Cümə günü, 06 noyabr 2026
     

Özəl klinikalarda neqativlər artır...

Image


İlqar Hüseynli: “Özəl klinikada ciddi, böhranlı problemlər yaşanır”

Son vaxtlar bəzi özəl klinikalarda baş verdiyi iddia edilən məsələlər mediada və sosial şəbəkələrdə geniş müzakirə olunur. Mətbuatda və sosial şəbəkələrdə "Vitali" Klinikasında ölən körpəni zirzəmiyə atdıldığı, "Bİoloji təbabət" Klinikasında birdəfəlik şpirislərin bir neçə dəfə istifadə edildiyi haqda söyləntilər var.

Sosial şəbəkələrdə yayılan ölü doğulan körpənin zirzəmiyə atılması iddiası ilə bağlı Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən rəsmi araşdırmalara başlanılıb.

"Vital Hospital"ı ilə bağlı sosial şəbəkələrdə yayılan videoda (körpənin atası tərəfindən paylaşılan) ölü doğulan körpənin morqa təhvil verilməyərək zirzəmiyə atıldığı iddia edilib. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məsələni nəzarətə götürmüş və hüquq-mühafizə orqanlarının məlumatlandırıldığını bildirmişdir. “Vital Hospital”da ölü doğulan körpə zirzəmiyə atılıb? Bu məlumatla bağlı rəsmi təhqiqat davam edir.

"Bioloji Təbabət Klinikası"nda birdəfəlik şprislərdən bir neçə dəfə istifadə edildiyi ilə bağlı iddiaya gəlincə, klinikanın rəsmi mövqeyinə görə, səsləndirilən bu iddialar həqiqəti əks etdirmir. Müəssisə bütün tibbi prosedurların, o cümlədən iynə və şprislərin sanitar-gigiyena qaydalarına, eləcə də beynəlxalq infeksiya nəzarəti prinsiplərinə uyğun aparıldığını rəsmi açıqlamalarında bildirilib.

Çox maraqlıdır, son dövrlər özəl klinikalarda qarşı belə ittihamlar çoxalıb.

Bu nədən qaynaqlanır? Vətəndaşlar nə qədər haqlıdır? Deyilən neqativlər niyə var?

Sosial sahə üzrə ekspert İlqar Hüseynli baki-xeber.com-a bildirdi ki, bu kimi məsələlər ümumiyyətlə bir qədər araşdırma tələb edən məsələlərdir. “Biz sadəcə olaraq sosial şəbəkələrdə yayılan süjetləri, informasiyalar görə bilirik. Amma işin faktiki nədən ibarət olduğununu, nə qədər əsaslandırılmış bir informasiya olduğunu ölkənin müvafiq strukturları, Səhiyyə Nazirliyi, o cümlədən, prokurorluq, məhkəmə orqanları araşdırıb üzə çıxarmalıdır. Yəni, insanlar üzləşdiyi problemlərlə bağlı həm Səhiyyə Nazirliyinin qaynar xəttinə, sonra gərəkirsə prokurorluğa bununla bağlı yazılı müraciət və şikayət etməlidirlər. Təcili olaraq bu istiqamətdə qaynar xəttin məlumatları , o cümlədən prokurorluğa verilmiş informasiyalar, məktublar, şikayət əsasında araşdırma, təhqiqat işləri aparılmalıdır. Söz yox ki, özəl klinikada ciddi, böhranlı problemlər yaşanır. İstər pasientlərin özəl klinikada maddi olaraq kifayət qədər vəsait xərclənməsi, yəni xidmətlərin həddən artıq baha olması məsələləri, istər müəyyən texniki çatışmazlıq, avadanlıqların yetərincə olmaması, reanimasiya xidmətlərinin ümumiyyətlə çox dəhşətli bir vəziyyətdə olması mövcuddur. Xeyli özəl klinikalar var ki, onların böyük əksəriyyətində reanimobilin olmaması halları mövcuddur. Yəni ağırlaşma hallarında vətəndaşların normal klinikalara evakuasiya etmək üçün reanimobilin olmaması kimi çox ciddi faktlar var. Məsələn, elə özəl klinikalar var ki, hətta onların icazə verilən fəaliyyətləri içərisində bəzi tibbi xidmətlərin olmamasına baxmayaraq, onlar həmin tibbi xidmətləri yerinə yetirirlər. Məsələn, onkoloji xidmətləri yerinə yetirirlər. Öz zirzəmilərində onkoloji xidmət üçün ayrıca otaqları ayrılıb orada kimyəvi terapiya işlərini həyata keçirirlər. Doğum şöbələri olmadığı halda doğum, müxtəlif abortlar və digər tibbi prosedurları həyata keçirilir. Yəni bu cür faktorlar çoxdur. Amma o ki, qaldı konkret olaraq Bioloji Təbabət klinikasında birdəfəlik şprislərin bir neçə dəfə istifadə olunmasına bu bir qədər inandırıcı görünmür. Niyə inandırıcı görünmür? Çünki tibbi şprislər çox da maliyyə vəsaiti sərfiyyatı tələb edən tibbi vasitə deyil ki, kifayət qədər maliyyə imkanına, ölkədə tanınmış bir klinika belə bir addım atsın. . Hətta Bioloji Təbabət klinikasının rayonlarda da filialları var. Yəni, hətta bu klinika şəbəkələşmiş bir klinika olduğu halda 5-10 qəpiklik birdəfəlik şprisin təkrar bir neçə dəfə istifadə edilməsi iddiası məncə, yanlışdır. Çünki düşünmürəm ki, o boyda adı-sanı, hörməti, maddi imkanları olan bir klinika özünü ora qədər endirsin ki, hətta birdəfəlik şprisləri bir neçə dəfə istifadə etsin. Yəni ola bilsin ki, belə bir ehtimallar var. Tutaq ki, hansısa bir virus qapan xəstənin sahibləri bunu onunla əlaqələndirirlər ki, bu bir neçə dəfə istifadə olunub birdəfəlik şprislərdən olub.

Panik vəziyyətdə belə bir əsəbi fikir səsləndirirlər və bu da nəticədə dərhal mətbuatın gündəminə düşər. Yaxud da ki, elə insanlar özləri sosial şəbəkələrdə yayar. Amma məsələ burasındadır ki, pasientə iynə vurularkən, hansısa tibbi xidmət göstərilərkən o anda onun özü və yalnız ona xidməti göstərən tibb bacısı və yaxud da ki, həkim müşahidəsi altında olur, iştirakçı olur. Yəni bunun kənara çıxması mənə elə gəlir ki, bir qədər inandırıcı görünmür. Bu mənim nöqteyi-nəzərimdən belədir. Ona görə də bu məsələlər araşdırılmalıdır.

Digər bir özəl klinikada zirzəmiyə körpə uşağın atılması iddiası var və əgər doğrudan da fakt təsdiqini tapırsa, bu cinayətdir. Amma bir məsələ var ki, xəstə, xəstəlik varsa xəstəliyin nəticəsində ağırlaşması hallarında ölüm faktları da ola bilər. Körpə uşağa tibbi xidmət göstərirlər və onu həyata qayıtarmaq mümkün olmadığı halda ola bilər ki, xəstəxananın zirzəmidə kiçik bir morq qurmaq imkanı olar və vəfat etmiş insanın sahibləri gələnə qədər onu orada saxlaya bilərlər. O zaman vəfat etmiş körpənin sahiblərində elə bir təəssürat yarana bilər ki, onu “podvala” atıblar. Niyə atsınlar? Yəni əgər ittiham varsa, onun əks argumentini də ədalətli və doğru dəyərləndirməlisən ki, burada hansı qəsd- qərəzlilik, hansı düşmənçilik faktorları rol oynamalıdır ki, bir insanın övladı, körpə uşağı klinikada dünyasını dəyişər və klinika da götürüb onu “podvala” ata. “Podvala” atmaz. Yəqin ki, orada morq tipli bir şərait yaradarlar, orada yerləşdirərlər və xəstənin sahibi gəldikdə onu aşağıdan qaldırarkən xəstə sahibində elə bir təəssürat yaranar ki, bunu “podvala” atıblar. Klinikaların quraşdırılmış kameralar var, sübut imkanları varsa həmin klinikaların özləri materialları ortaya qoymalıdırlar və sübut etməlidirlər ki, bu doğrudan da onlara atılan hansısa bir böhtanmı və yaxud ki nədir? Birbaşa olaraq bu faktlar, sosial şəbəkələrdə yayılmış görüntülər istər Səhiyyə Nazirliyi tərəfindən, istər Prokurorluq və güc orqanları tərəfindən nəzarətə götürülməlidir, tədqiqat aparılmalıdır və yekun olaraq əgər ortada sübut materialı varsa cinayət işləri başlanılmalıdır. Yəni bunun həlli yolu, tətbiq oluna biləcək cəza mexanizmləri bundan ibarət olmalıdır”-deyə İ.Hüseynli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ