Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Ermənilər alban katolikosunu da erməniləşdirdilər - 2-ci Nerses...

Image


Qasım Hacıyev: “Nerses Bakurun ermənilərlə və erməni Qriqoryan kilsəsi ilə heç bir əlaqəsi yoxdur”

Azərbaycan Albaniyasında mövcud olan Alban Katolikosluğu Rus çarı I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni-Qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilib. Bu da Türkiyə və İrandan köçürülərək bizim ərazilərdə yerləşdirilmiş hayların (ermənilərin) əlinə alban katolikoslarını saxtakarcasına özününküləşdirmək fürsəti verib.

Erməni Qriqoryan kilsəsi Albaniyanın 33-cü katolikosu II Narsesin oğlu Partevə anım günü keçirib.

Ermənilər yazırlar ki, müqəddəs Sahak Partev Katolikos Böyük Nersesin oğlu, İşıqlandırıcı Müqəddəs Qriqori ailəsinin sonuncu nümayəndəsidir. Sahak Partev 387-ci ildə katolikos seçilib və guya 52 il erməni patriarxal taxtının başında dayanıb. Partev, guya “erməni milli mədəniyyətinin inkişafına böyük töhfə verib, erməni yazısının yaradılmasının müdafiəçisi olub, Müqəddəs Mesrop Maştotsla birlikdə erməni ədəbiyyatının və kilsə biblioqrafiyasının banisi olub” (?). İddia edirlər ki, guya erməni əlifbası yaradıldıqdan sonra Partev Mesropla İncili tərcümə etməyə başlayıb. “Bunu o qədər mükəmməl tərcümə ediblər ki, erməni dilindəki Müqəddəs Yazı hələ də İncilin “tərcümələr kraliçası” hesab olunur”. Bu da hayların iddiasıdır. Bir soruşan ola ki, həmin dövrdə Qafqazda, Azərbaycan ərazisində hay vardı, yaxud erməni Qriqoryan kilsəsi mövcud idi? Təbii ki, bütün bunlar saxtakarlıqdan başqa bir şey deyil.

II Nerses barədə tədqiqatçıların yazdıqlarına baxaq. Qeyd olunur ki, II Nerses Katolikos III İohannesdən sonra kürsüyə gəlib və onun qardaşı idi. “1235-ci ildə bu kürsüyə gəlmişdi. Təvazökar və mehriban xasiyyəti vardı. 22 iyul, 1240-cı ildə Həsən Cəlalın tikdirdiyi Gəncəsər monastırının açılışında 400 keşişlə birlikdə iştirak etmişdir. Nersesin haqqında eşidən Çormoqun Noyonun rəiyyətindən olan Rabban bar Şayma bu barədə Noyonun xanımı Eltinaya xəbər vermişdi. Çormoqunun çadırına çağırılan katolikos Noyonun oğlu Bora Noyonun toyunda iştirak etdi və hədiyyələr verilərək geri göndərildi”. Bunları bizim mənbələr yazır və gerçəklik də budur.

“Haylar Nersesi, onun oğlunu öz adlarına çıxmaqla demək istəyirlər ki, Cənubi Qafqazda qədim dövrdən bəri “xristianlığın dirəyi” guya bunlar olub”

Professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra erməni kilsəsinin bu yöndə saxtakarlıqları daha geniş miqyas alıb: “Erməni Qriqoryan kilsəsi indi də bu məsələ ilə bağlı baş qatmaqla məşğuldur. Alban Katolikosunun erməniləşdirilməsi Qriqoryan kilsəsinin növbəti uğursuzluğudur. Əsassız olaraq albanların katolikoslarını, o cümlədən də Nerses Bakuru erməniləşdirməyə çalışırlar. Alban Katolikosu Nerses Bakurun ermənilərlə və erməni Qriqoryan kilsəsi ilə heç bir əlaqəsi yoxdur. XIX əsrə qədər ermənilər Cənubi Qafqazda özlərinə aid nə isə axtarırlarsa, yanılırlar, burda onlara mənsub olan heç nə yoxdur, dediklərinin hamısı yalandır, saxtadır, bunların tarixi əsasının olması mümkünsüzdür. Rusiya, Gürcüstan, Azərbaycan, Türkiyə tarixçiləri onların tarixi saxtalaşdırdıqlarını yazırlar. Ermənilər “vətən, torpaq, tarixi ərazilər” haqda uydurmalarını indi də Alban katolikoslarına iddialar irəli sürməklə davam etdirirlər. Çünki birinci iddialarının çürük və əsassız olduğu ifşa olundu, çarəni dində görürlər. Xristian və müsəlman ölkələri arasında ya açıq, ya gizlin şəkildə həmişə ədavət olub, indi bundan ən çox ermənilər sui-istifadə edirlər. Haylar Nersesi, onun oğlunu öz adlarına çıxmaqla demək istəyirlər ki, Cənubi Qafqazda qədim dövrdən bəri “xristianlığın dirəyi” guya bunlar olub” və xristian dünyası bunu qiymətləndirməlidir. Umacaqları var, ona görə də tez-tez bu məsələni gündəmə gətirirlər.

Alban Katolikosluğunun bütün irsini oğurlayan ermənilər Nerses haqqında da uydurmalar düzəldirlər, bu isə cəfəngiyatdır. Alban Katolikosluğunun (Katolikosların) taxtı VI əsrə qədər Albaniyanın başqa şəhərlərində yerləşirdi. Nerses Bakurun dövründə Katolikosluğun taxtı Albaniyanın paytaxtı Bərdə şəhərinə köçürülüb, orda yerləşib. O dövrdə ki, ərəblərin hücumları ardıcıl olaraq davam edirdi, bir çox yerləri tutmuşdular və öz canişinlərini tutduqları ərazilərdə yerləşdirmək istəyirdilər. Bu işğalçı yürüşlərdə onlara bizim bölgədən uzaqda yaşayan qriqoryan ermənilər çox kömək edib. Onlar Romanın, Bizansın, Əhəmənilərin, başqa dövlətlərin tərkibində yaşayıblar və həmişə də xəyanətkar mövqe tutublar. Yerləşdikləri ərazilərdə yerli xalqa qarşı əks mövqe tutaraq hucum edən, işğala gələn ölkələrə həmişə kömək ediblər, bununla tarixdə qalıblar. Moisey Kalankatlının yazıdığına görə, o vaxtlar erməni keşişi İlya Nerses Bakur və Alban hökmdarı Şeron haqqında ərəb xəlifəsinə gizli məlumatlar verilir, onun əsasında da böyük bir dəstə göndərib onları cəzalandırır. Xəlifə Şeronu Şam şəhərində edam etdirir, Nerses Bakuru öldürtdürür. Bakurun Bərdədə böyük və zəngin kitabxanası vardı, burda xristianlıq dininə aid çoxlu əlyazmalar saxlanılırdı, o kitabxananı da yer üzündən sildirir, əlyazmaların hamısını Tərtər çayına tökdürür. Bu kitablar, əlyazmalar çox zəngin mənbə idi. Beləliklə, Nerses Bakur da, onun kitabxanası da məhv edilir. İndi ermənilərə sual vermək lazımdır, əgər İlya erməni keşişi, erməni patriarxı idisə onda Nerses niyə sizinki olur? Nerses sizin patriarxınız idisə, bəs onda İlya kimdir? İlyanın ərəb xəlifəsinə yazdığı gizli məktublarda bildirilir ki, Albaniyadakı Katolikosluqla guya Konstantinopol arasında əlaqələr var və o, indiki dillə desək, Bakuru “baqaja” qoyur. İlyanın məktublarına görə də, Əbdülməlik böyük bir dəstə göndərərək Bakuru cəzalandırır. Ondan sonra Albaniya dövləti, dövlətçiliyi zərbə alır, bu dövlət ləğv olunur, onun yerində Arran adlı bir ərazi qalır, ərəb xilafəti dağılana qədər orda dövlət olmur. Ermənilərin o qədər saxta, o qədər yaramaz cəhətləri var ki, haranı eşələyirsən ordan çıxırlar. İndi də Partevi ortaya atıblar, bu da onlar haqda mənfi fikir yaradır. Erməni əlifbasının, kilsə ədəbiyyatının yaranması məsələsi də yalandır, ermənilər heç vaxt burda əlifba da yaymayıblar, Maştots da cəfəngiyatdır. Həbəş əlifbasını götürüb öz əlifbaları kimi qələmə verirlər”.

Q.Hacıyev qeyd etdi ki, Alban patriarxlığı Bərdə şəhərinə köçürülməzdən əvvəl, yəni Nersesdən qabaqkı Katolikosların dövründə, Katolikos Abbasın zamanında Albaniya patriarxlığı Çola şəhərində yerləşirdi. “Çola da təqribən Dərbəndə yaxın bir yerdi. VI əsrin ortalarında artıq Bərdə paxtaxt kimi möhkəmlənmişdi, onda Katolikosluğun taxtını da Bərdəyə köçürdülər. Nerses isə 33-cü Katolikos idi”-deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ