ABŞ-ın İran İnqilab Keşikçiləri Korpusuna məxsus hədəfləri vurmaq üçün B-1 bombardmançı təyyarələrindən istifadəni bərpa etdiyi iddia edilir. Bu barədə “Axios” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bombardmançı təyyarələrin Böyük Britaniyadakı hava bazasından havaya qalxdığı və izləmə veb saytlarında onların İranda olduğu bildirilib.
ABŞ ordusu İrana qarşı 12 gecəlik hücumunun son dalğasının beş saatdan sonra başa çatdığını elan edib: "ABŞ qüvvələri İranın dəniz imkanları, raket və pilotsuz təyyarə anbarları, sahil müşahidə məntəqələri və hava hücumundan müdafiə elementləri də daxil olmaqla çoxsaylı hərbi hədəflərə zərbələr endirib".
Tahir TAĞIYEV