Qazaxıstan Ukraynanın Qara dənizdəki Novorossiysk yaxınlığındakı Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalına tanker hücumlarından sonra gəmi operatorları arasında yaranan təhlükəsizlik narahatlıqlarına görə, əsas ixrac terminalına neft daşınmasını müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qala bilər.
"Bloomberg" agentliyinin məlumatına görə, əgər bu həftənin sonuna qədər daşınmalar dayandırılarsa, Qazaxıstandakı neft istehsalçıları istehsalı azaltmaq məcburiyyətində qalacaqlar.
Qeyd olunur ki, ölkənin neft ixracının təxminən 80 faizi CPC vasitəsilə həyata keçirilir və potensial fasilə Avropa neft emalı zavodlarına tədarükü mənfi təsir göstərə bilər.
Tahir TAĞIYEV