Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Zelenski Trampa tövsiyə verdi - "Gəl Ukrayna əsgərləri ilə danış"...

Image


Bu həftə Avropada keçirilən iki təcili zirvə görüşü və Ukrayna prezidenti Volodımır Zelenskinin təlaşlı açıqlamaları ilə yadda qalıb. Baş verənlər Kiyevdən Londonadək Avropa paytaxtlarını bürüyən narahatlığın təzahürüdür. Narahatlıq Vaşinqtonla Moskvanın Kiyev və ABŞ-ın Avropadakı müttəfiqlərinin iştirakı olmadan Ukraynanın gələcəyinə dair öz razılaşmalarını əldə etməyə çalışa biləcəyi ilə bağlıdır.

ABŞ rəsmiləri hər hansı tərəfi prosesdən uzaqlaşdırmaq istədiklərini danırlar, ancaq Avropanın danışıqlar masası arxasında olmayacağına dair ABŞ-ın dedikləri ciddi həyəcan doğurub. Fevralın 18-də Ər-Riyadda keçirilən ABŞ-Rusiya görüşü isə əsəbləri əməlli-başlı gərib. Bu mərhələdə iki əsas sual doğur: Vaşinqton və Moskva Ukraynada savaşı sonlandırmaq üçün hər ikisini razı salacaq sövdələşmə əldə edə biləcəkmi? Və bunu bacaracaqlarsa, kimsə bununla bağlı nə edə bilər? “Radio Free Europe” radiosunun eksperti Rey Förlonq qeyd edir ki, Ağ Ev açıq-aydın sülh istəyir. Ancaq Moskvanın sülh istəyib-istəməməsi aydın deyil. Bu fonda Trampın Ukrayna və Rusiya üzrə özəl nümayəndəsi Kit Kelloq Kiyevə gəlib. Moskvada xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında deyib ki, Ukraynadakı böhran atəşkəslə çözülməməlidir. Kreml razılaşmaya hazır olsa belə, göründüyünə görə öz ağır şərtlərini qəbul etdirməyə çalışacaq. Rusiyanın bu ağır şərtlərinə Vaşinqtonun razı olması Ukrayna və onun avropalı müttəfiqlərindən ötrü qorxunc ssenari hesab olunur. ABŞ rəsmiləri bildiriblər ki, münaqişənin hər iki tərəfi güzəştlərə getməli olacaq. Ancaq onlar Rusiyanın getməli olduğu güzəştlərin nədən ibarət ola biləcəyini deməyiblər. Münhen Təhlükəsizlik Konfransında bu haqda suala cavab verən Kelloq deyib ki, ərazi güzəştləri olacaq və güc tətbiqinin dayandırılması da mümkündür. Skeptiklər xəbərdar edirlər ki, ABŞ sürətli və asan diplomatik qələbə üçün çox şeyi və çox erkən güzəştə gedir. Di gəl, Ukrayna və Avropanı razı salmayacaq razılaşma əldə edilsə, necə olacaq? Bununla bağlı bir sıra maraqlı açıqlamalar verilib. Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Münhen konfransında Kiyevin yanlış sazişi qəbul etməməsinin necə görünəcəyinə dair sualı belə cavablandırıb: “Biz dirənməyi bacarırıq. Döyüş meydanında bunu sübut etmişik”. Ancaq ABŞ-ın davamlı dəstəyi olmadan Ukraynanın dirənməsi çətin olacaq. Kil Dünya İqtisadiyyatı İnstitutunun rəqəmlərinə görə, indiyədək Avropa Ukraynaya ABŞ-dan daha çox yardım göstərib. Rəqəmlər hərbi, maliyyə və humanitar yardımı əhatə edir. Ancaq Vaşinqton ən çox hərbi dəstək verən tərəfdir. Bu baxımdan, ABŞ-ın dəstəyi olmadan Ukraynanın üzləşəcəyi çətinliyin miqyasını daha yaxşı anlamaq mümkündür. Bu boşluğu doldurmaq üçün Avropa Kiyevə ümumi dəstəyini, az qala, iki dəfə artırmalı olardı. Avropa liderləri Ukraynaya yardımı lazım olan qədər davam etdirəcəklərini təkrarlayırlar. Amma, bu, onların yaranacaq boşluğu doldurmaq üçün yardımı kəskin artırıb-artırmayacağına dair suala cavab vermir. Hətta mümkün atəşkəs, yaxud sülh sazişinin əldə edilməsindən sonra Ukraynaya yerləşdirilə biləcək Avropa sülhməramlı qüvvələriylə bağlı deyilənlər də ABŞ-ın iştirakı və dəstəyinin tələb olunacağına dair xəbərdarlıqla müşayiət olunur.

Maliyyə məhdudiyyətləri və siyasi parçalanma gözə alınsa, Avropanın bu təşəbbüsü göstərib-göstərməyəcəyi aydın deyil. Hələlik, Avropa hər addımda Amerikanın dəstəyinə ehtiyac duyub. Bu arada ABŞ Ukraynaya qarşı getdikcə daha sərt mövqe sərgiləyir. ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini yenidən sərt tənqid edərək onun fəaliyyətini uğursuz adlandırıb və deyib ki, əgər o istəsəydi, Ər-Riyadda Rusiya ilə danışıqlara qatılardı. Tramp “Truth Social” platformasında Zelenskini “seçkisiz diktator” adlandırıb və onu tez hərəkət etməsə, ölkəsinin yox olacağı barədə xəbərdar edib. Mayamidəki çıxışında isə Tramp iddia edib ki, Zelenski müharibə üçün ayrılmış Amerika yardımını məqsəddən kənar istifadə edib və əvvəlki prezident Co Bayden administrasiyasından sui-istifadə edib. Bundan əvvəl o, “Truth Social” platformasında “Zelenski, yəqin ki, bol və asan gələn yardım axınının davam etməsini istəyir” yazaraq, Qərbin yardımına işarə edib. ABŞ prezidentinin açıqlamaları Almaniya kansleri Olaf Şolts və xarici işlər naziri Annalena Berbok da daxil olmaqla, Avropa liderlərinin tənqidlərinə səbəb olub. Şolts diktator ittihamını yanlış və təhlükəli adlandırıb, Berbok isə Avropada diktatura şəraitində yaşayan insanların Rusiyada və Belarusda olduğunu söyləyib. ABŞ vitse-prezidenti Ceyms Devid Vens “The Daily Mail” ilə müsahibədə Zelenskinin Trampa qarşı tənqidinin əks təsir göstərəcəyi barədə xəbərdarlıq edib: “Zelenski fikirləşir ki, Trampı mediada ləkələməklə onun fikirlərini dəyişə biləcək. Prezidenti tanıyan hər kəs bilir ki, bu, indiki administrasiya ilə işləməyin iyrənc yoludur”.i Volodimir Zelenski Donald Trampın Kiyevi müharibədə günahlandırmasına cavab verib. O bildirib ki, Rusiyadan çoxlu dezinformasiyanın gəldiyini görür: “Təəssüf ki, prezident Tramp bu dezinformasiya köpüyündə yaşayır”. Zelenski həmçinin onun populyarlıq reytinqinin 4 faiz olduğu iddialarını Rusiya dezinformasiyası kimi rədd edib və Rusiyanın müharibə müddətində onu əvəz etmək cəhdlərinin uğursuz olacağını bildirib: “Heç vaxt populyarlıq reytinqləri, xüsusilə də özümün və ya digər liderlərin reytinqləri haqqında şərh vermirəm”. Zelenski ən son sorğunun 58 faiz ukraynalının ona güvəndiyini göstərdiyini qeyd edib: “Beləliklə, əgər kimlərsə məni indi əvəz etmək istəyirsə, bu, baş tutmayacaq. 4 faizdən danışarkən, bu dezinformasiyanı görürük və başa düşürük ki, bu, Rusiyadan gəlir”. Zelenski mətbuat konfransında bu müharibədə Rusiyanın günahkar tərəf olduğunu vurğulayıb: “Yəqin ki, hər şeyi razılaşmalarla həll edə biləcəyinizi düşünürsünüz. Bu, mümkünsüzdür. Ukraynada heç kim Putinə inanmır. Bizə aydın təhlükəsizlik zəmanətləri lazımdır”. O, ABŞ rəsmisinə çıxıb sadə ukraynalılarla danışmağı və onlara Trampın şərhləri barədə nə düşündüklərini soruşmağı təklif edib: “Qoy Kit Kelloq insanlarla danışsın. Öz prezidentlərinə inanırlarmı, yoxsa Putinə? Gəlsin, Tramp haqqında soruşsun, insanların Trampın açıqlamalarından sonra nə düşündüklərini soruşsun. Sadəcə insanlarla danışmaq vacibdir. Qoy hara getmək istədiyini özü seçsin. Onun burada səfiri var. Öz gözləri ilə baş verənləri görməsi vacibdir. Sonra mən ön cəbhəyə onunla getməyə hazıram. Gəlsin, hərbiçilərlə danışsın”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ