Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycan və Türkiyə Ermənistana böyük həcmdə investisiya qoya bilər...

Image


Ermənistanda keçirilmiş parlament seçkiləri və onun nəticələri ətrafında müzakirələr davam etməkdə, ortaya yeni maraqlı nüanslar çıxmaqdadır. Hesab edilir ki, qarşıdakı dövr ərzində Ermənistanda daxili müstəvidə ciddi ziddiyyətlərin yaşanacağını gözləmək olar.

Məsələ burasındadır ki, sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan yenidən ölkəyə rəhbərlik iddiasına düşmüşdü. Ancaq əvvəlki illərdən fərqli olaraq, bu dəfə yerli əhali xunta rejimini rədd etdi. Artıq sadə ermənilərə də bəllidir ki, bu gün Ermənistanın ciddi sosial-iqtisadi problemlərlə üzləşməsində, regionda həyata keçirilən bütün infrastruktur layihələrdən kənarda qalmasında əsas günahkarlar Köçəryan və Sarkisyandır. Seçkilərdən sonra bir daha aydın oldu ki, “Qarabağ klanı” artıq Ermənistanda heç kəsə lazım deyil. Revanşistlər bütün qüvvələrini səfərbər etsələr də, hətta xarici himayədarlarından ciddi dəstək alsalar da, iflasa uğradılar və Ermənistanın siyasi arenasında tam küncə sıxışdırıldılar. Rusiyalı ekspert Vitali Arkov bu fonda bildirir ki, “Qarabağ klanı” ölkə daxilində vəziyyəti qarışdırmağa daha çox can atacaq: “Bu ana məlum olan tək odur ki, “Qarabağ klanı”nın hakimiyyətə qayıdışını həyata keçirə bilməyənlər seçkidəki məğlubiyyətlə barışmayacaq. İndi Robert Köçəryanın tərəfdarları Ermənistanın müxtəlif bölgələrində kütləvi etiraz aksiyaları keçirə və hətta radikal “robertçilər” dövlət qurumlarının inzibati binalarına hücumlar da təşkil edə bilərlər. Hətta bu istiqamətdə bəzi hərəkətləri artıq müşahidə edə bilərik. Amma obyektiv gerçəklik belədir ki, indi Kreml üçün Ermənistan hakimiyyətinin başında kimin olduğu o qədər də fərq etmir. İstər bu, Kremlin köhnə dostu Köçəryan olsun, istərsə də Moskva ilə dost olmağa can atan Paşinyan. Burada əsas faktor ondan ibarətdir ki, hakimiyyətdə kim olursa olsun, Ermənistanın bütün əsas və gizli açarları Rusiyanın əlindədir”. Belə vəziyyətdə maraq doğuran məsələ Rusiyanın Ermənistan və Azərbaycan münasibətlərini necə tənzimləyəcəyidir. Bu haqda danışmazdan öncə qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla Qarabağa dair məsləhətləşmələr aparıb. Bunun ardınca Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Telefon danışığı zamanı tərəflər Qarabağdakı vəziyyəti də müzakirə ediblər. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətinə müsbət qiymət verilib. Türkiyə prezidenti Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında təsbit olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsini təmin etmək üçün Rusiyanın səylərini dəstəklədiyini bildirib. İqtisadi inkişaf və regionun nəqliyyat infrastrukturunun bərpası da daxil olmaqla, koordinasiyanı davam etdirməyə qarşılıqlı hazırlıq ifadə olunub. Eyni məsələlər Putinin İlham Əliyev və Nikol Paşinyanla telefon danışığı zamanı da diqqət mərkəzində yer alıb. Deməli, Rusiya da Azərbaycan kimi 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarda təsbit olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsini istəyir. Bu, Azərbaycan və Ermənistan arasında yekun sülh razılığının imzalanması üçün olduqca mühümdür. Artıq bunu Ermənistanda da etiraf edirlər. Elə erməni politoloq Suren Sarkisyan da Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişin ilkin ssenarisi barədə maraqlı məlumatlar paylaşıb: “İrəvan Bakı ilə anlaşarsa, bu, Ermənistanın bir çox tələblərdən imtinasına gətirib çıxaracaq. İlkin ssenariyə əsasən, Azərbaycanla bağlanacaq sazişdə aşağıdakılar yer alacaq: Azərbaycanın ərazi bütövlüyünün tanınması; Azərbaycana hər hansı bir ərazi iddiası irəli sürülməsindən imtina olunması; Diplomatik əlaqələrin bərpa edilməsi və sərhədlərin açılması; Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsinə start verilməsi - bu zaman Ermənistanın ərazilərinin bir hissəsi Azərbaycana veriləcək”. O, Ermənistanın ordu saxlamayacağı barədə öhdəlik götürəcəyini istisna etmir: “Yalnız müəyyən sayda hərbi polis saxlayacaq. İkinci Dünya müharibəsindən sonra Yaponiya da belə bir addım atmışdı”. Türkiyə ilə bağlanacaq sazişə gəldikdə isə, Suren Sarkisyan daha 5 bəndin yer alacağını qeyd edib: “Soyqırımın” tanınmasından imtina ediləcək, Türkiyənin ərazi bütövlüyü tanınacaq, ərazi iddialarından imtina ediləcək; Ermənistanın Müstəqillik Aktında dəyişiklik ediləcək və gerbdən Ağrı dağının fotosu çıxarılacaq; Sərhədlər açılacaq və diplomatik əlaqələr qurulacaq; Türkiyə ilə Azərbaycanı birləşdirəcək dəhlizin açılmasında güzəştə gediləcək; sənəddə “Ermənistana hər hansı bir üçüncü ölkə hücum edərsə, bu, Türkiyə və Azərbaycanın da təhlükəsizliyinin təhdid edilməsi sayılacaq” cümləsi də yer alacaq”. Onun sözlərinə görə, bütün bunların qarşılığında Ermənistana Azərbaycan və Türkiyə böyük həcmdə investisiya qoyacaq: “Ermənistan hökuməti hesab edir ki, bu investisiyalar olduqca böyük rəqəmlərlə ölçüləcək. Əslində isə bu, Gürcüstanda olduğu kimi, Ermənistanı da iqtisadi cəhətdən işğal etməkdən başqa bir şey deyil. Bir daha deyirəm ki, bütün bu ssenarilərin reallaşıb-reallaşmaması Qərblə Şərq arasında Cənubi Qafqaz və Qara dəniz regionunda gedən qlobal rəqabətin səviyyəsindən asılı olacaq”. Digər ekspertlər də qeyd edir ki, növbədənkənar parlament seçkilərində qələbə qazanmış Nikol Paşinyan Ermənistanın bütün sahələr üzrə inkişafını istəyirsə, Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalı və ölkəmizlə sülh sazişi imzalamalıdır. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasına dəstək olan addımlarını əyani şəkildə sübut etməlidir. Yalnız bundan sonra Ermənistan infrastruktur layihələrindən kənarda qalmaz və artıq formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan bəhrələnə bilər.

Samirə SƏFƏROVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ