“Associated Press” məlumatlı mənbəyə istinadən xəbər verir ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarında yaralanan amerikalı hərbçilərin sayı 500-ü keçib.
Bu, Pentaqonun rəsmi rəqəmlərini üstələyir, çünki 482 hərbçi yaralanıb.
Pentaqonun mətbuat katibi Şon Parnell ötən gün bildirib ki, son iki həftə ərzində ABŞ-ın İrana qarşı hərbi əməliyyatları zamanı təxminən 100 amerikalı əsgər müxtəlif dərəcələrdə xəsarət alıb.
İndiyə qədər ümumilikdə 18 amerikalı hərbçi həlak olub.
Tahir TAĞIYEV