Bazar günü günü, 20 sentyabr 2026
     

Almaniya deputatları Avropa qurumlarında Azərbaycan üçün çox obyektiv işlər görə bilər...

Image


Azər Həsrət: “...Almaniyanın dəstəyi ilə biz Avropada daha böyük uğurlar əldə edə bilərik”

Azərbaycan-Almaniya münasibətləri yeni mərhələyə qədəm qoyub. Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi və enerji sahələrində strateji tərəfdaşlığa əsaslanan yeni mərhələ formalaşır. İki ölkə arasında təkcə ənənəvi enerji təhlükəsizliyi deyil, həm də bərpaolunan enerji, nəqliyyat və Avropa İttifaqı-Azərbaycan münasibətlərinin dərinləşdirilməsi istiqamətində praqmatik əməkdaşlıq inkişaf edir.

Azərbaycan və Almaniya arasında əməkdaşlıq xüsusilə yaşıl enerji, Orta Dəhliz boyu logistika, sənaye kooperasiyası və işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətlərində daha da dərinləşib. Tərəflər arasında yüksək səviyyəli siyasi və iqtisadi təmaslar intensiv xarakter alıb. Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfər çərçivəsində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin rəhbərliyi ilə görüşlər keçirib. Bu görüşlərdə Almaniya şirkətlərinin Azərbaycanın yaşıl enerji layihələrində və Qarabağın bərpasında iştirakı müzakirə edilib.

İkitərəfli ticarət dövriyyəsi son 5 ildə 68% artıb. Avropa İttifaqının aparıcı ölkəsi olan Almaniya Azərbaycanın qeyri-neft sektoru və ixrac bazarı üçün prioritet tərəfdaşdır.

Alman sənayesi Mərkəzi Asiya bazarlarına çıxış və xammal tədarükünün şaxələndirilməsi üçün Azərbaycanın əsas qovşaq rolunu oynadığı Orta Dəhliz marşrutuna xüsusi önəm verir.

Ekspertlərə görə, Bakı ilə Berlin arasında iqtisadi tərəfdaşlığın inkişafında siyasi dialoqla yanaşı, iqtisadi diplomatiya da mühüm rol oynayır. Prezident İlham Əliyevin Almaniyaya səfərləri çərçivəsində aparıcı alman sənaye və biznes dairələrinin rəhbərləri ilə keçirdiyi görüşlər artıq ənənəvi xarakter alıb. Bu görüşlər Azərbaycanın investisiya imkanlarının təqdim olunması, yüksək texnologiyalar, yaşıl enerji, sənaye kooperasiyası, logistika və işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində yeni əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır.

Ekspertlərin fikrincə, Əliyevin bu səfəri təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Azərbaycanın Avropanın etibarlı strateji tərəfdaşı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Qeyd olunduğu kimi iki ölkə arasında yeni mərhələ formalaşır. Almaniyanın yüksək vəzifəli rəsmiləri və parlamentariləri Azərbaycanın suverenliyini dəstəkləyən bəyanatlar veriblər. Məsələn, rəsmi ikitərəfli görüşlərdə və bəzi təmaslarda Almaniya rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı müsbət mesajlar səsləndirib. Parlamentlərarası İşçi Qruplarının üzvləri (Bundestaqdakı Cənubi Qafqaz üzrə dostluq qrupu) ölkələr arasında əlaqələrin inkişafına, iqtisadi və diplomatik əməkdaşlığın qurulmasına töhfə verməyə çalışırlar.

Azərbaycanla Avropa təsisatları-Avropa Şurası, AŞPA və sair arasında ciddi problemlər olduğu bir dövrdə almaniyalı deputatların Avropa qurumlarında Azərbaycan üçün çox obyektiv işlər görə bilməsi aktuallaşıb.

Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a bildirdi ki, Almaniya Avropa Birliyinin lokomotiv ölkələrindən biridir. “Eyni zamanda xatırlatmaq istərdim ki, Avropa Birliyinin qurucu ölkələrindən biridir. Yəni Avropa Birliyinin təməllərini Fransa ilə bərabər Almaniya atıb. Təbiidir ki, indiki şəraitdə də Almaniya Avropa Birliyində ən üstün səs imkanlarına malikdir. Elə təkcə Avropa Parlamentinin 720 deputatından 96 deputatla Almaniya birinci yerdədir. Yəni faktiki olaraq ondan sonra gələn Fransanın cəmi 81 deputatı var. İtaliya üçüncü yerdə 76 deputatla təmsil olunur. Yəni görürsünüzmü, Almaniya 720 deputat yerindən 96-na sahibdir. Bu isə o deməkdir ki, təsir imkanları da daha üstündür. Bununla bərabər, Avropa Birliyinin ayrı-ayrı struktur vahidlərində də Almaniyanın təmsilçiliyi üstündür. Üstəlik də nəzərə almalıyıq ki, Almaniya özünün iqtisadi imkanlarına görə dünya nəhənglərinən biridir. Təbiidir ki, iqtisadiyyatın da bir çox məqamlarda siyasəti üstələdiyi sirr deyil. Yəni iqtisadiyyatı güclü olan dövlətlər təsir imkanlarına da sahibdir. O baxımdan Almaniya bizim üçün çox gərəkli, faydalı bir tərəfdaşdır. Amma sual oluna bilər, bəs necə olur ki, biz Almaniya ilə belə yaxınlaşırıq, yaxınlaşmağa cəhd də göstəririk, dövlət rəhbərlərimiz arasında münasibətlər yüksək səviyyədədir, amma yenə də Almaniya bizə qarşı atılan addımlarda yer alır. Məsələn, Avropa Parlamentində anti-Azərbaycan qətnaməsi qəbul ediləndə alman deputatlar bizim lehimizə deyil, əleyhimizə səs verirlər. Yəni məsələ ondadır ki, bizim özümüz onlarla daha çox işləməliyik. Ümumiyyətlə, Azərbaycan, əlbəttə ki, kiçik bir dövlət olması baxımından çox böyük həcmli işləri bacara bilib. Lakin bizi hələ irəlidə çox daha çox işlər gözləyir. Yəni demək istədiyim odur ki, Almaniyadan nəsə umuruqsa, nəsə gözləyiriksə, özümüz fəal olmalıyıq. Özəlliklə də ictimai rəydə ən öndə olan kəsim parlament üzvləri olduğuna görə Almaniya parlamenti-Bundestaqla, eyni zamanda da Avropa Birliyindəki almaniyalı deputatlarla da iş aparılmalıdır. Bu işi ən uyğun şəkildə kim apara bilər? Əlbəttə ki, Azərbaycan Milli Məclisinin üzvləri, azərbaycanlı deputatlar. Çox istərdik ki, bizim deputatlarımız Almaniya kimi bir ölkənin deputatları ilə ikitərəfli dostluq münasibətlərini yüksəltsinlər. Tək-tük deputatlarımız var ki, alman deputatlarla bu və ya digər şəkildə əlaqə saxlayırlar, fikir mübadiləsi edirlər, informasiya mübadiləsi aparırlar”.

A.Həsrətin sözlərinə görə, amma əksər deputatlarımızın nə Almaniya Bundestagından xəbəri var, nə də ki Avropa Parlamentindəki almaniyalı deputatlardan. “Yeri gəlmişkən bunu xüsusi vurğulamaq istəyirəm, Azərbaycan cəmiyyətində bəzən düşünürlər ki, Bundestaqin, yəni ölkə milli parlamentinin üzvüsənsə, elə Avropa Parlamentinin də üzvü ola bilirsən. Vəziyyət fərqlidir. Avropa Şurası Parlament Assambleyasında bəli, elədir. AŞPA-da təmsilçilik dövlətlərin öz daxilində öz parlamentlərinə seçdikləri deputatlar vasitəsilə olur. Avropa Parlamentində isə iş fərqlidir. Yəni Avropa Parlamentinə birbaşa seçkilər keçirilir və deputatlar birbaşa Avropa Parlamentinə seçilmiş olur. Bu o deməkdir ki, Avropa Parlamentinin üzvü olan heç də özünün milli parlamentinin üzvü deyil. Əlbəttə ki, bu da işi bir qədər də artırmış olur. Yəni milli parlamentlə ayrı işləmək lazımdır, Avropa Parlamentinin üzvləri ilə ayrı. Yəni demək istədiyim odur ki, potensialımızı səfərbər edib bu yöndə iş görsək, Almaniyanın dəstəyi ilə biz Avropada daha böyük uğurlar əldə edə bilərik”-deyə A.Həsrət qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı…

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ