Cümə günü, 02 oktyabr 2026
     

"Azərbaycan koronavirusla mübarizədə bütün potensialları ən kamil səviyyədə səfərbər edən ölkə oldu" - Aydın Quliyev

Image


Azərbaycan bu virusla mübarizə naminə bütün milli potensialları ən kamil səviyyədə səfərbər edən ölkə oldu. Əhalinin vaksinləşmə səviyyəsinə görə Azərbaycanın MDB məkanında liderliyi 2020-ci ilin ilk günlərindən həyata keçirilməkdə olan hərtərəfli dövlət siyasətinin məntiqi nəticəsidir.

Bunu Trend-ə açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydln Quliyev deyib. O bildirib ki, Azərbaycan bu siyasəti hər bir vətəndaşın həyat və sağlamlıq mənafelərini əsas tutaraq həyata keçirdi: "Azərbaycanın COVİD-19-la mübarizəsi "hər kəsin virusdan müdafiəsi bütün cəmiyyətin virusdan xilasının əsas şərtidir" prinsipinə söykəndi. Məhz bu səbəbdən Azərbaycanın antikorona strategiyası nəticəli, ibrətamiz, metodiki və fundamental xarakter daşıyır.

Koronavirusla mübarizənin bütün tarixi ərzində Azərbaycanın hamı ilə müqayisədə ən tez və az itkisiz nail olduğu bir neçə ilk nailiyyətin adını çəkmək və qürur duymaq olar. 2020-ci ilin ilk həftələrindən Azərbaycan bu virusla mübarizə naminə bütün milli potensialları ən kamil səviyyədə səfərbər edən ölkə oldu. Məhz Azərbaycanın bu nailiyyəti ilə yaxşı tanış olan dövlətlər qəbul etdilər ki, virusla mübarizənin tək milli çərçivələrdə aparılması tam uğurları təmin edə bilməz. Azərbaycan pandemiya ilə mübarizədə bütün qlobal səylərin əlaqələndirilməsinin qaçılmaz olduğunu sübut və nümayiş etdirən ilk ölkə oldu. Azərbaycanın dövlət başçısı COVİD-19-a qarşı qlobal tədbirlərin keçirilməsi təşəbbüsü ilə çıxış edən və buna nail olan ilk dövlət başçısı oldu. Azərbaycanın pandemiya əleyhinə vaksinləşmə kampaniyasına ilkin ölkələr sırasında qatılması da ölkəmizin uğur göstəricilərindən sayılmalıdır".

Baş redaktor qeyd edib ki, dünyada vaksin ədalətsizliyinin və böyük dövlətlərin vaksin acgözlüyünün hökm sürdüyü şəraitdə xalqımızın vaksinlə tam təminatına imkan verən ehtiyatların yaradılması dövlət başçısının hesablanmış və qabaqlayıcı təşkilatçılıq işlərinin əhəmiyyətli nəticəsi sayılmalıdır: "Bir sıra imkanlı ölkələrin öz əhali saylarını dəfələrlə üstələyən sayda vaksinləri ələ keçirdiyi şəraitdə Azərbaycanın hamıya yetər sayda vaksin ala bilməsi kiçik nailiyyət deyil və üstəlik, bir neçə mənbədən yetərli miqdarda vaksinin alınması Azərbaycan liderinin yüksək səviyyədə təmin etdiyi təhlükısizlik strategiyasıdır. Azərbaycan dövləti əhalini vaksinlə kəmiyyət və keyfiyyət baxımından yüksək təmin etməklə yanaşı, "bir vaksin mənbəyindən" asılılq təhlükəsini aradan qaldırmaq vəzifəsini də ideal səviyyədə həll etdi".

A.Quliyev deyib ki, Azərbaycan ayrı-ayrı ölkələrə və ÜST xətti ilə qlobal pandemik mübarizəyə əməli töhfələr vermiş ölkələr arasında da ilklərdən oldu: "Azərbaycan prezidentinin kasıb və varlı ölkələr üçün vaksinə eyni çıxış şanslarının yaradılması çağırışları dünya tarixinin mütərəqqi humanist təmayülləri sırasında öz yerini mütləq qoruyacaq. Hazırda ölkəmiz antikorona məhdudiyyətlərinin ağıllı dozalarla sistemli olaraq aradan qaldırılması sahəsində də dünyanın öncül ölkələri sırasındadır. Bu gün Azərbaycan Prezidenti elə bir strategiya ilə işləri təşkil edir ki, həm yeni yoluxma riskləri mümkün qədər aşağı olsun, həm də ilyarım əvvəl fövqəladə rejimə düşmüş
həyatımız öz ənənəvi ritminə qayıda bilsin. Tək bu faktı qeyd edək ki, indi Azərbaycan yeni yoluxma riskinə, virusdan ölüm saylarına, vaksinləşmiş insanların ümumi əhali sayındakı nisbətinə və qorxulu Hindistan ştammlarının yayılmasına qarşı tədbirlərin məzmununa görə bütün qonşu ölkələrdən daha yaxşı vəziyyətdədir.

Azərbaycan məhdudiyyətlərin yumşaldılması siyasətini ən ağıllı dövlət platforması şəklində icra edir. Əhalinin könüllü vaksinləşmə prosesinə cəlb edilməsi sahəsində də Azərbaycan yüksək səviyyəli ictimai inandırma və təşviq təcrübəsinə malikdir. Dövlətin qoruyucu tədbirləri ilə əhalinin bu tədbirlərə uyğunlaşma templəri tam şəkildə üst-üstə düşür ki, bu da dövlətlə cəmiyyətin həqiqətən anlaşma içində olduğunu göstərir. Vaksinləşmə və pandemiya məhdudiyyətlərinin əlaqəli formada idarə edilməsi indiki mərhələdə Azərbaycanın əsas uğur şərtlərindən biridir.

Bütün mövcud şərtlər və əldə olunmuş nəticələr deməyə əsas verir ki, Azərbaycan postpandemiya dövrünü tam arxada qoyan ilk ölkələr sırasında olacaq".

Ekspert qeyd edib ki, Azərbaycanın iddialı olduğu bu böyük hədəf cəmiyyətimizin könüllü vaksinləşmənin tam sonuna qədər məsuliyyətli davranışları sayəsində əldə edilə bilər.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ