şənbə günü, 15 avqust 2026
     

Ukrayna dronlarnın Rusiyanı üstələməsinin səbəbi bilindi - Çin ikibaşlı oynayır...

Image


Rəşad Bayramov: “Çin nə Rusiyanın uduzmasını, nə də Ukraynanın məğlub olmasını istəmir”

Ukrayna idxalının böyük bir qismini Çindən idxal təşkil edir. Rəsmi məlumatlara görə, bu ilin yanvar-aprel ayları ərzində Ukraynanın idxalı 32.2 milyard təşkil edib. Çindən idxal 8.7 milayrd dollar olmaqla Ukraynanın ümumi idxalın 25 faizindən çoxunu təşkil edir.

Məlumata görə, Ukraynanın dron istehsalı Çindən idxalla parallel şəkildə artır. Məsələ ondadır ki, Çin bəzi həsas hissələri Rusiyaya satmadığı üçün uzun məsafəli dronlar məsələsində Ukrayna öndədir.

Çox maraqlı statistikadır. Adətən indiyə qədər belə məlumatlar yayılırdı ki, Rusiyanın əsas texnoloji təchizatçısı Çindir, bəs Pekin istəmir Rusiya məğlub olsun və s. Bəs indi nə baş verir? Belə məlum olur ki, Çin həm də Ukraynanın məğlub olmasını istəmir?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov Çinin belə ikili oyun oynamasını bir sıra faktorlarla əlaqələndirdi: “Qeyd olunan statistika həqiqətən də maraqlıdır və Çinin Ukrayna müharibəsindəki mövqeyinə daha praqmatik baxmağı tələb edir. Bu statistika onu göstərir ki, uzun müddət ərzində Rusiyanın iqtisadi və texnoloji dayağı kimi çıxış edən Çin eyni zamanda Ukrayna ilə də əhəmiyyətli iqtisadi əlaqələri qoruyub saxlayıb. Burada əsas məsələ ondan ibarətdir ki, Çin müharibəyə ideoloji deyil, geoiqtisadi və geosiyasi praqmatizm prizmasından yanaşır. Pekinin əsas məqsədi kiminsə qələbəsi deyil. Çinin marağı ilk növbədə öz iqtisadi və strateji maraqlarını qorumaq, eyni zamanda böyük güclər arasında balans yaratmaqdır. Müharibənin uzanması və Rusiyanın sanksiyalar altında qalması Pekinə Rusiyanın enerji məhsullarını olduqca ucuz qiymətə əldə etmək imkan verir. Üstəlik Rusiyanın təcridi Moskvanı faktiki olaraq Çindən asılı vəziyyətdə saxlayır ki, bu da rəsmi Pekinin maraqlarına cavab verir. Məsələyə dron istehsalı kontekstində baxanda da məlum olur ki, Çin prinsipcə müharibənin uzanmasında maraqlıdır. Belə ki, Ukraynanın son iki ildə pilotsuz uçuş aparatlarının istehsalını kəskin artırdığı məlumdur. Bunun üçün lazım olan çoxsaylı komponentlər - mikroelektronika, mühərriklər, kameralar, batareyalar, rabitə modulları və digər hissələr isə əsasən Çin istehsalıdır. Lakin bu, Pekinin Ukraynanı hərbi müttəfiq kimi dəstəklədiyi anlamına gəlməməlidir. Sadəcə olaraq Çin qlobal sənaye istehsalının mühüm hissəsini əlində cəmləşdirib və bir çox məhsullar həm Ukraynaya, həm də Rusiyaya müxtəlif vasitələrlə çatır”.

R. Bayramov onu da qeyd etdi ki, Çin müəyyən həssas texnologiyalar və ikili təyinatlı məhsullar üzrə Rusiyaya münasibətdə daha ehtiyatlı davranmağa çalışır: “Bunun əsas səbəbi ABŞ və Avropa sanksiyalarından yayınmaq istəyidir. Pekin açıq şəkildə Rusiyanın yanında dayanmaq istəmir, çünki onun əsas ixrac bazarları yenə də Qərb ölkələridir. Bu səbəbdən bəzi yüksək texnologiyalı komponentlərin Rusiyaya birbaşa satışında məhdudiyyətlər müşahidə olunur. Ukrayna isə qlobal bazarlara daha açıq çıxış imkanlarından istifadə edərək həmin məhsulların bir hissəsini əldə edə bilir. Əslində, Çinin davranışı "nə Rusiyanın uduzmasını, nə də Ukraynanın məğlub olmasını istəmir" kimi xarakterizə edilə bilər. Pekin üçün ən əlverişli olan odur ki, müharibə nəzarətdən çıxmasın və tərəflərdən heç biri tam məğlubiyyətə uğramasın. Çünki Rusiyanın ağır məğlubiyyəti Çinin strateji tərəfdaşlarından birinin zəifləməsi demək olardı. Digər tərəfdən, Ukraynanın və ümumilikdə Qərbin ciddi məğlubiyyəti isə Avropa bazarlarında qeyri-sabitlik yarada, qlobal iqtisadiyyata mənfi təsir göstərə və Çinin yuxarıda qeyd etdiyim iqtisadi maraqlarına zərbə vura bilər.

Buna görə də Pekin faktiki olaraq "ikili balans" siyasəti yürüdür. Bir tərəfdən Moskva ilə siyasi və iqtisadi əməkdaşlığı davam etdirir, digər tərəfdən isə Ukrayna ilə ticarət əlaqələrinin tamamilə kəsilməsinə imkan vermir. Məhz Ukraynanın idxal strukturunda Çinin payının 25 faizdən çox olması da bu siyasətin nəticəsi kimi qiymətləndirilə bilər. Yəni söhbət Çinin tərəf seçməsindən getmir. Söhbət ondan gedir ki, Pekin müharibədən sonra da həm Moskva, həm də Kiyevlə işləyə biləcək mövqeyi qorumağa çalışır. Bu isə Çinin xarici siyasətində son illərin ən xarakterik xüsusiyyətlərindən biri olan maksimum çeviklik və praqmatizm prinsipinə tam uyğundur”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr yendirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ