Cümə günü, 02 oktyabr 2026
     

ABŞ-ın Qafqazda varlığı Azərbaycandan asılı vəziyyətə düşür...

Image


Son dövrlərdə ABŞ-ın Cənubi Qafqaza diqqət və marağının daha da artması müşahidə edilir. Bu hal ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin regiona səfərindən sonra özünü daha qabarıq büruzə verir.

Filip Riker özü də regiona səfərindən məmnunluq ifadə edir: “Cənubi Qafqaz bölgəsinə səfərim çox faydalı oldu və son hadisələrdən geri qalmamağa imkan verdi”. O, regionun ABŞ üçün prioritet olduğunu bildirib: “Biz müntəzəm dialoq və müzakirələri davam etdirəcəyik”. Qeyd edək ki, ABŞ rəsmisi bu ayın əvvəlində Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olub. ABŞ-lı politoloq, Beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys isə bildirir ki, regionda daha yaxşı geosiyasi mövqe qazanmaq və Birləşmiş Ştatlarla Azərbaycan arasında ikitərəfli əməkdaşlığı möhkəmləndirmək üçün ABŞ Cənubi Qafqaza daha çox diqqət ayırmalıdır. Politoloqun sözlərinə görə, ABŞ dövlət katibi ilə Fransa XİN rəhbəri arasında bu yaxınlarda baş tutmuş görüşdə Cənubi Qafqazın müzakirə olunmaması narahatlıq və həyəcan doğurur: “Dövlət katibi Entoni Blinkenin nazir Jan-İv Le Drianla görüşü zamanı Cənubi Qafqazın təhlükəsizliyinin inkişafı və yerlərdə yaranan yeni reallıqlar – Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi bir dəfə də olsun xatırlanmadı. Yaxın Şərqə və Avropanın Azərbaycan və Gürcüstanın əsas iştirakçılar olduğu hissəsinə faydalı ola biləcək “Transatlantik” ticarət layihələri haqqında da söhbət açılmadı”. Teys bildirib ki, Azərbaycanla sıx əməkdaşlıq etmədən “Transatlantik” layihələr və rəsmi Vaşinqtonun müəllifi olduğu iqtisadi dialoq sadəcə plan olaraq qalacaq: “Ermənistana siyasi və iqtisadi üstünlüklər verilməyincə, reallıqlar dəqiq və obyektiv qiymətləndirilməyincə, rəsmi Vaşinqtonun Avropa üzrə geosiyasəti natamam olaraq qalacaq. Susmaq cavab hesab olunmur. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində quraşdırılmış tank və piyada əleyhinə minaların dəqiq əks olunduğu bütün xəritələri təhvil verməsi üçün rəsmi Vaşinqton Ermənistandakı rejimə təzyiq göstərməlidir”. ABŞ-ın “National Interest” jurnalı da məsələyə eyni prizmadan yanaşır: “Cənubi Qafqaz bölgəsi strateji coğrafi mövqeyə malikdir. Çünki Azərbaycan, Ermənistan və Gürcüstan üç böyük güclə həmsərhəddir: Rusiya, İran və Türkiyə ilə. Lakin Ermənistanla Azərbaycan arasında uzun sürən münaqişə bölgələrarası ticari-iqtisadi inteqrasiyaya mənfi təsir göstərib. Bununla belə, Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsi bölgənin geosiyasi mənzərəsini dəyişib. 44 günlük müharibədən sonra Azərbaycan işğal olunmuş ərazilərini azad edib və qanlı qarşıdurmanı dayandırmaq üçün 2020-ci il noyabrın 10-da Rusiya və Ermənistanla müqavilə imzalayıb. Ermənistan və Azərbaycan nəqliyyat əlaqələrini açmağa və regional iqtisadi inteqrasiyanı dəstəkləməyə razı olduqları üçün noyabr müqaviləsi bölgənin geopolitik xəritəsini yenidən şəkilləndirib. Üçtərəfli razılaşmaya əsasən, Rusiya atəşkəs və sülh üçün əsas təminatçı olub, Dağlıq Qarabağ və “Laçın dəhlizi”ndəki təmas xətti boyunca sülhməramlı kontingentini yerləşdirib. Bundan əlavə, Ağdam bölgəsində Ermənistan və Azərbaycan arasında atəşkəsi izləyən Birgə Rusiya-Türkiyə Mərkəzi fəaliyyətə başlayıb. Bununla da iki regional güc – Rusiya və Türkiyə Cənubi Qafqazdakı diplomatik və hərbi varlıqları ilə maraqlarını gücləndirib.

Münaqişə həll olunsa da, münaqişədən sonrakı dövr sabitlik və təhlükəsizliyə qarşı davamlı çağırışlarla yanaşı, regional iqtisadi inteqrasiya üçün yeni imkanlarla səciyyələnir. Həm Türkiyə, həm də Rusiya nəqliyyat dəhlizlərini açaraq regional iqtisadi inteqrasiyanı dəstəkləyir. Bu baxımdan, Zəngəzur dəhlizi çox vacib bir nəqliyyat marşrutudur və ondan bütün maraqlı tərəflər faydalanacaq. Zəngəzur dəhlizinin kilidini açmaqla Azərbaycan öz anklavı olan Naxçıvan Muxtar Respublikası ilə əlaqələndiriləcək və Türkiyə birbaşa Azərbaycan və Orta Asiyadakı digər türkdilli ölkələrə çıxış qazanacaqr. Ermənistan da bu layihədən bəhrələnə bilər, çünki ölkə İran və Rusiya ilə dəmir yolu bağlantısı əldə edəcək, sonuncu dövlət əsas iqtisadi və siyasi müttəfiqdir. Davam edən sərhəd mübahisəsi iki Cənubi Qafqaz dövləti arasında sərhəd demarkasiyasının vacibliyini göstərir. Bu gün də Qazax rayonunun 7 kəndi və Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki kəndi Ermənistanın nəzarətindədir. Müharibədən sonrakı dövrdə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir. Bütün aktorlar suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan son sülh müqaviləsinin davamlı sülhün açarı olduğunu başa düşməlidir. Münaqişə sonrası Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası səslərin 54 faizini qazanmaqla növbədənkənar parlament seçkilərində qalib gəlib. Ermənistandakı siyasi qeyri-sabitlik böhrana səbəb olub, amma indi əməkdaşlıq və mübahisələrin həllinə ümid var. Azərbaycan bütün regional və qeyri-regional dövlətlərlə əməkdaşlığı genişləndirmək niyyətindədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa son səfəri və Şuşa Bəyannaməsinin imzalanması ikitərəfli münasibətlərə yeni təkan verəcək. Xüsusilə vurğulanmalıdır ki, Şuşa Bəyannaməsi iki dövlət arasında hərbi əlaqələrin dərinləşdirilməsini nəzərdə tutur. Cənubi Qafqazda, xüsusən də İkinci Qarabağ müharibəsindən sonrakı inkişafları nəzərə alaraq, ABŞ-ın bölgədəki konstruktiv iştirakının sülh səylərini və iqtisadi inteqrasiyanı dəstəkləməsi də əhəmiyyətli olacaq. Geriyə baxanda, ABŞ-ın regional iştirakının uyğunsuz olduğu aydın olur. Ümumiyyətlə, ABŞ siyasəti əsasən Xəzərin enerji ehtiyatlarını qlobal enerji bazarlarına ixrac etmək kimi enerji məsələləri ilə əlaqələndirilib. Bununla birlikdə, son hadisələr, Avropa və Avrasiya işləri üzrə katib köməkçisi səlahiyyətlərini icra edən Filip Rikerin bölgəyə səfəri ABŞ-ın Cənubi Qafqaza diqqətinin qayıtdığını göstərir. Səfərin Ermənistan-Azərbaycan münasibətlərinə müsbət təsiri Bakının Ağdam bölgəsindəki minalanmış ərazilərin xəritələri qarşılığında 15 erməni məhbusu təhvil verməsində görünüb. Qeyd etmək lazımdır ki, Ermənistan və Azərbaycan bu addımı Birləşmiş Ştatların konstruktiv əlaqəsi və köməyi sayəsində atıblar. Bu gün Cənubi Qafqazdakı yeni geosiyasi vəziyyət regional iqtisadi inteqrasiyanı son dərəcə vacib edir, çünki davamlı sülh və təhlükəsizliyə yalnız əməkdaşlıq yolu ilə nail olmaq mümkündür. Birləşmiş Ştatlar, eyni zamanda, səmərəli əməkdaşlıq mexanizmi yaradaraq regional siyasətini dəyişməlidir. Bayden administrasiyası onsuz da Azərbaycan hökumətinə yardım məsələsində Azadlığa Dəstək Aktının 907-ci Düzəlişindən imtina müddətini uzadaraq Azərbaycana müsbət bir mesaj göndərib. İkinci Qarabağ müharibəsindən sonra ABŞ-ın bölgəyə konstruktiv yanaşması və əlaqəsini görmək Azərbaycan üçün çox vacib idi. Vaşinqtonun sabitlik və regional iqtisadi əməkdaşlığın təmin edilməsində daha aktiv rol oynaması üçün böyük bir fürsət var. Nəhayət, heç olmasa, Vaşinqton həm Cənubi Qafqazda, həm də Orta Asiyada mövqelərini möhkəmləndirmək istəyirsə, daha cəld hərəkət etməli və Rusiyanın bölgədəki təsirini azaltmaq üçün daha praqmatik xarici siyasət tətbiq etməlidir”.

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ