Moldova Respublikasının Rusiya Federasiyasındakı səfiri L. Dariusa iyulun 21-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, Rusiya səfirliyinin əməkdaşları və nəqliyyat vasitələri ilə bağlı iki hadisə ilə əlaqəsar Moldova tərəfinin Vyana Konvensiyasını kobud şəkildə pozması ilə əlaqədar ona qarşı sərt etiraz bildirilib.
Bikldirilir ki, 19 iyulda Moldova polisi Kişinyovda sənəd yoxlaması üçün Rusiya səfirliyinin avtobusunu saxlayıb və heç bir izahat vermədən onun diplomatik nömrə nişanlarını çıxarıb. Bu hərəkətləri həyata keçirərkən polis səfirlik işçilərinə qarşı güc tətbiq edib və onları həbs etməklə hədələyib. Rusiya səfirliyinin Moldova Xarici İşlər Nazirliyinə vəziyyəti aydınlaşdırmaq üçün hadisə yerinə nümayəndə göndərmək xahişi isə rədd edilib.
Ikinxi hadisə iyulun 20-dən 21-nə keçən gecə Rusiya səfirliyinin əməkdaşları Moldovadan Rusiyaya rəsmi yük çatdırmaq üçün yola düşərkən Leuseni sərhəd keçid məntəqəsində baş verib. Onlar sərhəddə səbəbsiz olaraq dörd saatdan çox saxlanılıblar.
“Moldovanın Moskvadakı səfiri Dariusa 1961-ci il Vyana Konvensiyasının əsas müddəalarının kobud şəkildə pozulması barədə məlumat verilib...
Səfirə Rusiya tərəfinin cavab tədbirləri görmək hüququnu özündə saxladığı bildirilib", - deyə Rusiya Xarici İşlər Nazirliyinın açıqlamasında qeyd edilib.
Tahir TAĞIYEV