İran Silahlı Qüvvələrinin hərbi əməliyyatlar aparan bölməsi olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı ABŞ-ın İranın nüvə obyektlərinə hücum təhdidi ilə bağlı açıqlama yayıb.
Mərkəz xəbərdarlıq edib ki, ABŞ İranın nüvə obyektlərinə hücum edərsə, bu cür hərəkətlər regionda müharibənin genişləndirilməsi hesab ediləcək və ABŞ müttəfiqlərini və regiondakı bütün ABŞ maraqlarını hədəf alacaq.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranın Natənz Nüvə Stansiyasının yaxınlığındakı Kazma dağı bölgəsinə tezliklə gücü zərbə endirəcəklərini açıqlayıb. Burada santrifüjlərin olduğu iddia edilir.
Tahir TAĞIYEV