İranın hücumları nəticəsində Küveytdə bəzi elektrik və su təmizləyici qurğularda yanğınlar baş verib. Bu barədə Küveytin Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyi X sosial media hesabında məlumat yayıb.
Son dörd gündə İranın hücumlarında bir çox elektrik enerjisi istehsalı və su təmizləyici qurğunun hədəfə alındığını bildirilib. Qeyd olunub ki, dünən gecə İranın həyata keçirdiyi hücumlar nəticəsində bəzi elektrik və su təmizləyici qurğularda yanğınlar baş verib. Yanğınsöndürmə briqadaları yanğını nəzarət altına alıb. Nazirliklə əlaqəli texniki qrupların təhlükəsizlik bölmələri ilə əlaqələndirilərək obyektlərin təhlükəsizliyini təmin etmək, dəymiş ziyanı qiymətləndirmək və təsirlənmiş bölmələri mümkün qədər tez bir zamanda işə salmaq üçün lazımi texniki və ehtiyat tədbirlərini həyata keçirməyə başladığı bildirilib.
Həmçinin qeyd edilib ki, ehtiyat əməliyyat prosedurlarının bir hissəsi olaraq avadanlıqların təhlükəsizliyini və elektrik və su sistemlərinin dayanıqlığını qorumaq üçün bəzi elektrik enerjisi istehsal edən qurğular müvəqqəti olaraq istismardan çıxarılıb.
Tahir TAĞIYEV