Bazar günü günü, 08 noyabr 2026
     

Vətən savaşının missiyası başqa, antiterrorun missiyası başqa - bir də şəhid ruhları ilə oynamağın günahı... - Aydın QULİYEV yazır...

Image


1878-ci ilin Rusiya - Osmanlı müharibəsi və onun yekunu sayılan Sanstefano  müqaviləsi və Berlin sülh konfransından başlamış "erməni məsələsi" deyilən mif 140 ildən çox müddət ərzində daim davamlı şəkildə üfürülərək dərinləşdirildi. Xristian təəssübkeşlərinin qruplaşması sayəsində bütün dünyanı əhatə edən məsələyə çevrildi.

19-cu əsrin sonlarında, yəni ilkin başlanğıcda çoxlarına xəyal kimi görünən "erməni məsələsinin" guya real olduğuna sonralar o qədər adamları inandırdılar ki, SSRİ imperiyası dağılanda hətta ən realist adamların belə müəyyən hissəsi bu nağılların təsirinə düşdülər. Sovet İttifaqı çökəndə isə "Budur, Böyük Ermənistan" yaranmaq üzrədir" deyənlərin sayı fantastik sürətlə artmağa başladı, bu eyforiyanın toz-dumanı içində Azərbaycan xalqı da məlum siyasətbazların günahı üzündən düçar olduğu ruh düşkünlüyü içində torpaqlarını bir-birinin ardınca itirməyə başladı...

Azərbaycan xalqı 20-ci əsrin sonlarında, 21-ci əsrin əvvəllərində torpaq itkiləri ilə barışmasa da, içindəki qələbə ümidləri də o qədər böyük deyildi. Torpaq itkisindən doğan ruh düşkünlüyü 2020-ci ilin 44 günlük Vətən savaşına qədər davam etdi...

1-ci Qarabağ müharibəsində 20 mindən çox şəhid verdik və üstəlik torpaqlarımızın 20 faizini də itirdik, ərazi bütövlüyümüz pozuldu, dövlətimizin suverenlik hüquqları ciddi dərəcədə zədələndi... 44 günlük Vətən savaşı dediyimiz 2-ci Qarabağ müharibəsində isə cəmi 3 min şəhid verməklə 20 faiz itirilmiş torpaqların mütləq çox hissəsini azad etdik, ərazi bütövlüyümüzün mütləq bərpasına doğru qarşısıalınmaz sürətlə irəliləyiş əldə etdik, suveren dövlət hüquqlarımızın tam bərpasına sayılı addımların qaldığı həddə qədər yaxınlaşdıq. Vətən müharibəsinin nəticələri bizi elə bir məqama yetişdirdi ki, ermənilərin ərazi bütövlüyümüzü bir daha heç vaxt poza bilməyəcəklərinə sarsılmaz inam yarandı. Məhz bu inam 24 saatlıq antiterror tədbirləri nəticəsində Vətən savaşından sonrakı yarımçıq məsələləri tamlaşdırdı... Hər şeydən narazılıq etməyi özü üçün siyasi fəaliyyət üsuluna çevirmiş dairələr bir müddət sağa-sola "atdılar" ki, "əgər Xankəndiyə, Xocalıya gedə bilmiriksə, 2-ci savaşda 3 min şəhidi niyə verdik"?.. Formaca aldadıcı, məzmunca tutarsız olan bu məntiqə ilk vaxtlar uyanlar təəssüf ki, oldu.

Təbii ki, əldə olunmuş böyük nəticənin, yəni 7 rayonun və keçmiş DQ-nin böyük hissəsinin azad olunmasının mahiyyətinə varan realist adamlar fərqli mövqe göstərdilər və Azərbaycanın ən yaxın zamanlarda bütün hədəflərinə yetişəcəyinə hamını inandırmaq cəhdlərini davam etdirdilər.

Qələbəni kiçiltmək istəyənlər, hətta qaralamaq istəyənlər hədəfləri sıra ilə düzməyi bacarmayanlar, hər şeyin öz vaxt-vədəsinin olduğunu bilməyənlər və ya bilmək istəməyənlər idilər. Qısası, bir neçə mərhələdən ibarət böyük problemi "Ələddinin sehirli çırağı" ilə bir göz qırpımında həll etmək iddiası ilə hərəkət edənlər idilər... Onların da düşüncələrinin ömrü cəmi iki il yarım çəkdi - 2020-ci ilin noyabrından 2023-cü ilin 20 sentyabrınadək.

Azərbaycanda bütün ağıllı və praqmatik adamlar əslində 20 sentyabr antiterrorunun mütləq baş verəcəyini hələ 23 apreldə Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış postu qurulanda başa düşmüşdülər. Necə ola bilərdi ki, 3 min şəhidimizin qanı bahasına əldə etdiyimiz 10 noyabr sənədinin ermənilər tərəfindən icra edilməməsinə, 10 mindən çox cinayətkar silahlı dəstənin torpaqlarımızın göbəyində at oynatmasına dözərdik? Ancaq bunu tələsik etmək olmazdı, hər şey planla və xüsusi hazırlıqla həyata keçirilməli idi. Gəlin keçmişlərə qısaca mərhələ-mərhələ bir də baxaq. 44 günlük Vətən müharibəsinə 17 il intensiv şəkildə və məqsədyönlü hazırlaşdıq. Bu müddətdə ordu quruldu, bir çox mötəbər dünya qurumlarında ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən qətnamə və bəyanatların qəbuluna nail olduq, dünyada hər kəsin dilindən çıxardıq ki, Azərbaycanın əraziləri işğaldan azad olunmalıdır, işğalçının adını çəkməsələr də, bu sözləri dedizdirdik. Aydın məsələdir ki, həmin anlarda bu qətnamə və bəyanatları adi kağız parçaları kimi dəyərsiz sayanlar içimizdə də var idilər. Lakin 44 günlük müharibənin elə ilk günlərindən dünyanın böyük hissəsinin Azərbaycanın davasını haqq davası adlandırması sübut etdi ki, Prezident İlham Əliyev düz və hadisələri qabaqlayan mövqedə imiş. Həqiqətən hər şeyin öz zamanı olduğuna insanlar hamılıqla inanmağa başladılar...

10 noyabr sənədinin imzalanması ilə hərbi əməliyyatların dayandırılmasından  sonra "niyə Xankəndiyə girib cinayət yuvasını məhv etmədiniz?!” deyən radikal xətt tərəfdarları "məkan və zaman ölçülərini" yenə kənara qoyaraq qızışdılar. O zaman onların başına yeritmək o qədər də asan məsələ deyildi ki, Xankəndiyə girməyin də öz zamanı və öz taktikası var. Sadəcə hərbi-diplomatik taktikanı təmkinlə davam etdirmək və hadisələri yetişdirmək lazımdır. Beləliklə, 7 rayonun hərbi-diplomatik yolla azad edilməsinə azı 17 il, cinayət yuvası Xankəndiyə girmək üçün 2.5 il gərgin hazırlaşmaq lazım gəldi. Bunların hər ikisi zəruri idi, bir-birinə qarışdırıla bilməzdi və hər birinin öz vaxtı var idi. Dünyanı 7 rayonumuzun azad edilməsi kimi haqqımıza inandırmadan Vətən müharibəsinə başlaya bilərdikmi? Başlasaydıq, bunun hansı nəticələri doğura biləcəyini təsəvvür etməyə çalışın. 44 günlük müharibədən sonra Xankəndinin terror-təxribat yuvası olduğuna mütərəqqi dünya qüvvələrini inandırmasaydıq, oraya əlavə sursat daşındığını göstərməsəydik, yeni müharibəyə hazırlıqların aparıldığını nümayiş etdirməsəydik və 23 apreldə Laçın yolunda post qurmasaydıq, antiterrora başlaya bilərdikmi?!.. Antiterror hazırlıqlarına 2.5 il sərf etməyimiz də təbii və normaldır. Beləliklə, Vətən müharibəsi üçün azı 17, antiterror üçün 2.5 il vaxtımız oldu. Hər şeyin öz zamanı...

Xankəndiyə girmədiyimizə görə 3 min şəhidin müqəddəs xatirəsini şübhə altına almaq istəyənlərə zaman özü həqiqət dərsini verdi. Göstərdi ki, Xankəndini nəzarətə götürmək Vətən müharibəsinin yox, antiterrorun missiyası idi...

Antiterrorda verdiyimiz şəhidlərin əziz ruhunu siyasi manipulyasiya elementinə çevirmək istəyənlərə də həqiqət dərsini zaman özü verəcək. İtkilərsiz - maddi, ya mənəvi olsun - qələbə olar?!

Antiterror tədbirləri 44 günlük Vətən müharibəsinin məntiqi yekunu oldu, antiterror şəhidlərimiz isə 2016-cı  və 2020-ci il şəhidlərimizin davamçıları oldular... Allah hamısına rəhmət eləsin...

Ancaq "bir daha şəhidlərimiz olmayacaq" deyə bir eyforiyaya da gərək qapılmayaq. Tale bizə əbədiyyən düşmən qonşular "bəxş edib"…

Bir də şəhidlərin əziz xatirəsi və uğrunda həlak olduqları dəyərlərin üstündə siyasi manipulyasiyaların həm də günah olduğunu hər kəs bilməlidir...

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ