Cümə günü, 06 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Milli mətbuatın missiyası və müasir dövrün çağırışları" mövzusunda konfrans keçirildi
Tarix: 22.07.2026 / 13:57
Bölmə: Sosial
"Müasir İnkişaf" İctimai Birliyi və Crossmedia.az Analitik İnformasiya Portalının təşkilatçılığıyla "Milli mətbuatın missiyası və müasir dövrün çağırışları" mövzusunda konfrans keçirilib. Tədbirdə ilk çıxış edən "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, BDU-nun müəllimi Mübariz Göyüşlü bildirib ki, bugün Azərbaycan mətbuatı öz üzərinə düşən funksiyanı görərək məlumatlandıra, maarifləndirə və əyləndirə bilir. İnternetin və süni intellektin medianın qarşısında yeni tələblər və çağırışlar formalaşdırdığını deyən M.Göyüşlü bütün çətinliklərə rəğmən Azərbaycan mətbuatının fəaliyyətinin təqdir edilməli olduğunu bildirib. O, Prezident İlham Əliyevin mediaya göstərdiyi diqqət və qayğıdan danışaraq, dövlətin bu istiqamətdə fəaliyyətlər həyata keçirdiyini açıqlayıb. M.Göyüşlü bundan sonra da mətbuatın və jurnalistlərin üzərinə düşən işi görəcəyinə inandığını açıqlayıb. Millət vəkili, professor Vüqar Rəhimzadə mətbuatın rolundan ətraflı bəhs edib. Dövrün çağırışlarının dəyişdiyini deyən V.Rəhimzadə Şuşa Qlobal Media Forumundan da danışıb. O, qeyd edib ki, Azərbaycan mətbuatının inkişaf dövrü yaşadığını söyləyərək onu müasir dövrün çağırışlarına uyğun davranmalı olduğunu da əlavə edib. Deputat MEDİA Agentliyinin fəaliyyətindən də söz açıb. Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib ki, mətbuat və informasiya diplomatiyası dövlətin beynəlxalq aləmdə dezinformasiya kampaniyaları, hibrid təhdidlər və informasiya manipulyasiyalarına qarşı mübarizəsində strateji əhəmiyyət daşıyan əsas alətlərdən biridir. Millət vəkilinin sözlərinə görə, rəqəmsallaşma və internet texnologiyalarının sürətli inkişafı informasiyanı dövlətlərin nüfuzunun formalaşdırılmasında, milli maraqların müdafiəsində və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında ən təsirli vasitələrdən birinə çevirib. R.Nəbiyev vurğulayıb ki, Azərbaycan jurnalistika məktəbi zəngin peşə ənənələrinə, milli dəyərlərə və mühüm təcrübəyə malikdir. Xüsusilə Vətən müharibəsi və postmünaqişə dövründə Azərbaycan mediası operativ, dəqiq və etibarlı informasiya təmin etməklə, dezinformasiyaya qarşı effektiv mübarizə aparmaqla və ölkənin haqq səsini beynəlxalq auditoriyaya çatdırmaqla mühüm təcrübə qazanıb. Deputat qeyd edib ki, bu təcrübə öz unikallığı ilə seçilir və müasir informasiya diplomatiyasının uğurlu nümunələrindən biri kimi qiymətləndirilə bilər. Tədbirə onlayn şəkildə qoşulan Türkiyənin Üsküdar Universitetinin professoru Əbülfəz Süleymanlı çıxışında bildirib ki, mətbuat nə baş verdi yox, niyə baş verdi sualına da cavab tapmalıdır. Professor qeyd edib ki, hazırda cəmiyyətdə süni intellektin vasitəsilə inqilabi dəyişiklik baş verir və mətbuat da bu dəyişikliyə cavab verə bilməlidir. O, hesab edir ki, media buna cavab verməkdə gecikir. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, müasir media yeni çağırışlarla üzləşib. Onun sözlərinə görə indi əsas məsələ etibar məsələsi, onun qorunması və süni intellektin gətirdiyi yeniliklərdir. Ə.Nuriyev dezinformasiya məsələlərinə, onun gətirdiyi problemlərə toxunaraq, media savadlılığına ciddi ehtiyac olduğunu qeyd edib. "Şərq" qəzetinin baş redaktoru, Azərbaycan Türk Ocağı təşkilatının sədri Akif Aşırlı mətbuat tarixinə ekskurs edərək, Güney Azərbaycanda da bu istiqamətə mühüm fəaliyyətlərin olduğunu vurğulayıb. 151 ildə Azərbaycan mətbuatının böyük inkişaf yolu keçdiyini, maarifləndirmə fəaliyyəti gerçəkləşdirdiyini deyən A.Aşırlı bu istiqamətdə mühüm məqamları qeyd edib. O, Prezident İlham Əliyevə çap mətbuatına verdiyi dəstəyə görə də təşəkkür edib. Azad Vətən Partiyasının sədri Akif Nağı qəzetlərin, qəzetçiliyin zəifləməsindən söz açıb. O, çap mətbuatının yaşamaq uğrunda mübarizə apardığını bildirib. Partiya sədri çap mətbuatının saxlanılmasının vacib olduğunu açıqlayıb. A.Nağı qəzetlərin çapına, onların arxivləşdirilməsinə və saxlanılmasına xüsusi diqqət göstərməyi vacib saydığını qeyd edib. Mətbuat Şurasının idarə heyətinin üzvü, Əməkdar jurnalist Müşfiq Ələsgərli yeni dövrün texnologiyalarının jurnalistlərə ram olacağını vurğulayıb. Onun sözlərinə görə yeni çağırışlar ancaq yeni texnologiyanın təsiri demək deyil. O, dünyada siyasi savaş getdiyini və dezinformasiyasını yaymaq üçün medianı da özünün alətinə çevirdiyini söyləyib. Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru Pərviz Kazimi həyatının son 20 ilini informasiya mühəndisliyinə həsr etdiyini qeyd edib. Onun sözlərinə görə araşdırmalarının yekununda informasiya maarifçiliyinə gəlib çıxıb. Çıxışçı insanlar üçün informasiya maarifçiliyini vacib hesab etdiyini deyib. "Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuz bildirib ki, jurnliastika xəbərləşmədir və bu da insan yaranandan mövcud olub. O, ciddi mətbuatın 19-cu əsrdən yaranmağa başladığını açıqlayıb. Y.Oğuz Həsən bəy Zərdabinin səpdiyi dənin cücərdiyini və Azərbaycan Xalq Cümhuriyyətinin meydana çıxdığını söyləyib. ADPU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı elm-media münasibətlərinə toxunub. O, media nümayəndələrindən, rəhbərlərindən elmi məsələlərə, ideoloji məqamlara lazımi diqqət ayırmamaqda narazılıq edib. M.Ağalarlı ideoloji təxribatlara tarixçilərin cavab verdiyini, lakin bunun kifayət etmədiyini qeyd edib. Tədbirə onlayn şəkildə qoşulan "Bakı-Nürnberg" Mədəniyyət və Təhsil Mərkəzinin İdarə Heyətinin sədri, texnika elmləri doktoru Yaşar Musayev bildirib ki, 151 yaşı olan Azərbaycan mətbuatı çox böyük işlər görüb. O, mətbuatın diqqət etməli olduğu beş mühüm amili xüsusi qeyd edib ki, bu sırada diaspora, Güney Azərbaycan kimi mövzuları da önə çəkib. Filologiya üzrə fəlsəfə doktoru Tünzalə Əlizadəqızı cəmiyyətin maarifləndirilməsində, cəhalətə qarşı mübarizədə mətbuatın rolundan danışıb, onun fəaliyyətini yüksək qiymətləndirib. Əski əlifbada çap olunmuş mətbuat nümunələrindən söz açan alim AMEA Əlyazmalar İnstitutunda çox sayda qəzetlərin, jurnalların mövcud olduğunu açıqlayıb. O, "Şərq qadını" jurnalını xüsusilə vurğulayıb. Onlayn şəkildə tədbirə qoşulan Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta çıxışında Güney Azərbaycan məsələsinə diqqət çəkib. O, xaricdəki soydaşlarımızın və güneydəki azərbaycanlıların haqq səsinin çatdırılmasında mətbuatın rolundan danışıb. AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Şölət Zeynalov II Qarabağ savaşından sonra mətbuatın qarşısında yeni çağırışların yarandığını vurğulayıb. O, informasiyanı doğru şəkildə çatdırmağın çox çətin bir prosesə çevrildiyini qeyd edib. Alim Şuşa Qlobal Forumundan, Azərbaycanın Orta Güc statusundan da söz açıb. "Ziyalı Ocağı" İctimai Birliyinin sədri, elaz.info saytının baş redaktoru İlahə Bayandur çap mətbuatının çətinliklərindən, yaşadığı problemlərdən danışıb. Çıxışçı bu istiqamətdə təkliflər səsləndirib. BDU-nun müəllimi, fəlsəfə doktoru Namiq Əhmədov informasiyanın formalaşması, yayılması tarixindən bəhs edib. O, Ümummilli lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün informasiya blokadasının yarılması istiqamətindəki fəaliyyətlərindən söz açıb. N.Əhmədov ermənilərin anti-türk fəaliyyətlərini xüsusi qeyd edib. Əməkdar jurnalist, "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri, Bayraqdar Media saytının baş redaktor müavini Nadir Azəri mətbuatın cəmiyyətin maarifləndirilməsindəki rolundan, çap mətbuatının formalaşdırdığı etibarlı arxiv imkanlarından danışıb. Diaspor fəaliyyətinə jurnalistlərin dəstəyi təşkilatının sədri Fuad Hüseynzadə Azərbaycana qarşı ermənilərin xaricdə hibrid müharibə apardığını söyləyərək, buna qarşı fəal mübarizə aparmağın vacibliyini xüsusi qeyd edib. Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı, yazıçı-publisist Əkbər Qoşalı Azərbaycan mətbuatının maarifçilik fəaliyyətindən, peşəkarlığından danışıb. O, mətbuatın gələcəkdə bu istiqamətdə daha da geniş fəaliyyət göstərməsi üçün təkliflərini də səsləndirib. Çağrı.az saytının baş redaktoru Mübariz Yunus Azərbaycanın klassik ziyalılarının mətbuat fəaliyyətindən geniş söz açıb. O, dəyər yaratmağın vacibliyindən bəhs edərək, hazırkı dönəmdə kimliymizə, dövlətçiliyimizə qarrşı hücumların olmasını qeyd edib. Çıxışçı hər kəsi bu istiqamətdə olan təhlükələrə qarşı mübarizədə birliyə səsləyib. Tədbirdə eyni zamanda fəlsəfə doktoru Lalə Nəsibova, AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, Sosial İnkişafa Dəstək təşkilatının sədri Bəxtiyar Həsənov, BDU-nun müəllimləri Nəmənd Rüstəmov və Ramin Rzayev, Oman Dövlət Orkestrinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif, Britaniya-Azərbaycan Cəmiyyətinin sədri Fəridə Pənahova, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Əli Zülfüqaroğlu, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, Milli Məclisin əməkdaşı Əsli Telmanqızı, Xüsusi Təyinatlı Qazilərin və Şəhid Ailələri İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, jurnalist Cavid Şahverdiyev, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Beynəlxalq Həmrəylik Təşkilatının Gürcüstan kordinatoru, Alyans Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova, Beynəlxalq Həmrəylik Təşkilatının Qazaxıstan kordinatoru, Vətən cəmiyyətinin sədri Ömər Səid, Beynəlxalq Həmrəylik Təşkilatının Rusiya kordinatoru, "Rusiya Azərbaycan Qadınları" İctimai təşkilatının sədri Xatirə Qəmbərova, Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbərinin müavini Billurə Hacızadə, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin əməkdaşı Elenora Qənbərova, Əməkdar müəllim Aydın Allahverdiyev, təhsil eksperti Rizvan Fikrətoğlu, Crossmedia.az saytının əməkdaşları Ayhan Ağarzayev, Nigar Xəlilli, "Müasir İnkişaf" İctimai Birliyinin idarə heyətinin üzvü Sahil Abbaslı, AMEA Əlyazmalar İnstitutunun əməkdaşı Səba Verdiyeva, "Müasir İnkişaf" İctimai Birliyinin "Vətənpərvər Gənclər" Klubunun təmsilçisi, BDU-nun tələbəsi Turqut Ansari, BDU Tələbə Həmkarlar Təşkilatının üzvü Çimnaz Ağayeva, "Müasir İnkişaf" İctimai Birliyinin "Vətənpərvər Gənclər" Klubunun təmsilçisi Banuçiçək Göyüşlü iştirak ediblər. Sonda tədbir iştirakçıları bir daha Azərbaycan mətbuatının, jurnalistlərinin vacib və fədakar fəaliyyətini qeyd ediblər, medianın internet və süni intellekt dövrünə uyğun transformasiyasının əhəmiyyətini, gələcəkdə türk ölkələri arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Qeyd edək ki, 21 ildən çoxdur fəaliyyət göstərən, əsas Nizamnamə məqsədi türk xalqları arasında əməkdaşlığın inkişafına çalışmaq, onların mədəni inteqrasiyasında yaxından iştirak etmək olan "Müasir İnkişaf" İctimai Birliyi 21 ildən çoxdur fəaliyyət göstərir və bugünə qədər çoxsaylı tədbirlər, layihələr, görüşlər, müzakirələr keçirib.
DİGƏR XƏBƏRLƏR
Tarix: 05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər
Tarix: 05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi
Tarix: 05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi
Tarix: 05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib
- FOTO
Tarix: 05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...
Həm də indi...
Tarix: 05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir
- Məskunlaşmanın əsas istiqamətləri...
Tarix: 05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi
- FOTO/VİDEO
Tarix: 05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”
Tarix: 05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub
- FOTO
Tarix: 05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir"
- Əhməd İsmayılov
Tarix: 05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
- DTX-dan əməliyyat...
Tarix: 05.11.2026 / 12:09
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...
05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər
05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi
05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi
05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...
05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır...
Bu necə olub?...
05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir
- Britaniya kralı, ya baş nazir?
05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib
- FOTO
05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?
05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər
- çox qorxulu ehtimal...
05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var...
Kimlərdir?
05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır"
- Vüqar Rəhimzadə
05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır -
Kreml qəzəb püskürür...
05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi -
Ukraynaya şiddətli hücumlar başladı...
05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...
05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...
05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...
Həm də indi...
05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir
- Məskunlaşmanın əsas istiqamətləri...
05.11.2026 / 18:07
Fransa yenidən qarışdı
– iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...
05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi
- FOTO/VİDEO
05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı -
"Xəzər" yox, "Kaspian"?..
05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”
05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi –
"...belə bir prosedur yoxdur"...
05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı”
- Paşinyan
05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı -
vəziyyət 1950-ci illərlə müqayisə edilir...
05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...
05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib
05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi
05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı
05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...
05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub
- FOTO
05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...
05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...
05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...
05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...
05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir"
- Əhməd İsmayılov
05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb
05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...
05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...
05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib
05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu
- dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...
05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
- DTX-dan əməliyyat...
05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər
- Tramp açıqladı...
05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...
05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır
– Heqset və Rubio “vurula” bilər...
05.11.2026 / 12:09
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...
05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım
- 640 manat olacaq...
05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...
05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı
05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...
05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...
05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...
05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"
05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"
- Prezident
05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...
05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...
05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir
05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...
05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...
05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır
- müqavilə imzalandı
05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı
05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı
04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…
04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir?
- DOSYE
04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan...
Qalmaqal...
04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...
04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...
04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...
04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...
04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir...
Guya...
04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...
04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı...
Hicab da olacaq?
04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...
04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...
04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı
- Paşinyan rəqiblərini məhv edir...
04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb?
- YENİ FAKTLAR...
04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü -
hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...
04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb
04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi -
fövqəladə hökumət qurulur...
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ