Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deputatların tətil əvəzinə hərbi təlimdə iştirak etməsini təklif edib. Rusiya Müdafiə Nazirliyi bu ideyanı dəstəkləyib.
Bu barədə Volodin çərşənbə günü Dövlət Dumasının iclasında bildirib. Onun sözlərinə görə, tətil əvəzinə deputatlar üçün belə təlimlər keçirilə bilər.
Volodin hesab edir ki, hərbi təlimdə iştirak "çoxlarını bu cür qanun layihələrinin nəzərdən keçirilməsinə və qəbul edilməsinə daha məsuliyyətli yanaşmağa" təşviq edəcək.
Qeyd edək ki, Dövlət Duması çərşənbə günü keçirilən iclasında səfərbərlik, hərbi vəziyyət və ya müharibə dövründə Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında xidmət edə biləcək şəxslərin dairəsini aydınlaşdıran qanun qəbul edib.
General Qoremıkin məsələ ilə bağlı "Biz hətta bu təlim sessiyalarının tarixlərini, vaxtını və xarakterini də razılaşdıracağıq"- deyə bildirib.
SAMİRƏ