ABŞ müdafiə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynlə birlikdə ABŞ Senatının Təxsisatlar Komitəsi üzvlərinin Müdafiə Nazirliyi (Pentaqon) üçün tələb olunan əlavə büdcə ilə bağlı suallarını cavablandırıb.
Heqset təhlükəli bir dünyada yaşadıqlarını və Amerika ordusunun əlavə resurslara ehtiyacı olduğunu bildirib.
Demokrat senator Dik Durbinin İranla müharibənin dəyəri barədə sualına müdafiə naziri "bu günə qədər 37,5 milyard dollar" cavabını verib .
O, bildirib ki, bu vəsait təmin edilməsə, əsgərlərin maaşlarını ödəyə bilməyəcəklərini deyən nazir, ABŞ ordusunun "avadanlıq və sursatı sürətlə yeniləmək və həyati əhəmiyyətli əməliyyatları fasiləsiz davam etdirmək qabiliyyətini təhlükə altına alacaq" ciddi çatışmazlıqlarla üzləşə biləcəyini irəli sürüb.
Tahir TAĞIYEV