Bazar günü günü, 20 sentyabr 2026
     

Bakıda gizli Merkel-Putin danışıqlarını Azərbaycandan niyə gizlədiblər?...

Image


Rəşad Bayramov: “Almaniya və Rusiya Azərbaycan dövlətini prosesin iştirakçısına çevirmək niyyətində olmayıblar”

Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirərək qeyd edib ki, bizə bu barədə Almaniya və Rusiya tərəfindən xəbər verilməyib:

“Bakıda keçirilmiş dediyiniz görüşlərlə əlaqədar deyə bilərəm ki, bu məlumatı biz “The Times” qəzetindən öyrəndik. Bizim bundan xəbərimiz yox idi. Təbii ki, belə mötəbər mətbu orqanda çıxan məqaləyə biz diqqətlə yanaşaraq araşdırma aparmışıq və dünən mən Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəmişəm ki, “The Times” qəzetində adları keçən şəxslər Azərbaycanda bir vaxtda olublar, yoxsa yox. Sizə onu deyə bilərəm ki, bu məlumat təsdiqləndi. İyulun 12-də Berlin-Bakı reysi ilə iki nəfər tanınmış şəxs, - birinin xanım Merkelin administrasiyasının rəhbəri olduğu haqqında məlumat var, - cənab Pofala və cənab Platsik Bakıya gəlmişdilər və iyulun 14-də Bakıdan Berlinə geri qayıtmışdılar. Eyni zamanda, ayın 12-də Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti Şurasının rəhbəri cənab Fadeyev Moskvadan Bakıya gəlmişdilər və biri ayın 13-də, o biri isə ayın 14-də Bakıdan ayrılmışdılar. Bizə bu barədə nə Almaniyadan, nə Rusiyadan hər hansı bir xəbər daxil olmamışdı. Yəni sadəcə olaraq, bizim ərazimiz bizdən xəbərsiz istifadə edilmişdir. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm. Çünki biz bunu görməmişik. Amma dediyim bu uçuş statistikası deməyə əsas verir ki, belə bir gizli görüş Bakıda keçirilmişdir. Əgər bu görüş Ukrayna-Rusiya müharibəsini sonlandıracaqsa, əlbəttə ki, biz bunu alqışlayırıq”.

Göründüyü kimi, təsdiqlənir ki, onlar Bakıda olublar, ərazimizdən istifadə ediblər, amma görüşün olub-olmadığını təsdiqləyə bilmərik. Ancaq fərz edək ki, görüş olub. O zaman bu görüşün gizli şəkildə Bakıda təşkil olunması Almaniya və Rusiya üçün nə məqsədə xidmət edir? İkincisi, bunu niyə Azərbaycana demədən, xəbər etmədən ediblər? Çünki axı Azərbaycan belə görüşlərə çox ev sahibliyi edib. Özü də bunlardan böyük görüşlərə. Üçüncüsü, belə bir görüşün gizli şəkildə təşkil edilməsi tərəflərin hansısa biri tərəfindən Azərbaycanı Rusiya-Ukrayna münaqişəsinə cəlb etmək məqsədi daşıya bilərmi? Yəni ya Rusiya tərəfindən, ya da Almaniya tərəfindən. Bir sözlə, sözügedən gizli görüş Azərbaycanı Rusiya-Ukrayna müharibəsinə cəlb etmək kimi gizli bir məqsədə xidmət edə bilərmi?

Sözügedən suallara aydınlıq gətirən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov baki-xeber.com-a açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Əslində Prezident İlham Əliyevin açıqlaması bir neçə vacib məqamı özündə birləşdirir. Birincisi, xəbərdə adı çəkilən şəxslərin eyni tarixlərdə Bakıda olduqlarının təsdiqlənməsi. İkincisi, Azərbaycanın rəsmi qurumlarının bu səfərlər barədə əvvəlcədən məlumatlandırılmadığı və ən nəhayət bu faktın həmin şəxslər arasında görüşün keçirildiyini faktiki baxımdan sübut etmədiyinə baxmayaraq uçuş tarixlərinin üst-üstə düşməsinin belə bir qənaəti formalaşdırdığını. Məhz bu çərçivədə gizli görüş ehtimalının mümkün motivlərini ayrıca təhlil etmək mümkündür. Əgər fərz etsək ki, Almaniya və Rusiya nümayəndələri arasında həqiqətən də Bakıda qapalı formatda görüş keçirilib, bunun ilk izahı diplomatiyanın mahiyyəti ilə bağlı ola bilər. Belə ki, rəsmi danışıqlardan əvvəl qeyri-rəsmi və məxfi təmaslar geniş yayılmış praktikadır. Xüsusilə Ukrayna müharibəsi kimi mürəkkəb və yüksək siyasi risk daşıyan məsələlərdə tərəflər ictimaiyyətin və müttəfiqlərinin təzyiqi altında qalmamaq üçün ilkin mövqeləri məhz qapalı kanallar vasitəsilə yoxlamağa üstünlük verə bilərlər. Bu baxımdan, Bakının seçilməsi Azərbaycanın son illərdə həm Rusiya, həm də Qərb dövlətləri ilə işlək münasibətlər saxlaması və müxtəlif beynəlxalq dialoqlara ev sahibliyi etməsi ilə izah oluna bilər”.

R. Bayramovun fikrincə, lakin Azərbaycanın bununla bağlı əvvəlcədən məlumatlandırılmaması müəyyən suallar doğurur: “Bunun da bir neçə mümkün izahı ola bilər. İlk ehtimal odur ki, səfər tamamilə qeyri-rəsmi xarakter daşıyıb və iştirakçılar heç bir dövlət mandatı ilə deyil, şəxsi və ya ekspert səviyyəsində təmas qurublar. Bu halda rəsmi Bakıya məlumat vermək hüquqi baxımdan məcburi hesab edilməyə də bilər. İkinci ehtimal ondan ibarətdir ki, tərəflər görüşün məxfiliyinə maksimum dərəcədə riayət etməyə çalışaraq məlumat sızması riskini minimuma endirmək istəyiblər. Bu heç də Azərbaycanın etibarsız tərəfdaş olması anlamına gəlmir. Sadəcə, bəzi həssas diplomatik proseslərdə məlumatı bilməli olanların dairəsi mümkün qədər dar saxlanılır. Üçüncü ehtimal isə ondan ibarətdir ki, Almaniya və Rusiya Bakını yalnız coğrafi və logistik baxımdan əlverişli neytral məkan kimi seçiblər. Lakin Azərbaycan dövlətini prosesin iştirakçısına çevirmək niyyətində olmayıblar. Bu hadisənin Azərbaycanın Rusiya-Ukrayna müharibəsinə cəlb edilməsi məqsədi daşımasına gəldikdə isə mən belə düşünmürəm. Əgər görüş həqiqətən baş tutubsa, onun Bakıda keçirilməsi Azərbaycanın münaqişənin tərəfinə çevrilməsi demək deyil. Əksinə, Azərbaycanın neytral ölkə olması və təhlükəsiz görüş məkanı olması ilə bağlıdır. Bu, Bakının danışıqların məzmununa və ya nəticələrinə görə siyasi məsuliyyət daşıdığı anlamına gəlmir”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı…

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ