Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycanlılar təkcə Zəngəzur yox, İrəvanda da rahat yaşayacaq...

Image


Ermənistanda seçkilərdən sonra bu ölkənin xarici siyasəti, xüsusən də Azərbaycanla münasibətlərinin necə olacağı böyük maraq doğurur. Hesab edilir ki, məhz bu münasibətlər Ermənistanın gələcəyini müəyyən edən əsas amil olacaq.

Məsələyə bu cəhətdən yanaşan Rusiyanın tanınmış siyasi xadimi Maksim Şevçenko qeyd edir ki, Ermənistan Azərbaycanla normal münasibətlər qurmasa, özünü yenə ciddi problemlərə düçar edəcək: “Reallıq ondan ibarətdir ki, ermənilər “Qarabağ klanı”na nifrət etdiklərini bütün dünyaya sübut etdilər. Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra “Qarabağ klanı”nın Zəngilan qızılını qeyri-leqal istismar etməsi faktları bizə məlum oldu. Öyrəndik ki, uzun illər İran sərhədindən və işğal olunmuş Azərbaycan torpaqlarından qaçaqmalçılıq karvanları keçirmiş”. Onun sözlərinə görə, “Qarabağ klanı” bu işğal illəri ərzində milyonlara sahib oldu, erməni xalqı isə səfalət içində yaşadı: “Bütün bu illər ərzində Rusiya, Amerika və ya Fransadakı saraylarda əyləşən harınlamış erməni milyonçuları “onların millətinin Tiqran nəslindən olduğunu”, “böyük Ermənistanın müqəddəs torpaqları uğrunda ölmək lazım olduğunu” deyirdilər. Amma bu gün, nəhayət, biz ermənilərin əsl səsini eşitdik. Sadə ermənilərin bu səsi göz qabağındadır: “Biz müharibə istəmirik”, “Biz vətəndaş hüquqlarına riayət olunmasını istəyirik”, “Biz Avropa xalqları kimi yaşamaq istəyirik”. Vacib detalı anlamaq lazımdır ki, ermənilər Paşinyana deyil, müharibə istəyən “Qarabağ klanı”na qarşı səs veriblər. Bundan sonra əminəm ki, vaxt gələcək azərbaycanlılar, hətta İrəvanın mərkəzində belə rahat yaşaya biləcəklər”.  Bu açıqlamalar fonunda, maraqlıdır ki, Ermənistanın "Qraparak" nəşri belə bir məlumat yayıb ki, yaxın vaxtlarda İrəvan və Moskva arasında Rusiya sülhməramlılarının Basarkeçərdə (Geqarkunik) Zod-Xəzinəvar ərazisində yerləşdirilməsinə dair razılıq əldə olunacaq. Bundan sonra Ermənistan hərbçiləri ön xətdən geri çəkiləcək.

Nəşr qeyd edir ki, danışıqların aparılması barədə faktı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan da təsdiqləyib. Qəzet mövzunu inkişaf etdirərək yazıb ki, Azərbaycan tərəfinin buna icazə verib-verməyəcəyinə gəlincə, Davtyan söhbətin Ermənistan ərazisindən getdiyini və burada Azərbaycandan soruşulacaq bir şey olmadığını qeyd edib: "Tərəflərlə danışıqlar aparılır, çünki ortada suallar var. Məqsəd bölmələri heç bir toqquşma olmadan sərhədə çəkməkdir". Nəşr həmçinin iddia edib ki, Nikol Paşinyan sentyabrda faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq müqaviləni imzalayacaq: "Ermənistan baş naziri Nikol Paşinyan, çox güman ki, payızda - sentyabrda Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir müqavilə imzalayacaq. Bu haqda məlumatlar var”. Erməni politoloq Arman Abovyan bu fonda qeyd edir ki, Azərbaycanla diplomatik münasibətlərin qurulması “artsax”ın tamamilə məhvi ilə razılaşmaya gətirib çıxaracaq: “Artıq ilk ehtiraslar azalıb, indi bizi nə gözləyir və nə edəcəyimizi dəqiqləşdirməliyik. Ya əlimizi-qolumuzu sallayıb, tüpürüb hər şeydən imtina edək və taleyin ümidinə buraxaq, ya da özümüzdə güc tapıb vətənimizi məhv edənlərə qarşı mübarizəni davam edək. Əslində ölkədə Ermənistanın bir türk əyalətinə çevrilməsinə və sistematik şəkildə məhv edilməsinə səs verən bir neçə yüz min insanın olması məni maraqlandırmır. Bu, onların seçimidir, lakin mən əksəriyyətin qərarı ilə boynumu xoşluqla türk qılınçının altına qoymayacağam. Beləliklə, bizi nə gözləyir: 1-Türklər və azərbaycanlılar planlı şəkildə “artsax respublikası”nın delegitimliyini təmin edəcəklər. 2-Türklər və azərbaycanlılar planlı şəkildə Ermənistan sərhədinin strateji nöqtələrində sərhəd yüksəkliklərini və ərazilərini işğal edəcək, ərazimizin daha dərinliyinə irəliləyəcəklər. 3-Paşinyan və onun dəstəsi yolların blokadadan çıxarılması ideyasını təbliğ edəcək, Azərbaycan və Türkiyəni Ermənistan ərazisindən birləşdirmək üçün pantürkist planlarını həyata keçirəcəklər. 4-Paşinyan və komandası Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına gedəcək.

Bunlar, guya “erməni soyqırımı” məsələsini araşdırmaq üçün türklərlə birlikdə tarixçilərdən ibarət ortaq bir komissiya ilə “soyqırım”məsələsinin tarixə qovuşması deməkdir. Bu da, öz növbəsində, bizim üçün prinsipial olan məsələni beynəlxalq birliyin siyasi gündəmindən çıxarır. Azərbaycanla diplomatik münasibətlərin qurulması “artsax”ın müstəqillik hüququndan imtina edilməsini nəzərdə tutur və bu da faktiki “artsax”ın tamamilə məhvi ilə razılaşmağa gətirib çıxaracaq. Bütün bunlar o demək deyil ki, türklər və azərbaycanlılar bizi sakit buraxacaqlar, əksinə, bu planlar həyata keçirildikdən sonra Ermənistanın cənub cinahı boyunca ərazilərini və gələcəkdə də ölkənin bütün ərazisini parçalamağa çalışacaqlar. İndi sual budur: bütün bunlara hazırıqmı? Laqeyd yanaşacağıq, yoxsa yenə də küçədən yüksək kabinetlərə qədər bütün mümkün yerlərdə buna qarşı mübarizə aparmaq üçün bu qədər iradəmiz olacaq...”

Samirə SƏFƏROVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ