Bazar günü günü, 13 sentyabr 2026
     

Cənubi Azərbaycanın milli hökumətlərinin orden və medalları - qürur tarixi...

Image


Azərbaycan xalqı tarixin hər dönəmində öz sözünü deyə, öz izini qoya bilib. Ən ağır, çətin mərhələlərdən, sınaqlardan qürurlu, əli dolu, ürəyi təpərli, dizi taqətli  çıxıb.

Paralanmış Azərbaycanın Güneyində hər zaman xalqımızın azadlığı və istiqlalı uğurunda çarpışan şəxsiyyətlər, fədailər olub ki, biz bu gün onların adlarını böyük qürurla çəkirik. 1945-ci ildə Azərbaycanın Güneyində Milli Hökumətin çox çətin şəraitdə qurulması, fəaliyyəti, burada verilən qərarlar, görülən işlər hər biri xalqımızın tarixində əhəmiyyətli hadisələrdəndir.  Azərbaycan Demokrat Firqəsinin-Azərbaycan Milli Hökumətinin 1 il çəkən fəaliyyəti dövründə görülən işlərin sırasında “Səttarxan” ordeninin və “21 Azər” medalının təsis edilməsi də var.      

“Güney Azərbaycanın tarixi irsi” rubrikasında Milli Hökumətin təsis etdiyi orden və medaldan, onlara layiq görülən fədailərdən, dövlət və ictimai-siyasi xadimlərdən danışacağıq. 

Tədqiqatçılara görə, “21 Azər” medalı 1946-cı ildə təsis edilib. Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak edən 20 min nəfər “21 Azər” medalı ilə təltif edlilib. Milli Hökumətinin dağılmasından sonra medalın verilməsi də dayandırılıb.

Tədqiqatçı Səməd Bayramzadənin tədqiqatlarında “21 Azər” medalı və “Səttarxan” ordeninin təsis olunması və verilməsi qaydaları, habelə təltif edilən şəxslər barədə geniş bəhs olunur.

Azərbaycan Demokrat Firqəsinin rəsmi orqanı olan Azərbaycan qəzetində bu medalın təsis edilməsi haqqında bunlar yazılıb: “Milli Hökumətin 7 fevral 1946-cı il tarixli iclasında fədai hərəkatında müstəqim və qeyri-müstəqim surətdə iştirak edənlərin şərəfini təzmin etmək üçün onlara “21 Azər” adlı bir medal verilməsi qərara alınmışdır”.

“Səttarxan” ordeni Milli Hökumətin ali ordeni olub və 10 nəfər şəxsiyyət bu medala layiq görülüb.  Bildirək ki, “Səttarxan” ordeni 1946-cı ildə təsis edilib və həmin ilin sentyabr ayının 3-də Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak edən 10 nəfərə təqim edilib. Milli Hökumətinin dağılmasından sonra ordenin verilməsi də dayandırılıb. “Səttarxan" ordeni ilə yalnız 10 nəfər təltif edilib.

Bunlar Cənubi Azərbaycan Milli hökumətinin müdafiə naziri, general-mayor Cəfər Kavian, general-mayor Qulam Yəhya, Azərbaycan Demokrat Firqəsinin maarif naziri, görkəmli şair  .

Məhəmməd Biriya, Milli Hökumətin Ərdəbildən olan məclis üzvü Məmi Dehqan,  Təbriz radiosunun müdiri Mirqasım Çeşmazər, Azərbaycan Demokratik firqəsinin üzvü, tədqiqatçı, publisist Mirrəhim Vilayi, general-mayor, Azərbaycan Milli Hökumətinin Yollar, Poçt və teleqraf naziri Mirzə Rəbi Kəbiri, İran kommunist partiyasının üzvü, Cənubi Azərbaycan Milli Hökumətin başçılarından biri Nüsrətullah Cahanşahlıhəkim, Pişəvərinin müavini Sadıq Padiqan, Azərbaycan Demokrat Firqəsinin fəalı, Azərbaycan Milli hökumətinin Ali məhkəməsinin sədri

Zeynalabidin Qiyami idilər. “Səttarxan” ordeni onlara Azərbaycan Demokrat Firqəsinin bir illiyi münasibətilə Seyid Cəfər Pişəvərinin özü tərəfindən təqdim olunub. Bu barədə Firqənin rəsmi orqanı olan “Azərbaycan” qəzetində geniş bəhs edilib.

Heç şübhəsiz ki, həm “21 Azər” medalı, həm də “Səttarxan” ordeni xalqımızın qürur tarixinin sönməz məşəlləridir. Səttarxan Hərəkatı da, 21 Azər Hərəkatı da xalqımızın milli mübarizə tarixində xüsusi yer tutduğu üçün bu medal və ordeni daşıyanların hamısı Azərbaycan xalqının böyük ehtiramla yad etdiyi şəxsiyyətlərdir. “21 Azər” medalına layiq görülənlərin sayı 20 min olduğu üçün o parlaq simaların, əqidəli insanların, əsl fədailərin adlarını bir-bir çəkə bilmirik, amma arxiv sənədlərində,  tədqiqat əsərlərində o cəsur insanların hər birinin adları qızıl hərflərlə yazılıb. Gizlin deyil ki, Milli Hökumət süqut etdikdən sonra hökumətdə təmsil olunan şəxsiyyətlərin, eləcə də əqidəli firqəçilərin, milli mübarizlərin cəmi 1 faizi bu taya keçə bildi, qalanları isə Güneydə qaldı və şah rejimi tərəfindən hər cür əzaba düçar edildilər, edam kürsüsünə çıxarılıb dar ağacından asıldılar, güləlləndilər.

Dosent S.Bayramzadə məqalələrindən birində “1946-cı ilin dekabr ayının 12-də Azərbaycan Milli Hökuməti xarici imperializmin birbaşa siyasi, maddi və hərbi dəstəyi ilə İran şahlıq rejimi tərəfindən devrildi, şah qoşunları Azərbaycanı qan dəryasına çevirdi. Azərbaycanın 25 min nəfərdən çox demokrat və milli qüvvələrinin nümayəndələri güllələndi, dar ağacına çəkildi, minlərlə oğul və qızları zindana salındı. 100 mindən çox adam sürgünlərə göndərildi, mütərəqqi və demokratik ruhlu insanlar amansız təqibə məruz qaldılar”-deyə yazır.

Güney Azərbaycan Milli Hökumətinin hakimiyyət olaraq ömrü az olsa da, lakin bu gün də yaşayır. Günümüzdə milli hökumət ideyalarını, firqəçilik düşüncəsini özünə yol yoldaşı edən milyonlarla fədaimiz var ki, onlar mütləq mənada Milli Hökumətin çırağını yenidən yandıracaqlar...

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ