Cümə axşamı günü, 12 noyabr 2026
     

Ukraynada birbaşa Rusiya - NATO müharibəsi başlanır

Image


Ukraynanı Rusiyaya qarşı müharibədə dəstəkləyən Qərb ölkələri Kiyevə getdikcə daha müasir hərbi texnikalar ötürməyə başlayıblar. Bundan başqa, ABŞ və bir sıra Avropa ölkələri Ukraynaya Rusiyaya qarşı döyüşmək üçün muzdlu döyüşçülər göndərməyə davam edir. Elə bu fonda Rusiya hazırda Ukrraynada 30-dan artıq ölkəyə qarşı döyüşdüyünü iddia edir.

Ümumiyyətlə, hazırda belə hesab edilir ki, Ukraynada dolayı yolla olsa da Rusiya və NATO arasında savaş gedir. Amma bu savaşın birbaşa açıq müstəviyə keçmə ehtimalı da yüksəkdir. Artıq Rusiyada bu xüsusda daha açıq fikirlər səslənir. Kremlin əsas təbliğatçılarından biri olan rusiyalı teleaparıcı Vladimir Solovyov bu xüsusda bildirir: “Bizim bir damla da olsa şübhəmiz olmamalıdır ki, yaxın zamanlarda NATO ilə Rusiya arasında birbaşa toqquşma olacaq. Hazırda da biz NATO ilə müharibə aparırıq, amma bu, birbaşa açıq toqquşma demək deyil. Amma belə davam etməyəcək. Yaxın vaxtlarda açıq toqquşma fazasına keçid gözlənilir. Ukraynada Qərb silahlarına, xüsusi təlim keçmiş əsgərlərə qarşı mübarizə aparırıq. Müharibənin ilk günlərindən Qərb Kiyevə milyonlarla dollarlıq silah göndərir. Amma NATO birbaşa olaraq Rusiyaya qarşı müharibə etmədiyini bildirir. Bizdə olan dəqiq məlumatlara əsasən, yaxın vaxtlarda NATO Rusiyaya qarşı birbaşa müharibə etdiyini açıqlayacaq. Bunun isə insanlıq üçün böyük fəsadları olacaq”. Bu arada Qərb müharibədə dolayı iştirak səviyyəsini yüksəldən növbəti addım atmağa hazırlaşır. Belə ki, Avropa İttifaqı Ukrayna qüvvələri üçün ona qonşu ölkələrdə təlim proqramına başlanması məsələsini müzakirə etməyə hazırlaşır. İttifaqın xarici işlər komissarı Josep Borrel məsələ ilə bağlı qeyd edir: “Əlbəttə, bu, çox böyük missiya olacaq. Hər bir missiya münaqişənin səviyyəsinə uyğun olmalıdır”. O xatırladır ki, Ukraynaya ABŞ və Qərb tərəfindən verilən silah, texnika və kəşfiyyat məlumatları Ukrayna qüvvələrinə Rusiya ordusunun hücumlarını dayandırmaq olmasa da, yavaşıtmaq imkanı verib: “Bu tamamilə məntiqli görünür ki, uzanan müharibə və onun daha da uzanacağının hiss olunması maddi təchizatdan daha artıq dəstək tələb edir. Biz üzv ölkələrlə bu məsələni müzakirə edirik və siyasi müzakirə gələn həftə olacaq”. Borrel İspaniyanın Santander şəhərində keçirilən forumda bildirib ki, Avropa İttifaqının müdafiə nazirləri bu məsələni gələn həftə Praqada müzakirə edəcəklər. Avropa xarici siyasət idarəsinin başçısı bu təlimlərin praktikada necə həyata keçiriləcəyi barədə detallara varmayıb. O yalnız bunu deyib ki, nazirlər planı təsdiq edəcəklər. Borrel bunu da deyib ki, ukraynalı hərbçilərə təlim öz vətənlərində deyil, qonşu ölkələrdə veriləcək. O, Polşanın, Çex Respublikasının və əslində, Ukraynaya qonşu olmayan Birləşmiş Krallığın və Fransanın adlarını çəkib: “Bizim verdiyimiz silahlar olduqca müasirdir. Onlardan istifadə olunması üçün çox mühüm təlim də verilməlidir. Amma biz bunu Ukraynanın öz ərazisində etməyəcəyik”.Avropa mənbələrinin verdiyi məlumata görə, hərbçilərə təlim verilməsi ricası ilə Borrelə Ukraynanın xarici işlər və müdafiə nazirləri müraciət edib. ABŞ artıq Ukrayna üçün analoji proqramlar icra edir. İndi bunu Avropa da həyata keçirir. Ukraynaya müdaxilə başlanandan bəri Avropa İttifaqı Ukrayna üçün silahların alınmasına 2.5 milyard avro ayırıb.

Bununla yanaşı, Qərb ölkələrinin Rusiya ilə birbaşa müharibəyə daxil olması da fəal müzakirə mövzusudur. Hətta belə bir vaxtda Britaniya ordusunun yüksək vəzifəli rəsmilərindən biri deyib ki, ölkə qoşunları Rusiyaya qarşı döyüşə hazır olmalıdır və hərbçilər ailə və doğmalarına belə bir ssenarinin mümkünlüyünü izah etməlidirlər. “The Mirror” qəzetinin yazdığına görə, Britaniya ordusunun əsgər və serjant heyətinin ən yüksək rütbəli rəsmisi Pol Karney deyib ki, Birləşmiş Krallığın hərbiyyəsi hazırda özünü Rusiyadan gələn təhdidə hazırlayır və istənilən təcavüzü dəf etməyə hazır olmalıdır. Karney əlavə edib ki, hərbçilər ailələrini və yaxınlarını Şərqə göndərilməyin mümkünlüyü barədə xəbərdar etməlidirlər: “Vladimir Putin Ukraynaya müdaxilə edəndən bəri son 6 ayda dünya dəyişib və Britaniya ordusu yeni reallıqlara hazır olmalıdır. Mən istəyirəm ki, hamımız əməliyyatlara nə dərəcədə yararlı olduğumuzu yoxlayaq. Bu da mühümdür ki, sevdiklərimizi və ailə üzvlərimizi – bizim yoxluğumuzda ən ağır yükü çəkənləri buna hazırlayaq. Mənim ricam odur ki, potensial əməliyyata göndərilə biləcəyinizi yaxınlarınızla indi müzakirə edəsiniz. Bu sahəyə baxan sosial dəstək şəbəkələrindən telefon nömrələrini tapın və yaxınlarınıza dəstək ola biləcək adamları – hərbi həmkarların nümayəndəsi və ya hərbi birliyin keşişləri ilə əlaqə qurun”. O, izah edib ki, bütün bunlar hərbçinin uzun müddət evdə olmadığı dövr üçün çox mühümdür: “Əmin olaq ki, sevdiklərimizə bizim vermək imkanında olmadığımız dəstək evlə əlaqəmiz olmayan vaxtda onlara 100 faiz veriləcək”. Britaniya ordusunun keçmiş komandanı lord Riçard Dannat bu müraciəti necə anlamağın gərək olduğunu izah edib: “Bu, ordunun 1 nömrəli əsgərindən nəzakətli bir məsləhətdir. Bu o demək deyil ki, ordu elə bu saat Ukraynaya göndəriləcək. Hətta sülh vaxtlarında da müharibəyə və həyatın hər aspektinə hazır olmaq bütün orduların vəzifəsidir. Digər tərəfdən, Avropada müharibə, aqressiv Rusiya və Rusiya ilə həmsərhəd narahat ölkələrin olduğu bir vaxtda Britaniya əsgəri üçün baş verə biləcək real hadisələrdən ağah olmaq müdriklikdir”. Hərbiyyə rəsmiləri bildirirlər ki, xəbərdarlıqda ailəsi ilə əlaqəsi olmamaq təhlükəsizik mülahizələri ilə mobil telefonlardan istifadə edilməməsi deməkdir. Britaniya ordusunun komandanı general Patrik Sanders hələ iyun ayında demişdi: “Biz Avropada bir daha döyüşməyə hazır olmalı nəsilik”. “The Mirror” yazır ki, 10 minədək ukraynalı əsgər hazırda Britaniyada təlim keçir, Britaniyanın Kiyevdəki səfirliyi isə Kral dəniz piyadaları tərəfindən mühahafizə olunur.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:41
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ