Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycanın qətiyyəti Ermənistan üçün Zəngəzur barədə tək variant buraxır…

Image


“İkinci Qarabağ müharibəsindən təxminən iki il keçir, amma görün bu iki il ərzində nə qədər böyük dəyişikliklər baş verib. Mən hələ orada apardığımız bərpa, yenidənqurma işlərini kənara qoyuram, bunlar hamısı göz qabağındadır. Şüurda nə qədər dəyişikliklər baş verir. Nəyə görə? Düzgün siyasətimizə görə. Çünki müharibə başa çatandan dərhal sonra mən demişəm ki, bizə sülh lazımdır. Biz Ermənistanla sülh danışıqlarına başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutunu biz onlardan gözləyirik”.  Bu fikirləri Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib.

Hadisələrin indiki inkişaf axarı göstərir ki, əslində, yaxın tezlikdə Zəngəzur dəhlizi ilə bağlı çox mühüm olaylar yaşanacaq. Söhbət konkret olaraq dəhlizin işə başlamasından gedir. Məsələ burasındadır ki, Azərbaycanla yanaşı, artıq Rusiya və Türkiyə də Zəngəzur dəhlizi ilə bağlı İrəvana təzyiqləri gücləndirib. Elə bu fonda Ermənistan Zəngəzur dəhlizinin açılmasını artıq əngəlləyə bilmir. Məsələ ilə bağlı Türkiyə ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəisi Rza Tuna Turagay bildirib ki, Azərbaycanla Türkiyə arasında “Güzəştli Ticarət Sazişi”nin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur və bu, Zəngəzur dəhlizi ilə bağlı məsələləri də əhatə edir. Turagay qeyd edib ki, məqsəd iki ölkə arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır:  “Hazırda dövriyyəmiz 5 milyard dollara yaxındır. 2021-ci ildə idxalımız 2,3 milyard dollar, ixracımız isə 2,7 milyard dollar olub. Biz məhsul dövriyyəsinin həcmini artırmağa çalışırıq”. Onun sözlərinə görə, ticarət əlaqələrinin genişləndirilməsi üçün ən vacib məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır: “O dəhlizin açılması ticarətin həcmini artırmaq üçün Azərbaycana, oradan da Mərkəzi Asiya ölkələrinə daxil olmaq baxımından bizə üstünlük verəcək. Zəngəzur dəhlizinin açılması ilə bağlı Rusiya ilə yüksək səviyyəli danışıqlar davam edir. Yaxın vaxtlarda dəhlizin açılacağını gözləyirik”. Bu açıqlama ermənilərdə narahatlıq və narazılıq yaradıb. “Hayeli” nəşri yazır ki, Türkiyə və Rusiya Ermənistan hakimiyyətinin qərarı olmadan bir növ gizli danışıqlar aparır. Üstəlik, dəhlizin açılması Azərbaycan üçün üstünlük kimi qeyd olunur və oradan Mərkəzi Asiya ölkələrinə çıxış baxımından ticarətin həcmi artırılacaq: “Xatırladaq ki, bir neçə gün əvvəl Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Dövlət Gəlirləri Komitəsinin sədrinə Azərbaycan tərəfinin Ermənistan ərazisindən Naxçıvana maneəsiz keçə bilməsini təmin etməyi tapşırmışdı. Eyni zamanda, Paşinyan bunun Ermənistan Respublikasının qanunvericiliyinə uyğun olaraq edilməli olduğunu vurğulayıb. İndi nə baş verir, türklər Ermənistanın suveren ərazisində Zəngəzur dəhlizinin açılması ilə bağlı ruslarla danışıqlar aparır və Ermənistanın mövqeyini nəzərə almağa ehtiyac görmürlər... Zəngəzur dəhlizinin məqsədi İranı, eləcə də Rusiyanı zəiflətməkdir. Türkiyə faktorunun və təsirinin artırılması təhlükəsini anlayan Moskva hər şeyə uyğun olaraq Ankaraya başa saldı ki, Rusiya faktorunu nəzərə almadan “dəhliz”i işə salmaq mümkün olmayacaq. Türkiyə rəsmisinin açıqlamasını nəzərə alsaq, hazırda Rusiya-Türkiyə danışıqları Zəngəzur dəhlizinin açılması həddinə çatıb”.

Ermənistanın “Qraparak” nəşri öz mənbələrinə istinadən məlumat yayıb ki, Zəngəzur dəhlizinin açılması məsələsi Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya lideri Vladimir Putin arasında avqustun 31-də baş tutacaq üçtərəfli görüşdə müzakirə ediləcək və dəhlizlə bağlı daha dəqiq qərarlar qəbul olunacaq. Nəşr Rusiya mənbələrinə istinadən bildirir ki, Azərbaycan prezidenti bu görüşdə Zəngəzur dəhlizi məsələsini kəskin şəkildə müzakirə etməyə hazırlaşır: “İlham Əliyev Paşinyanın Azərbaycanı Naxçıvana birləşdirən yolun açılış tarixini, onun yerini, istismarını və bununla bağlı digər məsələlərin həllini aydın şəkildə elan etməsini istəyir. Ruslar bildirir ki, İlham Əliyev qətiyyətlidir və Paşinyanın vədlərinə inanmaq və ona vaxt vermək niyyətində deyil”. Məsələnin bu tərəfini şərh edən iqtisadçı ekspert Natiq Cəfərli də olduqca maraqlı açıqlamalar verərək qeyd edib: “Ermənistan mətbuatı yazır ki, bu ayın sonunadək Zəngəzur dəhlizi ilə bağlı qərar, marşrut və şərtlər elan olunacaq. İddialara görə, Paşinyan ayın sonunda bunu cəmiyyətə elan edəcək və ictimai rəyi bu qərara hazırlayacaq. Başqa bir iddiaya görə, Türkiyə və Rusiya son görüşmələrdə Zəngəzur dəhlizi ilə bağlı ümumi razılığa gəlib - xarici siyasətlə bağlı digər məsələlərdə olduğu kimi, dəhliz məsələsində də Azərbaycan-Türkiyə tandemi, addımların sinxron olması qürurvericidir. Yeri gəlmişkən, bir neçə gün əvvəl Brüsseldə Azərbaycan-Ermənistan rəsmilərinin son görüşü də imzalanacaq sənədlərə son düzəlişlərlə bağlı idi. Dünya fraqmentallaşır, qloballaşma projesi yerində sayır, fraqmental dünyada bölgə gücləri yaranır, bu anlamda qardaş Türkiyə fraqmental dünyanın bir neçə güc mərkəzindən birinə çevrilir/çevrilə bilər. Azərbaycanla sinxronlaşmış addımlar isə bu işi gücləndirən amildir. Fraqmental dünyada yeni logistik xətlər həyati əhəmiyyət daşıyır, Ermənistandan, həm də o yola paralel olaraq (cəmi 5 km məsafə ilə) İrandan keçəcək 2 alternativ Zəngəzur dəhlizi bölgəmizi coğrafi, siyasi, iqtisadi anlamda böyüdür. Xeyirli-uğurlu olsun!”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:41
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ