İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü Həsən Qaşqavi ABŞ prezidenti Donald Trampın "İranın ABŞ ilə danışıqlar aparmaq istədiyi" iddiasının həqiqəti əks etdirmədiyini bildirib.
"Görünür, Tramp düşdüyü bataqlıqdan çıxmaq üçün daha yaxşı yollar tapmalıdır. Təkrarlanan yalanlar artıq bazarlara qısamüddətli rahatlıq belə vermir" – deyə Qaşqavi bildirib.
Tahir TAĞIYEV