Bolqarıstan parlamentinin müdafiə komitəsi Bezmer aviabazasında Amerika tanker təyyarələrinin və Amerika hərbi qulluqçularının müvəqqəti yerləşdirilməsinə icazə verən hökumət təklifini təsdiqləyib. Bu barədə CNN xəbər verib. Komitə Yaxın Şərqdəki əməliyyatları dəstəkləmək üçün Bolqarıstanın cənub-şərqindəki aviabazada səkkiz Amerika tanker təyyarəsinin və 250 Amerika hərbi qulluqçusunun yerləşdirilməsinə icazə verən Nazirlər Şurasının qətnamə layihəsini dəstəkləyib. Amerika Birləşmiş Ştatları burada 24 iyuldan 1 oktyabra qədər yerləşdirilməni istəyib.
Xəbərdə o da bildirilir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bolqarıstana ABŞ-a İrana qarşı hərbi əməliyyatlar üçün öz ərazisindən istifadə etməyə icazə verməmək barədə xəbərdarlıq edib.
SAMİRƏ