Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Rusiya-Ukrayna toqquşması Azərbaycanın iqtisadi maraqlarını ciddi zərbə altına alır

Image


Rusiya və Ukrayna arasında bitməyən gərginlik Azərbaycanda da diqqətlə izlənilir. Azərbaycan bu iki ölkə arasında mövcud ziddiyyətlərin sülh və danışıqlar yolu ilə həll edilməsində maraqlıdır.

Qeyd edək ki, hər iki ölkə Azərbaycanın mühüm ticarət tərəfdaşı hesab olunur. Rusiya və Ukrayna Azərbaycanın ticarət əlaqələrində vacib yer tutur. Ötən il Azərbaycanın toplam ticarət dövriyyəsi təxminən 33 milyard dollar olub. Bu dövriyyənin 4 milyard dollara yaxını və ya 12 faizi sırf sözügedən iki ölkənin payına düşür. Rusiya Azərbaycanın ən çox idxal gerçəkləşdirdiyi ölkədir. Təkcə ötən il Rusiyadan gətirilən məhsullara 2 milyard dollar xərclənib. Azərbaycanın Ukraynadan gətirdiyi məhsulların dəyəri isə yarım milyard dollara yaxın olub. Bu göstərici ilə Ukrayna Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrin ilk beşliyində yer tutub. İxraca gəlincə, ötən il Azərbaycan Rusiyaya 921 milyon dollar dəyərində məhsul göndərib. Bu göstərici ilə Rusiya Azərbaycanın ən çox ixrac həyata keçirdiyi üçüncü ölkə olub. Rusiya eyni zamanda Azərbaycanın qeyri-neft sektoru məhsullarının əsas alıcısıdır. 2021-ci ildə ölkənin qeyri-neft sektoru məhsullarının üçdə biri məhz Rusiyaya göndərilib. Ötən il ərzində Ukraynaya ixracatın dəyəri 452 milyon dollar civarındadır. Bu baxımdan, Rusiya və Ukraynada iqtisadi infrastrukturun zərər görməsi və iqtisadi problemlər yaşanması Azərbaycanın ticarət əlaqələrinə də təsir göstərə bilər. Ukrayna həm də Dövlət Neft Şirkətinin (SOCAR-ın) əsas fəaliyyət istiqamətlərindən biridir. SOCAR Ukraynadakı fəaliyyətini "SOCAR Energy Ukraine" şirkəti vasitəsilə gerçəkləşdirir. Həmin qurum 2009-cu ildə yaradılıb. İndi Ukrayna ərazisində şirkətə məxsus 60-dan çox yanacaqdoldurma məntəqəsi və dörd neft bazası var. SOCAR Ukraynada fəaliyyətə başladığı dövrdən bəri bu ölkəyə toplam 300 milyon dollardan çox sərmayə yatırıb. Bütün bunlar fonunda Rusiya-Ukrayna ziddiyyətlərinin dinc həlli Azərbaycan üçün mühüm önəm kəsb edir.

Onu da qeyd edək ki, bu iki ölkə arasındakı hərbi-siyasi gərginlik dünya iqtisadiyyatına da təsirsiz ötüşmür. Son günlər özəlliklə neft qiymətlərində ciddi artım gözə çarpır. Bu, enerji bazarlarında ciddi dəyişikliklər doğuran 2014-cü ildən bəri ən yüksək qiymətlərdir. Dünya bazarlarında neftin bir barrelinin qiyməti artıq 100 dollara yaxınlaşıb. Yeri gəlmişkən qeyd edək ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barrelinin qiyməti 3,13 ABŞ dolları, yaxud 3,21 faiz artaraq 100,76  dollara çatıb. Sonuncu dəfə neftimiz bu qiymətə 2014-cü ilin sentyabr ayında satılıb. Neftin bahalaşmasının əsas səbəblərindən biri kimi məhz Ukrayna ilə Rusiya arasında yüksək qalan savaş ehtimalı göstərilir. Belə ehtimallar mümkün müharibənin böyük neft-qaz istehsalçısı olan Rusiyada istehsalı azalda, eləcə də enerji resurslarının nəqlində yaşana biləcək problemlərdən qaynaqlanır. Təbii ki, Rusiyaya tətbiq edilə biləcək sanksiyalar da gözardı edilmir. Ukrayna və Rusiya arasındakı gərginliyin iqtisadi təsirləri Azərbaycanı da əhatə edir. İxracın mühüm hissəsini neft və qaz sənayesi təşkil edən Azərbaycanda 2022-ci ilin büdcəsi tərtib olunarkən neftin bir barrelinin qiyməti 50 dollardan hesablanıb. İndi dünya bazarlarında Azərbaycan neftinin qiyməti 100 dollar civarındadır. Deməli, ölkə gözləniləndən daha çox gəlir əldə edəcək. O biri yandan, Ukrayna-Rusiya münasibətlərinin kəskinləşməsi Avropanın enerji təhlükəsizliyinə diqqəti çoxaldıb. Azərbaycanın Avropaya qaz nəql etməsi ölkənin Avropa üçün önəmini artırır və hökumət bundan siyasi və iqtisadi dividendlər əldə edə bilər. Avropa İttifaqında hesab edirlər ki, Rusiyaya qarşı gözlənilən sanksiyalar tətbiq edilsə, Rusiya da buna cavab olaraq Avropaya göndərdiyi təbii qazın miqdarını azalda bilər. Rəsmi rəqəmlərə görə, Avropa İttifaqının təbii qaz idxalının 40 faizdən çoxu Rusiyadan təmin edilir. Avropaya qaz nəql edən ölkələrdən biri olması bu risqləri məhdudlaşdırmaq baxımından Azərbaycanı önəmli ölkələrdən birinə çevirir. Təsadüfi deyil ki, Avropa İttifaqının Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayırmasına dair bəyanatı qurumun Avropaya qaz təchizatını artırmaq üçün rəsmi Bakı ilə müzakirə apardığı vaxta təsadüf edir. 2 milyard avro çox önəmli məbləğdir. Bu vəsait Azərbaycanın illik qeyri-neft sektoru ixracına və ya ilboyu bütün büdcə gəlirlərinin təxminən 15 faizinə bərabərdir. Mümkün müharibə Azərbaycanın əsas ixrac məhsulları olan enerji məhsullarının qiymətini artıra və iqtisadi baxımdan ölkəyə sərfəli görünə bilər. Ancaq Ukrayna və Rusiya arasında münasibətlərin kəskinləşməsi Azərbaycana risqlər də yaradır. Öncə ona görə ki, hər iki ölkədə çox sayda azərbaycanlı yaşayır. Adı çəkilən ölkələr arasında mümkün müharibə, təbii ki, orada yaşayan insanların da gəlirini azalda bilər. Bu isə Rusiya və Ukraynada çalışan əmək miqrantlarının Azərbaycanda yaşayan ailələrinə göndərdiyi vəsaitə təsirsiz ötüşməyəcək. Elə Mərkəzi Bankın son göstəricilərindən də aydın olur ki, hər iki ölkə Azərbaycana pul baratlarının ən çox göndərildiyi ölkələr siyahısındadır. Ötən il Azərbaycana pulköçürmə sistemləri vasitəsilə toplam 1 milyard dollara yaxın göndərilib. Bu vəsaitin az qala yarısı Rusiyanın payına düşür. Həmin müddət ərzində Ukraynadan Azərbaycana 30 milyon dollara yaxın pul köçürülüb, başqa sözlə, Ukrayna Azərbaycana ən çox pul göndərən 6-cı ölkə olub. Deməli, müharibə baş verərsə, hər iki ölkədə iqtisadi çətinliklər yaranacaq və nəticədə Azərbaycandakı yüz minlərcə ailə həmin ölkələrdən göndərilən pullardan məhrum qalacaq. Bu arada yayılan son məlumatlara əsasən, Rusiya son günlərdə Ukrayna ilə sərhədə əlavə 7 min hərbçi yerləşdirib. Qeyd olunur ki, hərbçilərin sayının artması Rusiyanın geri çəkilmə iddialarının yanlış olduğunu göstərir. NATO-nun baş katibi Yens Stoltenberq də bildirib ki, alyans, Rusiyanın bəyanatlarına rəğmən, hələ ki, sözügedən bölgələrdə heç bir deeskalasiya müşahidə etmir: "Əksinə, belə görünür ki, Rusiya qoşunların sayını artırmaqla məşğuldur. Bizim paylaşdığımız kəşfiyyat məlumatları açıq mənbələrlə də, peyk fotoları ilə də təsdiqlənir”.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ