Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Putin Xəzər Kəmərləri Konsorsiumu ilə Qərbi və Qazaxıstanı şantaj edir...

Image


İlham Şaban: "KTK-ya görə qlobal neft bazarında hansısa narahatlıq hiss edilmir"

Bir neçə gün əvvəl Ukraynaya məxsus 7 PUA-nın Xəzər Boru Kəməri Konsorsiumuna (KTK) hücum etdiyi barədə məlumat yayıldı. Hücum nəticəsində kəmərin nasos stansiyasında müxtəlif dərəcəli dağıntıların olduğu bildirildi.

Xəzər Boru Kəməri Konsorsiumuna hücum dünya bazarlarında yüksək enerji qiymətlərinə səbəb ola bilər, Rusiya prezidenti Vladimir Putin belə deyib.

Transneft şirkəti hücum səbəbi ilə baş verən fasilənin nəticələrini 600 milyon dollar zərər, 2 aylıq bərpa və Qazaxıstan neftinin ixracında 30% azalma kimi dəyərləndirib.

“Əlbəttə, belə bir obyektin dağıdılması dünya enerji bazarlarına öz təsirini göstərəcək. İlk növbədə ona görə ki, bu obyekti tez bir zamanda bərpa etmək mümkün deyil, çünki zədələnən əsasən Qərb avadanlığı olub... Bu, dünya bazarlarında enerji resurslarının qiymətlərinin davamlı olaraq yüksək olmasına gətirib çıxarır”, - bunu Rusiya lideri jurnalistlərə bildirib.

KTK Rusiya Federasiyası, Qazaxıstan və aparıcı hasilat şirkətlərinin iştirakı ilə ən böyük beynəlxalq neft nəqli layihəsidir.

Belə bir şəraitdə Rusiya prezidenti Vladimir Putin vəziyyətdən istifadə edərək, Ukrayna prezidenti Zelenskini bütün dünya qarşısında "böyük günahkar" kimi də təqdim etməyə cəhd göstərə bilər. Amma Rusiya prezidentinin dediklərində həqiqət də ola bilər. Çünki Asiyadan Avropaya gedən bütün xam neft KTK neft kəməri ilə ötürülür. Lakin Putinin Qazaxıstandan neft ixracının 30% azaldılması ilə bağlı dedikləri tamamilə bu ölkəyə siyasi təzyiqdən ibarətdir. Bu məsələyə qayıdacağıq.

Putin Avropanı enerji qiymətləri ilə şantaj edir, yoxsa doğrudan da belə bir təhlükə var?

Baki-xeber.com saytına bu barədə açıqlama verən neft sahəsi üzrə iqtisadçı ekspert İlham Şaban bildirdi ki, dünyanın əsas neft bazarı olan London birjasında nisbi sabitlikdir: "Ötən gün ərzində Brent markalı neftin bir barelinin qiyməti cəmi 42 sent artıb və 76 dollardan bir qədər baha satılır. Yəni KTK-ya görə qlobal neft bazarinda hansısa narahatlıq hiss edilmir.

İkincisi, Qazaxıstan mənbələri neft ixracında azalmanın olmadığını bildirirlər. Amma hazırda ümumi ixracatda azalma var. Lakin bu azalma, Putinin dediyi kimi, Qazaxıstan neftinə deyil, məhz Rusiya hasilatçılarının xammalına aiddir. O isə elə böyük bir həcm deyil ki, qlobal bazara təsiri olsun".

Mütəxəssisin fikirlərindən belə aydın olur ki, dunya bazarına Asiya neftinin ixracında elə ciddi ixtisarlar olmayıb. Qazaxıstan tərəfi də onun ixracatında fasilə izlənilmədiyini bəyan edib. Azalan hasilat kiçik həcmdədir və bu, Rusiya hasilatçılarına məxsusdur.

Deməli, heç də Ukrayna tərəfi beynəlxalq ixrac kəmərini hədəfə almayıb, onlar yalnız Rusiyaya məxsus neft kəmərini vurub. Bunun isə qlobal arenaya heç bir dəxli yoxdur. İki ölkə arasında müharibə gedir, Rusiya Ukraynanın nəinki neft kəmərlərini, böyük şəhərlərini belə darmadağın edib. İndi isə bədəlini alır. Putin isə yalandan hay-həşir qoparır ki, guya Ukrayna PUA-ları yalnız Rusiyanin deyil, bütun neft kəmərlərini vuraraq, qlobal neft bazarına təsir göstərir və onu dünya kollektiv şəkildə cəzalandırmalıdır. Sözügedən hücumun nə Qazaxıstana, nə də digər neft hasilatçılarına heç dəxli yoxdur. Ukrayna PUA-ları dəqiqliklə rus nefti axan kəmərlərin nasos stansiyalarını hədəfə alıb. Bu isə müharibə qanunlarına uyğundur. ABŞ və Avropanın sanksiyaları rus enerji daşıyıcılarının Avropaya axınının qarşısını ala bilmir. Amma Ukrayna hərbiçiləri bunun öhdəsindən asanlıqla gələr bilir. Bu kəmər stansiyası təmir edilənə qədər kəmər başqa bir nahiyədən vurulacaq...

Burada başqa bir məqam ondan ibarətdir ki, Putin baş vermiş hadisədən istifadə edərək Qazaxıstan neftinin bu kəmərlə nəqlini azaltmaqla ona təzyiq etmək istəyir. Azərbaycanın AZAL-a məxsus təyyarə qəzasının Qazaxıstanda araşdırılmasından Moskva məmnun deyil. Rusiya Qazaxıstana həmişə öz əyaləti kimi baxıb, indi də eyni gözlə baxmaq fikrindədir. Amma zaman dəyişib, Qazaxıstan daha etibarli tərəfdaşlar tapıb, Türk Dövlətləri Birliyinin üzvüdür, özünü daha müstəqil hiss edir. Ona görə də sözügedən qəzanın tərəfsiz istintaqını aparır. Bu isə Rusiyanın xoşuna gəlmir və bu şəkildə Qazaxıstana təzyiq göstərmək istəyir. Amma Qazaxıstan tərəfi də artıq tədbirlərini əvvəlcədən görüb. Artıq "Tengiz" yatağından hasil edilən neft Bakı-Tiflis-Ceyhan kəməri ilə Avropaya ixrac edilir. Rusiya bu istiqamətdə təzyiqlərini davam etdirsə, Qazaxıstan neftinin bütün hasilatı Azərbaycan üzərindən Avropaya daşına bilər. Yəni Rusiyanın bu təzyiq aləti də onun əleyhinə işləyə bilər.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ