Türkiyə Azərbaycana daha 13 minatəmizləyən maşın verib. Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilib.
"MSB_ASFAT tərəfindən yerli və milli imkanlarla istehsal edilən daha 13 ədəd Mexaniki Mina Təmizləmə Maşını (MEMATT) Azərbaycan Müdafiə Nazirliyinə təslim edildi. Bugünə qədər Azərbaycana ixrac edilən MEMATT sayı 20-yə çatdı", - deyə məlumatda bildirilir.