Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan Laçın məsələsinə son nöqtəni qoyur

Image


Ermənilərin Laçın şəhərini və Laçın rayonunda yerləşən daha iki kəndi nə vaxt boşaldacağı ilə bağlı məsələ aktuallığını qorumaqda davam edir. Azərbaycan bu prosesin mümkün qədər tez həyata keçməsində maraqlıdır. Əvvəllər erməni tərəfi buna etiraz etsə də, son məlumatlar qarşı tərəfin bu xüsusda öhdəliyinə əməl etmək məcburiyyətində qaldığını göstərir. Beləliklə, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin tezliklə boşalması gözlənilir.

Məsələ ilə bağlı “Azatutyun” radiosu bildirir ki, təxminən bir ay əvvəl Ermənistanın Azərbaycanın Laçın rayonu ilə həmsərhəd olan Kornidzor kəndində çəkiliş və ölçmə işləri ilə məşğul olan layihələndirmə mütəxəssisləri görünüb. Onlar Qarabağdan Ermənistana gedən yeni yol hissəsinin layihəsini hazırlayırlar. Məlum olduğu kimi, yeni yol Laçın dəhlizini əvəz edəcək. O, Ermənistanın Zəngəzur vilayətinin Tex və Kornidzor kəndlərindən, Azərbaycanın Laçın rayonunun kəndlərindən keçəcək. Azərbaycan inşaatçıları artıq Azərbaycan ərazisindəki işləri yekunlaşdırır, Ermənistan tərəfi isə hələ yeni layihə işlərinə başlayır. Bir müddət əvvəl Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyinin rəhbəri Saleh Məmmədov bildirib ki, yol iyulda hazır olacaq. Amma son hadisələr göstərir ki, yol bir qədər gec hazır olacaq. Yolun Ermənistan hissəsinin layihəsinin gec hazırlanmasına səbəb, erməni tərəfinin açıqlamasına görə, Kornidzor kəndində biçin işlərinin başa çatmasını gözləməklə bağlı olub. İşlər başa çatdıqdan sonra Laçın şəhəri və Laçından Şuşaya gedən hazırkı yol Azərbaycanın nəzarəti altına keçəcək, rusiyalı sülhməramlılar isə yeni yola keçəcəklər. Belə bir vaxtda bəlli olub ki, Ermənistanın “Viva-MTS” mobil rabitə operatoru Zabux kəndindəki qülləsini sökür. Şirkət bununla bağlı açıqlama verməkdən imtina edib. Lakin kənddə yaşayan ermənilər söküntü işlərinin aparıldığını təsdiqləyirlər. Hazırda Zabuxda Ermənistanla rouminqlə əlaqə saxlayırlar. Rabitə qülləsinin sökülməsi kənddə qalan ermənilərin əhval-ruhiyyəsinə ciddi şəkildə təsdiq edib. Erməni mənbələr əhalinin kənddən çıxmağa hazırlaşdığını da yazır. Ermənistanın “Qraparak” nəşri yazır ki, Azərbaycan Laçın dəhlizinə alternativ olaraq çəkilmiş yolu açmağa hazırlaşır, bununla da təkcə yolu deyil, Ermənistandan Qarabağa gedən digər infrastrukturları da öz nəzarətinə götürür və Laçın, Zabux və Sus yaşayış məntəqələri boşaldır: “Ermənistan hesaba alınan kimi görünmür, çünki əvvəlki hadisələr də göstərdi ki, Ermənistan hökuməti Azərbaycanın istənilən tələbini məğlub durumunda və ya bəlkə də başqa motivlərlə yerinə yetirməyə həmişə hazırdır. Ermənistan hökuməti, faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və artıq Qarabağ ermənilərinin hüquqları ilə bağlı Azərbaycana qarşı çıxmaq fikrində deyil. Qarabağa verilən maliyyə yardımı qanun layihəsi deyil, çünki Ermənistan hökuməti bunu humanitar məsələ hesab edir. Azərbaycan o yolu çəkməyib ki, Qarabağ erməniləri Ermənistanla əlaqə qursun. Bunun üçün Azərbaycan heç vaxt milyonlarla investisiya qoymazdı, Laçın dəhlizindən keçən yoldan keyfiyyətcə bir neçə dəfə yüksək magistral yol çəkməzdi. Azərbaycan ermənilərə alternativ təklif etmək istəsəydi, keçilməz torpaq yol kifayət edərdi. Azərbaycan o yolu ilk növbədə özü üçün, Naxçıvanla əlaqə yaratmaq üçün çəkib. Laçın dəhlizini təhvil verəndən sonra ermənilər həmin marşrutla tez bir zamanda Ermənistana köçmək imkanı əldə edəcəklər. Yol miqrasiyanın maksimal sürətini və rahatlığını təmin edəcək. Azərbaycanın ideyası aydındır. Həmin yoldan Naxçıvanla əlaqə saxlamalı olsalar, Ermənistan orada gömrük idarəsi və sərhəd-keçid məntəqəsi qurmalıdır. Ermənistan öz ərazisində Azərbaycan vətəndaşlarının və mallarının gedişinə nəzarət edən nəzarət-buraxılış məntəqəsi yaradırsa, təbiidir ki, qarşı tərəfdə də ermənilərin gediş-gəlişinə nəzarət edəcək Azərbaycan keçid məntəqəsi olmalıdır. Azərbaycanın istəyi Qarabağı Ermənistana bağlayan yolda keçid məntəqəsinin olmasıdır. Erməni ictimai-siyasi xadim Narine Dilbəryan bildirib ki, fəaliyyət göstərən yol ermənilər üçün daha əlverişli olardı: “Fəaliyyət göstərən yol bizim üçün daha əlverişli olardı, lakin noyabrın 10-da verilən bəyanatda qeyd olunub ki, tərəflərin qarşılıqlı razılığı ilə biz onu dəyişməliyik. Bütün bunlar ermənilərin Laçınla da xudahafizləşməsi deməkdir”.

Bununla yanaşı qeyd edilir ki, baş verənlər Qarabağda qalan bütün ermənilərin əhval-ruhiyyəsini daha da korlayıb. Qarabağda qondarma “Ədalət Partiyasının həmsədri” Akop Akopyan etiraf edir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində siyasi, sosial və ictimai problemlər var. Akopyan bildirir ki, separatçı-terrorçu rejim çətin vəziyyətdədir: “Onlar Ermənistan hakimimiyyətindən maddi baxımdan asılı olduqları üçün Paşinyanın bütün dediklərinə tabe olmağa məcburdurlar və proses “Artsax”ın ləğvinə doğru gedir. Bunu görsələr də, heç nə edə bilmirlər”. O, Qarabağdakı erməni əhalisinin real vəziyyətindən də danışıb və qeyd edib ki, ermənilərin gələcəklə bağlı qorxuları var: “Qeyri-müəyyənlik davam edir, sabah necə olacağını heç kim bilmir və bu, əhalinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir”. Akopyan Qarabağda qalan erməni ordusunun qalıqlarının çıxarılması məsələsindən də danışıb. Bildirib ki, hərbi texnikanın gecə yarısı bölgədən çıxarılmasının şahidi olmasa da, məlumatlar bu yöndədir.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ