Cümə günü, 02 oktyabr 2026
     

Vətən müharibəsi milli ordu quruculuğu tariximizdə tam yeni mərhələni sübut etdi...

Image


Dünyanın güclü orduları sırasında yer alan, Cənubi Qafqazda lider olan Azərbaycan milli ordusu uzun və şanlı-şərəfli bir yol keçib. Yalnız Azərbaycan xalqı deyil, bütün dünya 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun gücünün, qüdrətinin, əzəmətinin şahidi oldu.

Vətən müharibəsi dövründə ordumuzun gücü milli ordu quruculuğu tariximizdə keyfiyyətcə tam yeni bir mərhələnin başlandığını göstərdi. Burada texniki təminatdan, fiziki gücdən, taktiki hazırlıqdan tutmuş, bütün məsələlər Azərbaycan ordusunun mükəmməlliyindən xəbər verdi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə ordumuz 44 günlük müharibədə böyük tarix yazdı və o tarixin hər səhifəsində şanlı ordumuzun qüdrəti var. 

  • Azərbaycanda milli ordu quruculuğu...

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı nəticəsində Azərbaycan ordusunun texniki təminatı olduqca yüksək səviyyədədir. Ordu quruculuğu üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrıldığı, heç bir məhdudiyyət olmadığı məlumdur. Azərbaycanın hərbi gücü nəticəsində torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün bərpası gerçəkləşdi, burada mühüm rolu ordumuz, onun texniki, fiziki təminatı, gücü oynadı.

Ekspertlər deyirlər ki, Azərbaycanda ordu quruculuğu çox böyük zəhmət və hünərlə həyata keçirilib. 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev tərəfindən bir sıra sahələrdə, o cümlədən də ordu quruculuğu sahəsində əsaslı islahatlara start verilib. Ekspertlərin sözlərinə görə,

1994-cü ildən 2003-cü ilə kimi ordu quruculuğunda qazanılan uğurlar İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra daha da genişlənməyə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var” fikri 44 günlük müharibədə özünü tamamilə təsdiqlədi. Bu, ölkəmizdə ordu quruculuğunun bütün parametrlərinin, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordu quruculuğunun ardıcıllıq və davamlılıq prinsiplərinin qorunması, yeni təfəkkürə malik zabit kontingentinin, ordu quruculuğu siyasətinin formalaşdırılması və s. genişləndirilməsi bu parametrlərin vəhdətdə olduğunu ifadə etdi.

  • “Ordumuzun həyatında növbəti mərhələnin inkişafı 2003-cü ildən, İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra başladı”

Tanınmış hərbi ekspert Tərlan Eyvazov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda milli ordu quruculuğunun əsası Heydər Əliyev tərəfindən qoyulub.  “Azərbaycan dövlət müstəqilliyini növbəti dəfə qazanandan sonra onun əsas atributlarından biri olan milli ordusunun yaranması prosesini üç mərhələyə bölürəm”.

Ekspert hesab edir ki, dövlətimiz hələ müstəqillik əldə etməmişdən əvvəl Ermənistanın ərazimizə təcavüzünə qarşı formalaşan polisin içindəki xüsusi təyinatlılar, daha sonra ərazi müdafiə batalyonları ordunun vəzifəsini yerinə yetiriblər. O qeyd etdi ki, 1991-ci il oktyabrın 11-də Azərbaycan ordusunun yaradılması ilə bağlı qərar qəbul edilib, lakin tam olaraq ordu quruculuğuna 1993-cü ildən sonra başlanıb. Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər davam edən mərhələnin çox ağır bir mərhələ olduğunu deyən T.Eyvazovun sözlərinə görə, ilkin mərhələlər Azərbaycanın ən ağır dövrlərinə təsadüf edir, bu, Azərbaycanın başına ən ağır faciələr gəldiyi, ərazi itkiləri ilə üzləşdiyi, şəhidlər verdiyi bir dönəmdir. “Başqa respublikalardan fərqli olaraq, Azərbaycan qazandığı dövlət müstəqilliyini sakitliklə qura bilmirdi, bir tərəfdən müstəqil dövlət qurmaq istəyirdi, digər tərəfdən də erməni təcavüzünə qarşı mübarizə aparırdı. Bu, çox çətin mərhələ idi. Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra isə ordu quruculuğu sahəsində yeni bir mərhələ başladı. 2003-cü ilə qədər davam edən mərhələdə ordu quruculuğu sahəsində çox mühüm addımlar atıldı, ordunun maddi-texniki təchizatı gücləndirildi, orduda nizam-intizam bərqərar olundu. Heç şübhəsiz, milli ordu quruculuğu sahəsində Heydər Əliyev misilsiz rol oynadı.

Ordumuzun həyatında növbəti mərhələnin inkişafı 2003-cü ildən, İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra başladı. Milli ordu quruculuğunun tamamilə yeni bir mərhələsi, daha keyfiyyətli dönəmi başladı. Bilirsiniz ki, Azərbaycanın 1 milyondan artıq qaçqın-köçkünü vardı, 20 faizdən artıq torpaqları işğal altına düşmüşdü, müharibə nəticəsində iqtisadiyyatına çox böyük ziyan dəymişdi və sair. Bütün bunların fonunda ordu quruculuğu ilə məşğul olmaq olduqca çətin bir mərhələ idi. Təbii ki, o zaman büdcədən orduya ayrılan vəsait çox kiçik bir rəqəm idi.

Sözsüz ki, İlham Əliyevin rəhbərliyi dövründə orduya kifayət qədər vəsait ayrıldı və neft gəlirlərinin xeyli hissəsi ordu quruculuğuna xərclənməyə başladı. Bütün sahələr kimi, orduya ayrılan vəsaitin həcmi dəfələrlə artırıldı və ordumuz inkişaf etməyə başladı. Heç şübhəsiz ki, bura orduda şəxsi heyətin güzəranının yaxşılaşdırılması, sosial rifah halının yüksəldilməsi, mənzil fondunun yaxşılaşdırılması, ən əsası da ordunun tam müasir silahlarla təmin olunması daxil idi. 2003-cü ildən etibarən biz hər il dünya bazarında neftin qiymətinin aşağı, yaxud yuxarı olmasından asılı olmayaraq, orduya ayrılan büdcənin daim artan xətlə getdiyinin şahidi olmuşuq”.

  • “Azərbaycan ordusu sübut etdi ki, bu illər ərzində...”    

Orduya ayrılan büdcənin çox yüksək həddə olmasının müsbət nəticələrinin şahidi olduğumuzu deyən T.Eyvazov hesab edir ki, orduya ayrılan vəsaitin həcminin yüksək olması cəmiyyətin bütün sferaları tərəfindən müsbət qarşılanır. “Azərbaycanda orduya ayrılan vəsaitin ilbəil yüksələn xətt üzrə artması cəmiyyətin bütün üzvləri tərəfindən təqdir edilir. Ordumuz hərtərəfli şəkildə təchiz olunmasaydı və dünyanın ən müasir silahları, texniki vasitələri ilə təchiz olunmasaydı, biz torpaqlarımızı böyük əminliklə işğaldan azad edə bilməzdik. Torpaqlarımızı işğaldan azad etmək üçün bizə hərtərəfli təchiz olunmuş müasir ordu gərək idi, ordu tam yüksək səviyyəyə gətirilməli idi. Bu dövrlər ərzində baş verən bütün hadisələrdə Azərbaycan ordusu öz gücünü göstərdi. İstər 2016-cı ilin Aprel hadisələri zamanı, ona qədər Ermənistan və Azərbaycan arasında olan lokal münaqişələr, istərsə də Naxçıvanda baş verən “Qızılqaya” yüksəkliyinin, Günnüt kəndinin azad olunması, bunlar hardasa “nəbz yoxlanması” idi. Buna hərbi dildə döyüş və kəşfiyyat aparmaq deyilir. Elə bil ki, bu həm öz ordumuzun hazırlığının yoxlanılması, həm də düşmən ordusunun sınaqdan keçirilməsi idi, görək vəziyyət necədir. Həqiqətən də Vətən müharibəsinə qədər olan lokal münaqişələrdə, döyüşlərdə Azərbaycan ordusu sübut etdi ki, bu illər ərzində ona ayrılan diqqət, qayğı yersiz deyilmiş, o, düşməndən qat-qat, dəfələrlə güclüdür. Təbii ki, Azərbaycan ordusu döyüş meydanında, genişmiqyaslı müharibədə öz sözünü deməli və qətiyyətini göstərməli idi. Heç şübhəsiz ki, bizim düşmən üzərində qələbə çalmağımız üçün ordumuzla yanaşı, xarici siyasətimiz, diplomatiyamız da rol oynamalı idi. Müharibəyə qədərki mərhələdə  bu yolu da keçdik və nəhayət, Azərbaycan ordusu müharibə meydanında öz sözünü deməyə başladı. 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan ordusu düşmənin təxribatına cavab olaraq öz gücünü ortaya qoydu. Məlum idi ki, Qarabağ münaqişəsinin həllində danışıqlar heç bir fayda vermədiyi və Ermənistan tərəfin təqsiri ucbatından danışıqlar prosesi dayandığına görə torpaqlarımızın işğaldan azad edilməsi məsələsində ordumuz mühüm rol oynadı. Çünki işğalçı Ermənistanın “demokrat” adı ilə hakimiyyətə gələn rəhbərləri də keçmiş rəhbərlər kimi bildirdilər ki, biz Azərbaycan torpaqlarını işğalda saxlayacağıq, ərazilərinizdən çıxmayacağıq, heç bir beynəlxalq qərarlar bunu bizə təlqin edə bilməz. Bir sözlə, Ermənistan özü Azərbaycanı öz ərazilərini müharibə yolu ilə azad etməsinə təhrik etdi. Təbii ki, hər bir ölkənin ordusu onun müdafiə qüdrəti üçün yaranıb. Ərazilərimizin işğaldan azad edilməsində yenilməz Azərbaycan ordusunun rolunu bütün dünya gördü”.

  • “Ordumuz 44 günlük Vətən müharibəsində öz gücünü göstərdi”

T.Eyvazovun qeyd etdiyinə görə, 44 günlük müharibədə Azərbaycan bu qələbəni yalnız güclü texniki təchizata, müasir silahlara, müasir səviyyəli geniş hərbi birləşmələrin yadadılmasına, döyüş hazırlığına görə deyil, eyni zamanda, bütövlükdə, xalqımızın özünün bu müharibəyə mənəvi cəhətdən hazır olmasına görə qazandı. Cəmiyyət, dövlət, ordu arasında qırılmaz tellərin, bağların olması da burada mühüm rol oynadı. Xalq olaraq ruhumuz müharibəyə, torpaqlarımızı işğaldan azad etməyə köklənmişdi. Ermənistanda isə mənəvi-ruhi vəziyyət çox aşağı idi. Bütün beynəlxalq sorğu təşkilatları, müxtəlif rəy təşkilatları yekdil fikir bildirirdilər ki, Azərbaycan xalqı öz torpaqlarının azad olunmasında israrlıdır. Faktiki olaraq, general Polad Həşimovun şəhid olduğu Tovuz hadisələrindən sonra xalqımız dövlət qarşısında müharibə tələbi ilə çıxış etdi. Ermənistan hər zaman təxribatlarını davam etdirib və hətta cəbhə bölgəsindən kənarda yerləşən məntəqələrimizi də hədəfə alıb”.

T.Eyvazovun sözlərinə görə, Vətən müharibəsi dövründə ordumuzun gücü milli ordu quruculuğu tariximizdə keyfiyyətcə tam yeni bir mərhələnin başlandığını göstərdi və xalqımızın, dövlətimizin və ordumuzun birliyi nəticəsində Azərbaycan ordusu düşməni yerində oturtdu və qələbə qazandı:

“Müzəffər Ali Baş Komandanın rəhbərliyilə müzəffər ordumuzun qazandığı möhtəşəm qələbə ordumuzun qüdrətini bir daha ortaya qoydu. Ordumuz 44 günlük Vətən müharibəsində öz gücünü göstərdi və özünü bütün dunyaya sübut etdi”. 

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ