Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ağdam-Xankəndi yolu açılır - Qarabağda ermənilər hazırlıqlara başladılar...

Image


Qarabağda məskunlaşan ermənilərin Ağdam yolundan istifadəsi məsələsi ilə bağlı hadisələrin inkişafı daha maraqlı xarakter almağa başlayır. Ermənilər artıq qəbul edir ki, Azərbaycan mövqeyindən geri çəkilən deyil. Elə bu fonda “Qraparak” qəzeti yazır ki, “Qarabağ prezidenti “Araik Arutyunyan “Təhlükəsizlik Şurasının iclasında” Ağdam yolu ilə ticarətin aparılması barədə qərar qəbul edildiyini açıqlayıb.

Nəşr daha sonra yazır: “Bu qərarın harada və nə vaxt verildiyini dəqiqləşdirməyib. Xatırladaq ki, iyul ayında Brüsseldə Aİ prezidenti Şarl Mişel Azərbaycanın Qarabağa Ağdamdan keçən humanitar dəhlizlə təmin edilməsi təklifini alqışlamışdı. Bu, Ermənistan hakimiyyətinin etiraz etmədiyi BMT Təhlükəsizlik Şurasının iclasında da müzakirə olunub. İndi “Qarabağ prezidenti” bu məsələni müzakirəyə çıxarmaq əvəzinə, reallıq kimi təqdim edir. Bu qərarın müqavimətə səbəb olacağı proqnozlaşdırıldığı üçün əvvəlcədən Karen Matevosyanın rəhbərlik etdiyi milislərin “hərəkəti” təşkil edilib. Bu silahlı qrup, çox güman ki, yaxın vaxtlarda bu yolda ucaldılan sədləri sökməyə cəhd edəcək. Araik Arutyunyan bildirib ki, bu yolda ticarət “qismən” olacaq, tikinti materialları, dizel yanacağı, dərmanlar oradan keçəcək, ərzaq Laçın vasitəsilə Rusiya sülhməramlıları tərəfindən gətiriləcək, lakin bu, Laçın yolunun tam işləyəcəyi anlamına gəlmir. Buradan Qarabağ sakinlərinin hərəkəti məhdudlaşdırılacaq. Arutyunyan onu da bildirib ki, növbəti mərhələdə Azərbaycandan da alınacaq qaz və elektrik enerjisi məsələsinin müzakirəsi planlaşdırılır. O iddia edir ki, bununla Azərbaycan guya güzəştə gedir və bunun müqabilində Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolunun istismar olunmasını tələb edir. Bu məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda yenidən görüşmək qərara alınıb. Mənbələrimiz Təhlükəsizlik Şurasının iclasında Samvel Babayanın da iştirak etdiyini, “parlament müxalifətinin” dəvəti rədd etdiyini bildirir”. Qəzetin yazdıqlarının böyük dərəcədə həqiqət olduğunu Araik Arutyunyanın “mətbuat katibi” Lusine Ovanesyanın “Armenpress”ə açıqlamaları da təsdiqləyir. O bildirib ki, Arutyunyan müxtəlif “dövlət, siyasi və ictimai dairələrlə” qapalı müzakirələr aparıb, onlar Qarabağda yaranmış “humanitar və təhlükəsizlik” problemlərini müzakirə ediblər: “Ümumi blokada” nəticəsində Azərbaycanın yanaşması, “Qarabağ hakimiyyətinin” hərəkətləri və vəziyyətin həlli üçün müxtəlif mərkəzlərdən vasitəçilik təklifləri daxil olub. Hələlik heç bir qərar verilməyib, lakin müzakirələr davam edir və “prezident” Arutyunyan yaxın vaxtlarda vəziyyət və hakimiyyətin yanaşmaları barədə məlumatı şəxsən bildirəcək”. Ovanesyan bunun nə vaxt baş verəcəyini dəqiqləşdirməyib. “Qarabağ  parlamentinin müxalifət partiyasının rəhbəri” Metaxe Akopyan da “Qarabağın prezidenti” ilə görüşdə iştirak edib.  Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunun açılması üçün Azərbaycan tərəfindən təzyiqlər edilir. Akopyan hesab edir ki, Arutyunyan məhz qərar qəbul etmək üçün məlum görüşlərin təşəbbüskarı olub.

Beləliklə, artıq Qarabağ erməniləri arasında da qəbul olunur ki, Ağdam-Xankəndi yolunun açılmasının alternativi yoxdur.  Baş verənləri şərh edən rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov qeyd edir ki, əslində, ermənilərin vaxtı da çox deyil: “Ötən həftə İrəvanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının Laçın yolu ətrafındakı vəziyyətlə bağlı iclası keçirilib. Tədbirin qətnaməsiz, hətta sədrin bəyanatı olmadan başa çatması Ermənistan tərəfini narahat edib. Düzdür, erməni ekspertlər hələ də bir, hətta iki həftəyə qərarın çıxacağını gözləyirlər və bu çox qəribədir. Çünki çıxışlardan aydın oldu ki, Azərbaycanın ərazi bütövlüyü heç kim tərəfindən mübahisələndirilmir, Laçın yoluna gəlincə isə, bir çox dövlətlər alternativ Ağdam-Xankəndi yolunu da qeyd ediblər”. Ekspert “oxu.az”a açıqlamasında bildirib ki, Ermənistanın mövqeyində böyük təməl ziddiyyət var və İrəvanın indiyədək olan fəaliyyətləri kimi, bundan sonrakılar da bu ziddiyyət çərçivəsində davam edəcək: “Ermənistan anlayır ki, Azərbaycan güclüdür. Ölkə rəhbərliyi də əhalinin əksəriyyəti kimi Qarabağın Azərbaycanın ərazisi kimi tanınmasına razıdır, çünki onlar özləri Azərbaycanla döyüşə bilmirlər, həmçinin, kənarda onlar üçün döyüşmək istəyən tapa bilmirlər”. Politoloqun sözlərinə görə, bu səbəbdən İrəvan yollar axtarır ki, Qarabağı hüquqi baxımdan Azərbaycanın ərazisi kimi tanısın, amma eyni zamanda, bura faktiki və siyasi cəhətdən Azərbaycanın olmasın: “Bunun üçün isə Bakı hansısa yolla, görünür, bəzi qüvvələrin təzyiqi altında Qarabağın erməni icmasının muxtariyyətini tanımalıdır, bu muxtariyyətin qarantı isə Azərbaycan hökuməti və Konstitusiyası deyil, Ermənistanın dostu olan hansısa beynəlxalq strukturlar olmalıdır. Amma Azərbaycanın bu variantı həyata keçirməyə arzusu və ehtiyacı yoxdur. 2,5 ildən az müddətdə “Soçi razılaşmaları” başa çatacaq, Azərbaycan onları yeniləməyəcək. Bakı Rusiya sülhməramlı kontingentinə görülən işlərə görə təşəkkür edəcək, ola bilsin ki, kimisə hansısa şücaətinə görə mükafatlandırsın, vəssalam. Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edəcək, daha sonra Azərbaycan ordusu bu əraziyə daxil olacaq və Ermənistan silahlı qüvvələrini darmadağın edəcək. Amma bəlkə də, erməni qüvvələri bunun tamamilə əbəs olduğunu anlayaraq hətta döyüşlərə qoşulmayacaqlar. Deməli, Bakının erməni muxtariyyətini tanımasına ehtiyac yoxdur”. Ekspert, həmçinin, Sovet Azərbaycanı çərçivəsində mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətini xatırladıb: “Hər şey çox pis bitdi. Erməni icması da Ermənistan kimi bu muxtariyyətdən sui-istifadə etdi. Onlar dəhşətli müharibəyə başladılar, nəticədə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, minlərlə insan həlak oldu. Azərbaycan niyə bir daha öz dövlətçiliyinin altına bu minanı qoymalıdır?!”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ