Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyada “Azad söz” kanalının rəhbəri bloqer Tural Sadıqlı ilə dialoqu zamanı diqqət çəkən fikirlər səsləndirib.
Hikmət Hacıyev söhbət zamanı Tural Sadıqlının verilişləri ilə bağlı bunları deyib:
“Verilişlərinizə çox vaxt ayırmıram, səmimi deyim. Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır, elə deyil. Mən Azərbaycan mediasına baxıram. Azərbaycanda peşəkar media da var. Ancaq sizə bir şey deyim, həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara mənim yazığım gəlir. Bunu bədbəxtlik sayıram. Mənim haqqımda nə deyirsinizsə, bundan sonra 5 qat artıq deyin, amma mən sizin mövcud durumunuza acıyıram”.
Sözügedən videonu təqdim edirik: