Cümə günü, 02 oktyabr 2026
     

Vüqar Rəhimzadə: “İkinci Qarabağ müharibəsi ədalətin, qürurun, milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir”

Image


“Azərbaycan 44 gündə bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini icra etdi. Tarixi ədalətin bərpası istiqamətində Azərbaycan Ordusunun rəşadəti, qələbə əzmi ölkəmizə qarşı dövlətlərin hansı mövqedə dayandıqlarına, ən əsası kimin münasibətlərdə səmimi və ədalətli olduğuna işıq saldı.

Dövlətimizin başçısı İlham Əliyevin istər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə xarici mətbuata müsahibələrinə, beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışlarına, həmçinin işğaldan azad edilmiş ərazilərimizə səfərləri çərçivəsində ünvanladığı mesajlara diqqət yetirsək görərik ki, artıq Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsi səhifəsi bağlanıb, ölkəmiz gələcəklə yaşayır. Azərbaycandan fərqli olaraq işğalçı Ermənistan keçmişlə yaşadığı üçün hələ də siyasi, iqtisadi böhran içərisində çabalayır. İşğalçı Ermənistana və havadarlarına keçilən tarix və hüquq dərsləri Azərbaycanın döyüş meydanında, informasiya cəbhəsində Qələbəsinin təqdimatı oldu. 26 iyun-Silahlı Qüvvələr Günündə Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə səsləndirdiyi bəyanatlar da bugünədək ən yüksək tribunalardan bəyan edilən, heç bir zaman dəyişməyən mövqeyimizin, ölkə Prezidentinin sərkərdəlik, liderlik məharətinin nümayişidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistana yeni dövrün reallıqlarına uyğun olaraq yeni şərtlərini ünvanladı: Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək, öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək. Ermənistan üçün ən düzgün yol Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmaqdan, delimitasiya üzrə işçi qrup yaratmaqdan və sülh müqaviləsinə hazırlıq işlərinə başlamaqdan keçir”.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlət başçısının nitqində də bu məqam xüsusi qeyd edilir ki, münaqişə ilə bağlı yeni səhifə açılsa da, heç nəyi unutmamışıq. Azərbaycan gəncliyinin milli, vətənpərvərlik ruhunda tərbiyəsi günümüzün əsas çağırışlarındandır. Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Xalqımız illərdir ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktlarını unutmur. Şəhidlərimizi, Xocalı qurbanlarını, dağılmış şəhərlərimizi unuda bilmərik. Dağılmış qəbirlər, təhqir edilmiş məscidlər necə unudula bilər? Ermənilər məscidlərimizdə donuz saxlamaqla bütün islam dünyasını təhqir etdi. Bunları unutmağa mənəvi haqqımız yoxdur. Ermənistan hakimiyyəti illərdir öz ideologiyalarını əsassız iddialar üzərində qurmuşdular. Əsrlər boyu gənc nəsil düşmənçilik ruhunda tərbiyə edilib, düşmənçilik, nifrət toxumları səpilib. Bu düşmənçiliyin hansı faciələrə səbəb olduğunu geniş şərh etməyə ehtiyac yoxdur. Təkcə 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə Ermənistan silahlı qüvvələrinin iki dəfə Gəncədə, Bərdədə və Tərtərdə törətdikləri insanlığa qarşı cinayət aktlarına diqqət yetirmək kifayətdir. Mayasında yalan, hiylə və xəyanət olan ermənilər törətdikləri müharibə cinayətlərini, vəhşilikləri ört-basdır etmək üçün total yalan və feyklərdən istifadə etdilər. Məqsəd erməni ictimaiyyətinin gözündə Ermənistan ordusunun məğlubiyyətinə haqq qazandırmaq, dünya ictimaiyyətinin diqqətini Ermənistanın törətdiyi müharibə cinayətlərindən yayındırmaq və beynəlxalq aləmdə Azərbaycanın mənfi obrazını yaratmaq idi. Ermənilər və onların havadarları unudurdular ki, yalanlarının ayaq tutub yeridiyi zamanlar Birinci Qarabağ müharibəsi dövründə qalmışdı. Artıq Azərbaycan o dövrün Azərbaycanı deyildi. Beynəlxalq çərçivədə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq tərəfindən qadağan edilmiş silahlardan istifadə etdikləri təsdiqləndi. 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların bəyanatlardan konkret əməli işə keçəcəyinə inam nümayiş etdirən Azərbaycan dövləti, xalqı səbrinin tükənməz olmadığını göstərərək Dağlıq Qarabağın ədalət, milli qürur məsələsi olduğunu döyüş meydanında bir daha işğalçı Ermənistana və havadarlarına çatdırdı. Ermənistan kapitulyasiya aktına imza atdı”.

Baş redaktor qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi zamanı informasiya mübarizəsinin əsas tərkib hissəsi olan xarici mətbuata çoxsaylı müsahibələrində də Almaniyanın ARD televiziya kanalının jurnalistinin qərəz dolu suallarını cavablandırarkən bəyan etmişdir ki, Dağlıq Qarabağ ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir. Azərbaycan ədaləti bərpa edir və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edir.

“Azərbaycan qalib, Ermənistan məğlub ölkə kimi tarixə yazıldı” söyləyən baş redaktor vurğulayıb ki, 26 iyun-Silahlı Qüvvələr Gününü böyük qürur hissi ilə qeyd etdik: “Azərbaycan Ordusu dövlətimizn başçısı İlham Əliyevin rəhbərliyi ilə Zəfər tarixini yazdığı üçün qürurlu idi. Yeni reallıqları yaradan Azərbaycan reallıqlara uyğun şərtləri diqtə edir. Bu, möhtərəm Prezidentimiz İlham Əliyevin «Biz nəyi nə zaman etmək lazım olduğunu bilirik” tezisinin nümayişidir. Azərbaycan gücləndi, dünyaya ədalət, beynəlxalq hüquq deyilən məfhumun mövcudluğunu sübut etdi, yeni reallıqlar yaratdı. Reallıq budur ki, Azərbaycana Ermənistan lazım deyil, Ermənistansız da Azərbaycan bölgədə istədiyinə nail olub, qonşuları ilə bütün kommunikasiyaları qurub, enerji xətlərini çəkib, dəmir yollarını, bütün nəqliyyat layihələri icra edib. Ermənistan ilk növbədə xahiş etməli, qonşularından icazə almalıdır ki, bu prosesə qoşulsun”.

V.Rəhimzadə onu da qeyd edib ki, Azərbaycanın təqdim etdiyi sülh modeli ilə humanizm siyasətini bir daha nümayiş etdirir. Dövlətimizin başçısının bəyan etdiyi kimi, müharibə riskini sıfra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir: “Azərbaycana müharibə lazım deyil. Ölkəmiz istədiyinə nail olub. Artıq Azərbaycanın həyatında yeni dövr - quruculuq, torpaqlarımızın bərpası dövrü başlanıb. 30 ilə yaxın dövrün işğalının Ermənistana nə verdiyini yalnız və yalnız bir sözlə ifadə edə bilərik ki, uğursuzluq. Ermənistan Azərbaycanla eyni vaxtda müstəqillik qazansa da işğalçı dövlət formal müstəqilliyi ilə diqqət çəkib. Asılı vəziyyətdə yaşayan bir ölkənin güclü iqtisadiyyatdan, ordudan danışması qeyri-mümkündür. İkinci Qarabağ müharibəsində Zəfərimiz Azərbaycanın qarşısında böyük imkanlar açıb. Bundan sonra da bütün istiqamətlərdə, xüsusilə hərbi sahədə böyük inkişaf qaçılmazdır. İmzalanan sənədlər, keçirilən təlimlər də bunun təsdiqdir. Ermənistan yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsə, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etməsi mümkünsüzdür. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ