Fransada əvvəllər qadağan olunmuş iki pestisid növünün bərpasını nəzərdə tutan qanun layihəsi hökumət daxilində ciddi fikir ayrılığına səbəb olub.
Milli Assambleya və Senat şəkər çuğunduru, alma və fındıq istehsalçılarını dəstəkləmək üçün 2018 və 2019-cu illərdə qadağan edilmiş asetamiprid və flupiradifuron kimyəvi maddələrinin müəyyən şərtlər altında təkrar istifadəsinə icazə verən qanun layihəsini təsdiqləyib.
Qanun layihəsi parlamentdən keçdikdən sonra ətraf mühit naziri Monique Barbut Yelisey Sarayı ilə əlaqələrini kəsib və vəzifəsindən istefa verib.
Kənd təsərrüfatı naziri Anni Jenevar qış aylarında fermerlərin etirazlarını xatırladaraq qərarı müdafiə edib. O, pestisidlərin alternativ olmadığı, fövqəladə hallarda məhdud müddət ərzində istifadə olunacağını bildirib və bu addımın Avropa rəqibləri ilə rəqabət aparmaq üçün zəruri olduğunu iddia edib.
Qanunun qəbulundan sonra Greenpeace hökumətin elmə, sağlamlığa, ətraf mühitə və xalqın iradəsinə məhəl qoymadığını bildirən bir bəyanat yayıb. Fransa Arıçılar Assosiasiyasının nümayəndəsi Anri Klement də parlament qərarını mütləq fəlakət kimi xarakterizə edib.
Tahir TAĞIYEV