Cümə günü, 02 oktyabr 2026
     

“Qarabağ klanı”na qarşı sərt əks-həmlə başlanır...

Image


Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkilərdə məğlub olan rəqib partiyaların liderlərini əhatə edəcək parlamentdənkənar bir strukturun yaradılmasını təklif edib. Bu barədə “Qraparak” qəzeti Paşinyanın bir sıra siyasətçilərlə siyasi məsləhətləşmələrinə istinad edərək məlumat verib.

Qəzet yazır ki, Paşinyan rəqib siyasətçilərə hər hansı bir vəzifə təklif etməsə də, bu siyasi kapitalı itirmək istəmir: “Bu əsasda Paşinyanla görüşlərin bəzi iştirakçıları yaradılan şuranın büdcə hesabına fəaliyyət göstərəcəyi və orada çalışanların maaş alacağı qənaətinə gəlib”. Siyasi müşavirələr çərçivəsində Paşinyan “Respublika” partiyasının lideri Aram Sarkisyan, “Ədalətli Ermənistan” partiyasının lideri Norayr Norikyan, Xristian Demokrat Partiyasından Levon Şirinyan, “Respublika naminə” partiyasından Arman Babacanyan, “Evimiz Ermənistan” partiyasından Tiqran Urixanyan, “Mühafizəkarlar” partiyasından Mikael Ayrapetyan, “Vətəndaş seçimi” partiyasının idarə heyətinin üzvü Suren Saakyan, həmçinin Samvel Babayan, Tiqran Arzakantsyan, David Sanasaryanla görüşüb. “Milli demokrat qütbü” və “5165” hərəkatının nümayəndələri isə görüşdən imtina edib.

Ekspertlər hesab edir ki, Paşinyan bir araya gəldiyi siyasi qüvvələrlə razılaşıb revanşist müxalifət, o cümlədən “Qarabağ klanı” qarşısında mövqeyini gücləndirməyə çalışır. Ukraynalı politiloq Aleksey Voronenko indiki halda bunu vacib hesab edir. Onun sözlərinə görə, Robert Köçəryan və Serj Sarkisyan gizli plan üzərində işləyir: “Bu tandem ən çirkin yollara əl ataraq, Ermənistanda çaxnaşmalar yaradıb hakimiyyəti özlərinə qaytarmağa çalışacaq. Köçəryan və Sarkisyan bir müddət kölgədə qalacaq, sonra isə Rusiyadakı kriminal dairələrin dəstəyi ilə həm Ermənistan, həm də bütün region üçün böyük fəsadlara gətirib çıxara biləcək planı həyata keçirməyə başlayacaqlar. Birincisi, onlar Qarabağda öz imkanlarından istifadə edərək həm Rusiya sülhməramlılarına, həm də Azərbaycan Silahlı Qüvvələrinə qarşı müxtəlif təxribatlar təşkil etdirə bilərlər. Bütün “atılan daşlar” isə Ermənistan hökumətinə tərəf uçacaq, çünki Serj və Robert öz çirkin əməllərindən sonra iz saxlamayacaqlar”. Onun sözlərinə görə, Köçəryan və Sarkisyan azadlıqda qaldıqca, region saat mexanizmli bir partlayıcı qurğunun üzərində durmuş kimi olacaq: “Nikol Paşinyana qarşı sui-qəsd də təşkil edilə bilər. Bu tandemin “dostluğunda” oxşar terror aktları təşkil edə bilənlər az deyil. Köçəryan və Sarkisyana Qafqazda sülh, qonşuları ilə dostluq edən çiçəklənən Ermənistan lazım deyil. Qafqazda xaosu rahat idarə etmək üçün onlara yeni Suriya lazımdır”. Maraqlıdır ki, indiki halda “Qarabağ klanı” Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında vəziyyəti qarışdırmaqla Paşinyan iqtidarına təzyiq göstərməyə can atır. Xatırladaq ki, bu günlərdə Xankəndidə qondarma rejimin başçısı, separatçı Araik Arutyunyanın istefası tələbilə etiraz aksiyası keçirilib. Aksiyada Arutyunyana və Nikol Paşinyana qarşı kəskin ifadələrin yer aldığı şüarlar səsləndirilib. Sözügedən aksiyanın Ermənistanda baş tutan və Paşinyanın partiyasının birmənalı qələbəsilə tamamlanan seçkidən dərhal sonra həyata keçməsi təsadüf sayılmır.

Məlum olduğu kimi, Arutyunyan seçki günü Paşinyanın seçki qərargahına baş çəkmişdi və seçki dövründə də ona olan dəstəyini gizlətmirdi. Seçkidən sonra qondarma qurumun başçısı Paşinyanı təbrik etdi, bundan öncə isə Paşinyanın özü Arutyunyana dəstək mesajları səsləndirmişdi. Bundan sonra Xankəndidə təşkil edilən mitinq göstərdi ki, Köçəryanın başçılıq etdiyi “Qarabağ klanı” burada Paşinyana düşmən mövqedə dayanan rejim yaratmaqda maraqlıdır. Bu, həmçinin, İrəvandakı hökumətin Xankəndidəki separatçılara təsir imkanlarını minimuma endirməyə yönəlib. Belə vəziyyətdə “Qarabağ klanı” yenidən Xankəndidə dayaq məntəqəsi yaradıb Ermənistanda hakimiyyətə təsir etməyi düşünür. Amma nəzərə alınmır ki, Xankəndi də tezliklə Azərbaycanın nəzarətinə keçəcək. Burada “Qarabağ klanı”nın ciddi dayaq yaratması mümkünsüzdür. Digər tərəfdən, Paşinyan hakimiyyəti artıq Azərbaycanla münasibətlərin qurulması prosesinə də maraq göstərir və bunu erməni cəmiyyəti də istəyir. Bu fonda Ermənistan parlamentinin deputatı, Paşinyanın yaxınlarından biri olan Aleksey Sandıkov maraqlı açıqlamalar verib: “Sovetlər Birliyi Azərbaycan və erməni xalqının sülh şəraitində yaşaya biləcəyinin bariz nümunəsidir. Buna misal olaraq Müslüm Maqomayev və Arno Babacanyanın məşhur dueti mənim üçün simvolikdir”. Millət vəkili bu günlərdə Gorus-Qafan yolunun hazırda Azərbaycanın nəzarətində olan hissəsindən keçdiyini də qeyd edib: “Otuz ildən çox müharibə apardığın bir ölkənin bayrağı altında gəzmək, bu hissi yaşamaq həm emosional, həm də psixoloji cəhətdən çox çətindir. Eyni zamanda, yenə də tarixə baxsaq, xüsusən də SSRİ-də erməni və Azərbaycan xalqlarının birgə, yanaşı yaşamalarına və  nəzəri cəhətdən mümkünlüyünə dair çoxlu nümunələr var. Təbii ki, tərəflərin hər birinin tələbatlarına ciddi riayət etmək şərti ilə”. Bu açıqlama Paşinyan iqtidarının, “Qarabağ klanı”ndan fərqli olaraq, Azərbaycanla əməkdaşlığa meyl edəcəyini təsdiqləyir. Bunu erməni cəmiyyəti də istəyir. Bu səbəbdən “Qarabağ klanı”nın  yenidən hakimiyyətə gəlməsinə erməni cəmiyyəti tərəfindən hansısa dəstək gözlənilmir. Elə bu da “Qarabağ klanı”nın revanş planlarının iflası deməkdir.

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ