamların müzakirəsini təkzib edib. “Baş nazir Paşinyanın açıq şəkildə bəyan etdiyi kimi, hələ razılaşdırılmamış iki məqam bir tərəfdən üçüncü qüvvələrin sərhəddə yerləşdirilməsi, digər tərəfdən isə beynəlxalq hüquqi strukturlarda bir-birindən şikayətlərin verilməsi ilə bağlı narahatlıqdır. Bunu rəsmi Bakı da təsdiqləyib”, - deyə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib. Yada salaq ki, 2024-cü ilin sonunda Azərbaycan prezidenti İlham Əliyev bəyan etmişdi ki, İrəvan və Bakı bir-birinə qarşı beynəlxalq iddialardan əl çəkmək və üçüncü dövlətlərin nümayəndələrini sərhəddə yerləşdirməmək barədə hələlik razılığa gələ bilmirlər. Həmçinin Azərbaycanın xüsusi tapşırıqlar üzrə səfiri Elçin Əmirbəyov bildirib ki, tərəflər sülh müqaviləsi imzalandıqdan sonra kommunikasiyaların açılması məsələsini həll etmək barədə razılığa gəliblər.

Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, ATƏT-in Minsk qrupu sülhün rəsmi bağlanmasından sonra buraxıla bilər. Bundan əlavə, respublikanın hakimiyyət orqanları referenduma çıxarıla biləcək yeni Konstitusiya layihəsini hazırlayır. Bu, 2026-cı il parlament seçkiləri ilə əlaqələndirilə bilər. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, sülh müqaviləsi layihəsində həqiqətən də cəmi iki bənd razılaşdırılmayıb. “Söhbət qarşılıqlı iddiaların geri götürülməsindən və sərhəddə üçüncü şəxslərin olmasından gedir. Eyni zamanda, şifahi səviyyədə İrəvan artıq Bakı ilə razılaşıb ki, biri-birinə qarşı beynəlxlaq məhkəmələrdə heç bir iddia olmamalıdır. Yəqin ki, bu məqamın təfərrüatları hələ razılaşdırılmalıdır. Sərhəddə üçüncü qüvvələrin olmasına gəlincə, razılaşmadan danışmaq hələ tezdir. Paşinyan iddia edir ki, Aİ müşahidəçiləri sərhədin yalnız delimitasiya olunmuş hissələrini tərk edə bilərlər, lakin bu proses çox uzundur, ona görə də Bakı bununla razılaşmır”, - deyə Şəfiyev izah edib. Eyni zamanda, Ermənistan Konstitusiyasına dəyişiklik sülh danışıqları çərçivəsində müzakirə olunmasa da, Bakı hələ də bunu gözləyir, politoloq aydınlıq gətirib. Azərbaycan hakimiyyətinin nöqteyi-nəzərindən Dağlıq Qarabağın adı çəkilən Müstəqillik Bəyannaməsinə istinad sülh müqaviləsini konstitusiyaya zidd edə bilər. MDB Ölkələri İnstitutunun Ermənistan bölməsinin rəhbəri Aleksandr Markarov sülh müqaviləsinin razılaşdırılmamış qalan iki bəndinin məzmunu ilə bağlı Şəfiyevlə razılaşır. “Ermənistan Konstitusiyası ilə bağlı Azərbaycanın mövqeyi də məlumdur. Lakin Ermənistan hakimiyyəti bununla bağlı nə edəcəyini hələ bilmir. Xüsusilə, onların hazırlayacaqları yeni Konstitusiya layihəsinin nə olacağı məlum deyil”, - deyə Markarov bildirib. O, həmçinin izah edib ki, Bakı və İrəvanın Zəngəzur dəhlizinin istismar şəraiti ilə bağlı müxtəlif qiymətləndirmələri var. O cümlədən, Azərbaycan tərəfi ekstraterritorial marşrut əldə etmək istəyir ki, bunun sayəsində o, təkcə Naxçıvana çıxış əldə etməyəcək, həm də Türkiyə üçün Mərkəzi Asiyaya birbaşa yol açacaq. Bütövlükdə o hesab edir ki, Ermənistan və Azərbaycana tərəflərin öz öhdəliklərini yerinə yetirməsinə zəmanət verə biləcək güclü vasitəçi lazımdır. Bunsuz onlar, çətin ki, yaxın gələcəkdə sülh müqaviləsi bağlaya bilsinlər”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ