İran Baş Qərargahının sözçüsü briqada generalı Əbülfəzl Şikarçı ABŞ-ın III Dünya Müharibəsi üçün ehtiyatda saxladığı bütün silahları İrana qarşı istifadə etdiyini iddia edib.
O əlavə edib ki, ABŞ və İsrail 2025-ci ildə 12 günlük münaqişə zamanı bir həftə ərzində İranı məğlub edib parçalaya biləcəklərinə inanırdılar, lakin İran özünün "Vədinə Sadiq Əməliyyat 1 və 2" əməliyyatı ilə "hədəf bankı" yaradıb və müharibə ilə bağlı diaqnoz qoyub.
Şikarçı bildirib ki, ABŞ və İsrail həm son etirazlar zamanı, həm də 28 fevralda başlayan hücumlar zamanı eyni məqsədlə hərəkət ediblər.
Əvvəllər sınaqdan keçirilmiş, lakin dünyada istifadə olunmayan bir çox silah İrana qarşı istifadə olunduğunu iddia edən Şikarçı, ABŞ-ın III Dünya Müharibəsi üçün ehtiyatda saxladığı bütün silahları İrana qarşı istifadə etdiuini deyib.
Tahir TAĞIYEV