Cümə günü, 02 oktyabr 2026
     

Vətən müharibəsində könüllü iştirak etmiş müxbirimiz Nahid Salayev Mətbuat Şurasının diplomunu aldı

Image


44 günlük Vətən müharibəsində döyüş yolu Hadrutdan Şuşaya qədər uzanan, ağır döyüş əməliyyatlarında iştirak edən, cəsurluq nümunələri göstərən qəzetimizin əməkdaşı Nahid Salayev Azərbaycan Mətbuat Şurasının (MŞ) 44 günlük Vətən müharibəsində əsgər və zabit kimi iştirak etmiş jurnalistlərlə bağlı təsis etdiyi “Qələmdən süngüyə” mükafatı ilə təltif edilib. Vətən müharibəsində qələmini süngüyə çevirən, düşmənlə döyüşən, düşmənə qan udduran, könüllü iştirak edən həmkarlarımız bu mükafata layiq görülüblər, “Qələmdən süngüyə” mükafatına layiq görülən 30 həmkarımız sırasında əməkdaşımız N.Salayev də var.

Vətən müharibəsində iştirak edən, qəhrəmanlıq dastanları yaradanların sırasında yer alan N.Salayevin döyüş yolu zəngin və mürəkkəb olub, torpaqlarımızı düşmən caynağından xilas etmək üçün döyüşüb. Müharibədə dəfələrlə yaralansa da, hospitalda müalicə almaqdan imtina edib, “mənim yerim hospital yox, səngərdir” deyib, döyüş yoldaşlarından bir addım da uzaqlaşmayıb. Heç şübhəsiz ki, Vətən müharibəsində, bu müqəddəs savaşda “Bakı-Xəbər”in əməkdaşının da olması qürurvericidir.

N.Salayev öz döyüş yolu haqqında danışmağı elə də sevmir, amma onunla çiyin-çiyinə döyüşənlər onun haqqında ürəkdolusu danışırlar. Döyüş yoldaşı “Xəzər” TV-yə müsahibəsində N.Salayev haqqında elə maraqlı faktlar açıb ki, heç verilişə qədər o faktlardan ailəsinin, yaxınlarının xəbəri olmayıb. N.Salayevin döyüş yoldaşı danışır: “N.Salayev adlı döyüş yoldaşımız hamımızdan axırda gəlirdi. Biz meşədə əl-ələ tutub gedirdik ki, bir-birimizi itirməyək. Kolluqdan keçəndə o bizi itirir. Yəni əli buraxılıb, orada da danışmaq olmazdı, ona görə də qabaqda gedənə deyə bilmirik ki, arxada bir nəfərimiz qalıb, gözləyin. Danışmaq olmaz, deyə bilmirik. Sağımız-solumuz böyürtkən kolu idi, oradan keçəndə əlimizi bilmədən buraxıb orada qalır. Təsəvvür edin ki, orada ən çox fikirləşirdik ki, biz əsir düşməyəcəyik, bizi erməni-düşmən öldürməyəcək. Biz yaralansaq, azıb qalsaq, özümüzü öldürəcəyik. O fikirlərimiz vardı. Nahid də fikirləşib ki, burada çox qalsa, əsir düşə bilər, hər tərəf düşmən idi, onlar buranı tanıyırdılar. O özünü öldürmək istəyib... Allah cansağlığı versin, bizdən də çox can qoyan xüsusi təyinatlı qardaşlarımız oldu, onlarda gecəgörmə cihazı da vardı. Nahid özünü öldürmək istədiyi məqamda xüsusi təyinatlılardan biri gəlib əlini yavaşca onun çiyninə vurub işarə edib ki, qorxma. Nahid özünü öldürmək istədiyi məqamda xüsusi təyinatlı özünü yetirib, onu xilas edib. Orada saniyə söhbəti olub. Biz o epizodu görmədik, Nahid xilas olandan sonra bizə dedi ki, özümü öldürən anda çiynimə kimsə toxundu, qumbaranı çəkmək istəyirdim, işarə verdi ki, narahat olma, mənəm, qoymaram. Deyib ki, əl-ələ tutub gedəndə fikir vermişdim ki, arxada bir nəfərimiz axsayır və ona görə də diqqətli idim, çönüb arxaya baxdım ki, yoxsan, heç vaxt qoymazdım sən burada qalasan”.

Bəli, N.Salayev ölümlə dəfələrlə üz-üzə gəlib və gözünü qırpmadan, bir addım geri çəkilmədən mübarizəsini davam etdirib.

N.Salayev həmişə deyir ki, ən böyük arzusu Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması və bu mübarək və müqəddəs işdə iştirak etmək olub. Allah da ondan bunu əsirgəməyib, müzəffər ordunun bir müzəffər əsgəri olub.

N.Salayev fəxrlə deyir ki, döyüş yolum Hadrutdan başlayıb, Xocavənddən, Xocalıdan keçib, Şuşanın qarşısında bitib. “Ən ağır, çətin döyüşümüz Hadrutda olub” - deyən əməkdaşımız söyləyir ki, müharibənin bütün dəhşətlərini gözü ilə görüb, amma ürəyinə su səpən isə düşməni tari-mar edərək onları doğma yurd-yuvamızdan qovmaları olub.

12 gün dağda ac-susuz qalsa da, Nahid Salayevin də daxil olduğu tabor bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirib. Düşmən minaatan mərmisini, izburaxan güllələri üstlərinə yağış kimi yağdıranda da düşmənin güllə yağışının altından keçib irəliləyiblər, taborları böyük qəhrəmanlıqla, şücaətlə döyüşüb, müzəffər olublar.

Qələmini süngüyə çevirib müsəlləh əsgər kimi Vətənin ərazi bütövlüyü uğrunda cəsurluqla döyüşən N.Salayevin MŞ tərəfindən “Qələmdən süngüyə” mükafatına layiq görülməsi bizi sevindirdi. Hesab edirik ki, müharibədə könüllü iştirak edən N.Salayev və digər həmkarlarımız da daha böyük mükafatlara, ödüllərə, orden və medallara layiq görüləcəklər. Çünki onlar öz qəhrəmanlıqları ilə bunu haqq ediblər.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ