Cümə günü, 11 sentyabr 2026
     

Tarixi düşüncəni milli yaddaşa çevirən qələmdar - Yunus Oğuzun doğum gününə

Image


Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin qəhrəmanı tarixdən gələcəyə uzanan sözün və milli kimliyin yazıçısı tarixçi alim Yunus Oğuzdur! Müasir Azərbaycan ədəbiyyatında tarixi roman janrına yeni nəfəs gətirən, tarixşünaslıqla bədii təfəkkürü eyni müstəvidə birləşdirən yazıçılardan biri olan Yunus Oğuz yalnız romanlar müəllifi deyil, həm də tarixə analitik münasibət bəsləyən, milli kimliyin elmi və bədii əsaslarını araşdıran mütəfəkkir yazardır. Onun əsərlərində tarix keçmiş hadisələrin sadə təsviri deyil, gələcəyin ideoloji istiqamətlərini müəyyənləşdirən mənəvi məktəb kimi təqdim olunur. Bu baxımdan Yunus Oğuzun yaradıcılığı Azərbaycan nəsrində xüsusi bir istiqamət formalaşdırmışdır. O, tarixi faktları bədii təxəyyülün imkanları ilə zənginləşdirsə də, heç vaxt həqiqətdən uzaqlaşmır. Yazıçının əsərlərində hadisələrin arxasında duran siyasi, mədəni və mənəvi səbəblər analitik baxışla açılır. Məhz buna görə onun romanları həm ədəbi, həm də tarixi mənbə kimi maraq doğurur.

Olduqca müxtəlif auditoriyalada bütün söhbətlərmdə və əksər yazılarımda dəfələrlə qeyd etmişəm. Yunus Oğuz müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla bərabər, öz imzası, dəsti-xəttilə seçilən söz sənətkarlarındandır. Onun ümumi dünya qələmdarları sırasında yeri Təbəri, Mahmud Kaşğarlı, Lev Tolstoy, Yevgeni Tarle, Vasiliy Yan, Məmməd Səid Ordubadi kimi ustad sənətkarların arasındadır. Bu fikir təsadüfi deyil. Çünki Yunus Oğuz tarixi sadəcə nəql etmir; o, tarixi düşünür, araşdırır və onu yeni nəsillərə milli yaddaş kimi təqdim edir.
Yunus Oğuzun yaradıcılığına nəzər saldıqda aydın görünür ki, onun üçün tarix yalnız keçmiş deyil. Tarix insanın özünü tanımasının başlanğıcıdır. Yazıçının qəhrəmanları da məhz milli kimlik uğrunda mübarizə aparan şəxsiyyətlərdir.
Tarixi romanlarında müəllif hadisələri dövrün siyasi panoramı ilə yanaşı, milli-mənəvi dəyərlər prizmasından təqdim edir. Bu xüsusiyyət onu klassik salnaməçilikdən fərqləndirir.
Onu bir yazar kimi sələflərindən və xələflərindən fərqləndirən başlıca xüsusiyyət istər tarixi, istərsə də şahidi olduğumuz hadisələrə yalnız quru bədii salnaməçi mövqeyindən yanaşmamasıdır. Onun bütün qələmə aldığı mətn nümunələrində mövzuya analitik yanaşma mövqeyi qabarıq şəkildə ortaya çıxaraq keçmişi təsdiq, gələcəyi isə tərtib edir. Məhz bu cümlə Yunus Oğuz yaradıcılığının ən dəqiq elmi xarakteristikalarından biridir.
Yunus Oğuz tarix və siyasət elminin mahir bilicisi kimi ""Türk" etnonimi və törələri"indən "Cığır"a qədər olduqca geniş spektrli, ta qədim zamanlardan günümüzədək uzanan dövrü əhatə edən salnamələrində döyüş sənəti haqqında da faydalı informasiya ötürməyə nail olmuşdur.
Yunus Oğuz yalnız romanlar müəllifi deyil. Onun türk tarixinə dair araşdırmaları türkşünaslığın diqqətçəkən nümunələri sırasındadır.
2025-ci ildə nəşr olunan "Türk etnonimi və törələri" kitabı müəllifin uzun illər apardığı araşdırmaların nəticəsi kimi meydana çıxmışdır. Kitabda müəllif "türk" sözünün etimologiyasınıas,, qədim mənbələrdə işlənmə formalarını, türk törələrinin mahiyyətini, qədim dövlətçilik ənənələrini və milli hüquq sistemini geniş şəkildə araşdırır.
Akademik Nizami Cəfərov ön sözdə yazır:
"Yunus Oğuz yalnız məşhur romanları ilə deyil, akademik araşdırmaları və elmi-publisistik yazıları ilə də türk tarixinin qaranlıq, mübahisəli tərəflərinə aydınlıq gətirməyə çalışan müəllifdir."
Müəllif əsərində "türk" etnoniminin yalnız dil baxımından deyil, həm də dövlətçilik və mədəniyyət baxımından daşıdığı mənanı araşdırır: "Bir millət öz tarixini bilmədikdə və ya öyrənmək istəmədikdə çoxsaylı yanlışlıqlara yol verir..."
Bu fikir əslində kitabın ideya açarıdır. Müəllif hesab edir ki, milli kimliyin qorunmasının ən əsas yolu tarixə doğru baxışdır.
Kitabın ən maraqlı bölmələrindən biri qədim türk törələrinə həsr olunmuşdur:
"...törə anlamı səndən yuxarıda duran, ocaq başında oturan mənasını verir... toplumda siyasi, sosial, dini, iqtisadi və digər məsələləri müəyyənləşdirən yazılı olmayan hüquq qaydalarına törə deyilir." Bu yanaşma göstərir ki, müəllif qədim türk dövlətçiliyini yalnız hərbi qüdrətlə deyil, hüquqi-mənəvi sistemlə də əlaqələndirir.
Kitabın digər üstün cəhəti isə türk qadınının cəmiyyətdəki roluna ayrıca yer ayırmasıdır. Tomris, Türkan xatun, Möminə xatun kimi tarixi şəxsiyyətlərin fəaliyyəti türk dövlətçilik ənənələrinin ayrılmaz hissəsi kimi təqdim olunur.
Qədim Türk törəsindən maya tutub, qidalanan yazıçı ruhu tarixi, siyasi biliklərin çuğlaşmasında bişirib, yetişdirdiyi döyüş sənəti haqqında fikir və ideyaları, gələcək nəsillər üçün mesajlarını "Cığır" - Zəfərin bədii salnaməsində reallaşdırmaq imkanı əldə etmişdir. Onun Şuşaya ilk səfərlər zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qarşısında böyük qürur və məsuliyyətlə dediyi, - "...mən Şuşada yazıram..." - cümləsi ədəbiyyat tariximizə qızıl hərflərlə yazılmış tarixi kəlamlar sırasında öz möhtəşəm və şərəfli yerini həmin andan etibarən almışdır.
Yunus Oğuzun yaradıcılığında xüsusi yer tutan əsərlərdən biri də "Cığır" tarixi romanıdır.
Bu roman artıq yalnız bədii əsər deyil, müasir Azərbaycan tarixinin mənəvi salnaməsinə çevrilmişdir.
Yunus Oğuz qələbədən, şanlı Zəfərimizdən, Şuşadan mütləq yazmalı idi... Bu nümunə "Cığır" oldu. Şəxsən mən romanın anonsunu Şuşada şanlı Zəfərimizin memarı Müzəffər Ali Baş Komandanın hüzurunda müəllifin öz dilindən eşitdim... gözlərimin önündə fatehlərin yanında olan salnaməçi mirzələrdən biri qismində canlandı Yunus Oğuz.
Bəli bu bənzətmə təsadüfi deyil. Tarix boyu böyük zəfərlərin yanında onları gələcək nəsillərə çatdıran salnaməçilər olub. Müasir Azərbaycanın həmin salnaməçilərindən biri də Yunus Oğuzdur. Yunus Oğuz tarixin təsdiq etdiyi, qələmi ilə tarix yazan yazıçılardan biridir. "Cığır" onun silsilə tarixi romanlarının içərisində Şuşanın havası kimi saf, yolları kimi dolanbac, qayaları kimi sıldırım olan uca bir zirvədir. Yunus Oğuz "Cığır" romanında müəllif təkcə baş vermiş hadisələri təsvir etmir. O, gələcək siyasi prosesləri də tarixi məntiq əsasında proqnozlaşdırır.
Yunus Oğuzun tarixinə söykənərək romanda verdiyi tərtiblərin çoxu qısa bir müddət ərzində həyata keçdi. Bu gün artıq Xankəndində bayrağımız dalğalanır. Bu fikir yazıçının tarixi təfəkkürünün nə qədər güclü olduğunu göstərən mühüm göstəricidir.
"Cığır" romanı yalnız bir yazıçının deyil, bütövlükdə Azərbaycan tarixi roman məktəbinin uğurudur. Ən yüksək mükafatlara layiq bir əsərdir. "Yazarlar" olaraq, yazarlar cameəsi və səngər həyatının nə demək olduğunu bilən, döyüş yolu keçmiş hərbçilər adından dəyərlimiz Yunus Oğuzu "Cığır" romanına görə "Əsrin yazarı" mükafatı ilə təltif edirik. Xeyirli olsun! Əlbəttə Yunus Oğuz daha çoxuna layiq bir yazardır. O zaman-zaman Türk dünyasının müxtəlif müstəqil qurumları tərəfindən mükafatlandırılıb. Və bu proses fasiləsiz olaraq davam edir.
Belə əsərlər milli yaddaşın formalaşmasına xidmət edir və məhz bu səbəbdən layiqli qiymətini almalıdır.
Ümidvaram ki, növbəti xəbərlərdən biri "Cığır"ın Dövlət mükafatına layiq görülməsi haqqında olacaq.
Yunus Oğuzun yaradıcılığı təkcə Azərbaycan sərhədləri ilə məhdudlaşmır. O Azərbaycanda tanındığı kimi, Türkiyədə, Özbəkistanda və digər soydaşlarımızın yaşadığı ölkələrdə də məşhurdur. Məsələn, Özbəkistanda Yunus Oğuz ən azı Azərbaycanda olduğu qədər tanınır və sevilir. Yunus Oğuz türk dünyasının ortaq fikir adamı və sevilən yazarlarından biridir. Onun əsərləri türk dünyasının ortaq tarixini, ortaq yaddaşını və ortaq gələcəyini düşünən müəllifin baxışlarını əks etdirir.
Tarixi romanlar, elmi araşdırmalar, publisistik yazılar və türkçülük düşüncəsi bir yerdə Yunus Oğuzu müasir Azərbaycan ədəbiyyatında xüsusi məktəbə çevirir. Bu məktəbin əsas ideyası isə sadədir: Tarixini bilən millət gələcəyini də özü yazır. Akademik Nizami Cəfərov Yunus Oğuzun tarixçiliyindən danışarkən qeyd edir ki, tarixi iki cür öyrənirlər: akademik tarixçilik. Bəzən buna, hücrə tarixçiliyi, universitet tarixçiliyi də deyirlər. Burda daha çox akademizim, faktlar, sxemlər, modellər öyrədilir. Tarixə müdaxilə edilmir, mümkün qədər tarixi necə varsa, o cür təqdim edirlər. Bu tarixçilik tamam başqadı. Bir də var tarixi ədəbiyyatlardan, romanlardan dinamik şəkildə öyrənmək. Yunus Oğuzun tarixçiliyi çox dinamikdi. Yunus Oğuzun tarixi romanlarında və tarixi pyeslərində ("Attila") və ümumiyyətlə yaradıcılığında tarixi xronologiya mövcuddur. Əmir Teymura həsr olunmuş romanında Yunus Oğuz çalışır ki, Əmir Teymurun həm ümumən türk dünyasındakı tarixi rolunu dəyərləndirsin, həm də Azərbaycanla əlaqələndirsin. Mən şahidi olmuşam (N.Cəfərov dəfələrlə deyib) ki, hətta Daşkənddə Özbəkistanın ən məşhur tarixçilərinin iştirak etdiyi tədbirdə bu romanın təqdimatı və müzakirəsi zamanı Yunus Oğuz öz mövqeyini qoruyaraq müəyyən mənada fikirlərini qəbul etdirməyi bacarıb. Yunus Oğuzun "Nadir şah" əsərini daha çox qiymətləndirən Nizami Cəfərov qeyd edir ki, Nadir şah dövrü Azərbaycan tarixşünaslığında həmişə pərakəndəlik, ziddiyyətlər dövrü kimi təqdim olunur. Nadir şaha müsbət bir sərkərdə kimi baxılmayıb. Daha çox Səfəvilərdən sonra dağıdıcı, süni imperiya kimi söhbətlər olub. Amma yunus Oğuz "Nadir şah" əsərilə əsaslandırır ki, bizim müasir Azərbaycan tarixinin yaratdığı etnik, siyasi, coğrafi mənzərənin yaranmasında Nadir şahın əvəzsiz rolu olub.
Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü - İyulun 22-si tanınmış yazıçı, tarix araşdırıcısı, publisist və türk dünyasının yorulmaz tədqiqatçısı Yunus Oğuzun doğum günüdür. Təqvimin bu günü dünyaya göz açan yazara sanki, uca Yaradan qələmi özü ərmağan edərək, onu anadan qələmdar doğulanlar sırasına yazıb.
Belə bir əlamətdar gündə onun yaradıcılığına nəzər saldıqda aydın görünür ki, Yunus Oğuz yalnız roman müəllifi deyil. O, milli yaddaşın keşiyində dayanan fikir adamıdır. Onun əsərləri keçmişi öyrədir, bu günü düşündürür, gələcəyə isə inam aşılayır.
"Cığır" kimi Zəfər romanları, "Türk etnonimi və törələri" kimi elmi-publisistik araşdırmaları, qədim tariximizə yeni baxış gətirən əsərləri göstərir ki, Yunus Oğuz Azərbaycan ədəbiyyatında həm tarixçi yazıçı, həm də milli kimlik fəlsəfəsinin müasir daşıyıcılarından biridir.
Doğum günü münasibətilə Yunus Oğuza möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, türk dünyasının ortaq tarixi və milli yaddaşı naminə başladığı elmi və bədii yolun yeni sanballı əsərlərlə davam etməsini arzulayırıq. Çünki belə qələm sahibləri yalnız kitab yazmırlar - onlar millətin tarixi yaddaşını gələcəyə daşıyan mənəvi körpülər salırlar. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik!

Zaur Ustac,

"Yazarlar" jurnalının baş redaktoru,

AVMVİB, AJB və AYB-nin üzvü

22.06.2026. Şuşa - 22.07.2026. Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

11.09.2026 / 11:22
Dipkorpus nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar

11.09.2026 / 11:10
Tərtər sakini Ağdərədə minaya düşdü...

11.09.2026 / 10:56
Aydın Kazımzadə: "Şəfiqə Məmmədovanın sədr olmaq şansı daha böyükdür"

11.09.2026 / 10:22
Tramp İranla müharibənin bitəcəyi tarixi açıqladı və Hörmüzə də öz adını verdi…

11.09.2026 / 09:44
"Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 09:30
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır...

11.09.2026 / 09:13
Ankarada səfirliksiz səfir təyinatı - İsraildən ilginc addım…

11.09.2026 / 09:03
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

11.09.2026 / 08:08
Kanada Ukrayna ilə 100 illik tərəfdaşlıq sizişi imzaladı...

11.09.2026 / 08:03
“Əziz Səncərin təltif edilməsi Türkiyə-Azərbaycan qardaşlığına göstərilən dəyərin yüksək təzahürüdür”- Alptekin Cihangir İşbilir

11.09.2026 / 07:50
Hillari Klintondan Netanyahu hökumətinə qarşı sərt sözlər - İsraili sevirəm, amma…

11.09.2026 / 07:38
Trampın seçicilərə bonus vədi Ukraynanı yardımsız qoyacaq? - Hələlik təklifdir

11.09.2026 / 01:12
“Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub oldu

10.09.2026 / 22:45
Tarixin saxtalaşdırılması davam edir

10.09.2026 / 22:17
İranın Hörmüz boğazını bloklaması Trampa 4,4 milyon dollar qazandırdı…

10.09.2026 / 21:58
Neft tankerlərini ilk dəfə vuran ABŞ İranla müharibənin yeni səhifəsini açdı...

10.09.2026 / 21:32
Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

10.09.2026 / 21:14
Tramp Putinin ən son “Ukrayna təklifinə” nə cavab verib? - İşin üstü açılsa, qiyamət qopacaq...

10.09.2026 / 20:55
11 Sentyabrın 25-ci ili: Əfqanıstandakı “saatlı bomba” yenidən partlayacaq...

10.09.2026 / 20:39
Gürcüstanda siyasi qüvvələr bir-birini qırır - David Monastrını Azərbaycana kim “satıb”?...

10.09.2026 / 20:22
Tramp bir təbriklə sağ populist partiyaları mövcud Avropa hakimiyyətlərinə qarşı qaldırdı...

10.09.2026 / 20:07
Trampın elçiləri ilə Putinin “Zəngəzur razılaşması”? - Paşinyan Moskvadan əvvəl Parisə yollandı...

10.09.2026 / 19:49
Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

10.09.2026 / 19:35
11 dövlətin İsrail əleyhinə bu addımına Trampdan maraqlı reaksiya gəldi...

10.09.2026 / 19:17
I Bakı Türkoloji Qurultay milli mətbuat səhifələrində

10.09.2026 / 19:03
Cənubi Koreya kəşfiyyatı Kim Çen Inın oğlu olub-olmadığını araşdırdı...

10.09.2026 / 18:27
Trampla təmaslardan sonra Putin Ukraynaya qarşı daha da fəallaşıb...

10.09.2026 / 18:04
Mümkün Rusiya-ABŞ-Ukrayna danışıqları Əbu-Dabidə keçirilə bilər…

10.09.2026 / 17:50
Neft qiymətləri 150 dollara qədər yüksələ bilər – “Hörmüz düyünü” açılmasa…

10.09.2026 / 17:36
ABŞ Beynəlxalq Cinayət Məhkəməsini ləğv etmək üçün NATO müttəfiqlərindən kömək istədi

10.09.2026 / 16:47
Çində yük gəmisində güclü yanğın - 20 nəfər həlak olub, 5 nəfər itkin düşüb...

10.09.2026 / 16:30
Ermənilər Azıx mağarasından silah anbarı kimi istifadə edib - Xidmət rəisi açıqladı...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ