Cümə günü, 02 oktyabr 2026
     

Son 100 ildə tariximiz üçün iki önəmli beynəlxalq sənəd – Qars müqaviləsi və Şuşa Bəyannaməsi...

Image


2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın  imzaladıqları Şuşa Bəyannaməsi Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında sənəddir. Bu sənəd iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək, o cümlədən də indiyə qədər imzalanan bütün sənədləri rəhbər tutaraq imzalanıb.

 

Şuşa Bəyannaməsi XXI əsrdə, 2021-ci ildə, Qars müqaviləsi isə yüz il bundan əvvəl - 1921-ci ildə imzalanıb. Hər iki tarixi sənədin Azərbaycanın dövlətçilik tarixində oynadığı müstəsna rol nədən ibarətdir? Fərqli sənədlər olsalar da, fərqli siyasi şəraitdə imzalansalar da, bütün hallarda, hər iki sənədin ana qaydağında Türkiyə və Azərbaycan xalqının qardaşlıq birliyi, həmrəyliyi, dəstəyi dayanır.

  • “Yüz il bundan öncə bağlanmış Qars müqaviləsi Naxçıvan da daxil olmaqla...”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Qars müqaviləsindən 100 il sonra 15 İyun - Milli Qurtuluş Günündə azad Şuşada Şuşa Bəyannaməsinin imzalanması iki qardaş ölkənin birliyinin, həmrəyliyinin simvoludur: “Qars müqaviləsi 100 il bundan əvvəl Rusiya Sovet Federativ Sosialist  Respublikası və Türkiyə Böyük Millət Məclisi arasında bağlanılıb. O zaman Mustafa Kamal Atatürkün başçılığı ilə Türkiyə Böyük Millət Məclisi vardı. Məhz 1921-ci ildə Sovet Rusiyası və Türkiyə Böyük Millət Məclisi arasında bağlanan Qars müqaviləsində də Azərbaycan dövlətinin də (o dövrdə Azərbaycan Sovet Sosialist Respublikası adlanırdı) müəyyən formada rolu vardı. Çünki o zaman Azərbaycan Sovet Sosialist Respublikası formal da olsa müstəqil idi. Bilirik ki, Sovet Sosialist Respublikaları İttifaqı 1922-ci ilin dekabrında yarandı. Bu anlamda 1921-ci ildə bu müqavilə Sovet Rusiyası və Böyük Millət Məclisi arasında bağlansa da, burada  Azərbaycan Sovet Sosialist Respublikası da öz yerini tuturdu. Çünki Qars müqaviləsində təkcə Naxçıvan məsələsi deyildi, bütövlükdə, Azərbaycan Sovet Sosialist Respublikasının məsələsi vardı, onun gələcəyi, təhlükəsizliyi və sair. Düzdür, daha çox burada Naxçıvanın məsələsi qoyulurdu ki, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, bütün hallarda, Azərbaycan SSR-ə bağlı olaraq qalmalı idi. Bir sözlə, yüz il bundan öncə bağlanmış Qars müqaviləsi Naxçıvan da daxil olmaqla, Azərbaycan SSR-in təhlükəsizliyinin müəyyən mənada qarantı idi. Burada da Türkiyə Azərbaycanın qarantı kimi çıxış edirdi. Qars müqaviləsində də, bütövlükdə, Azərbaycanın varlığının qorunması əsas məsələ idi. Ancaq Şuşa Bəyannaməsində daha dəqiq şəkildə bu məsələ ortaya qoyulur. Ən əsas məsələ odur ki, Şuşa Bəyannaməsi birbaşa Azərbaycan və Türkiyə arasında bağlanıb, burada, demək olar ki, Rusiya Federasiyası kənarda qalır. Bu anlamda, Şuşa Bəyannaməsinin əhəmiyyəti daha böyükdür”.  

  • “Bu uğurların ən mühüm amillərindən biri də Şuşa Bəyannaməsidir”

F.Ələkbərlinin sözlərinə görə, eyni zamanda, şərtlər də dəyişib, düşünəndə görürsən 103 il bundan əvvəl Azərbaycan Cümhuriyyəti yarandı, Cümhuriyyət Sovet Rusiyasının işğalı ilə devrildi, onun yerində isə, formal da olsa, Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı və sonra isə zorla SSRİ-yə birləşdirildi. “Çox təəssüflər olsun ki, birləşmə zamanı Azərbaycan SSR birbaşa deyil, Zaqafqaziya Sovet Sosialist Federativ Respublikası şəklində SSRİ-nin tərkibinə daxil oldu. Yalnız 1936-cı ildə SSRİ Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR müstəqil şəkildə SSRİ-nin tərkibinə daxil edilmişdi. Yəni o dövrün şərtləri belə idi. İndi isə görürük ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra 30 il ərzində bir sıra problemlərlə, çətinliklərlə yanaşı, bütün hallarda, uğurlar da əldə etdik və bu uğurların ən mühüm amillərindən biri də Şuşa Bəyannaməsidir”.

  • “Şuşa Bəyannaməsi ilə Qars müqaviləsi arasında paralellərin aparılması, bu bəyannamənin müqavilə ilə müqayisə edilməsi böyük aktuallıq kəsb edir”

AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı da hesab edir ki, Şuşa Bəyannaməsi də Qars müqaviləsinin bənzəridir. “Azərbaycan və qardaş Türkiyə xalqının Şuşa Bəyannaməsini geniş müzakirə etdiyi və sevincli anlar yaşadığı bir vaxtda Şuşa Bəyannaməsi ilə Qars müqaviləsi arasında paralellərin aparılması, bu bəyannamənin müqavilə ilə müqayisə edilməsi böyük aktuallıq kəsb edir. Əvvəla Birinci Dünya müharibəsindən sonra dünyada düzən tamamilə dəyişdi və Osmanlı imperiyası müharibədən “Üçlər İttifaqı”nın müttəfiqi olaraq məğlub dövlət kimi çıxıb, Rusiya isə Antantanın müttəfiqi kimi müharibədən qalib dövlət olaraq çıxsa da, Rusiyada vəziyyət dəyişdi və bolşeviklər hakimiyyəti götürdülər. Antanta ölkələri, xüsusən İngiltərə və Fransa bolşevik hakimiyyətinə düşmən münasibəti bəsləyirdilər. Türkiyədə gedən milli azadlıq hərəkatı geniş vüsət alırdı, İngiltərə və Fransa Türkiyənin bir dövlət kimi varlığına son qoymaq istəyirdilər. Mücadilə də Türkiyə dövlətçiliyini qorumaq üçün İngiltərə, Fransa başda olmaqla, Antanta ölkələrinə qarşı həyata keçirilirdi. Yəni bu şərait, Türkiyənin də, Sovet Rusiyasının da İngiltərə, Fransa və digər Antanta ölkələrinə, onların müttəfiqlərinə düşmən münasibəti bu iki ölkəni yaxınlaşdırdı. Türkiyə ilə Rusiya arasında 1918-ci ildən başlayaraq davam edən yaxınlaşma, daha doğrusu, “Mudros” müqaviləsindən sonra baş verən bu yaxınlaşma son nəticədə hətta Rusiyanın Türkiyədən istifadə etmək, Atatürk milli azadlıq hərəkatının istiqamətini dəyişdirməyə meylləndirilirdi”.

  • “Qars müqaviləsi ilə Şuşa Bəyannaməsinin oxşar cəhətləri çoxdur” 

M.Zülfüqarlının sözlərinə görə, Türkiyə ilə Bolşevik Rusiyasının yaxınlaşması, digər məsələlərdə olduğu kimi, Qars müqaviləsinin də ortaya çıxmasına gətirib çıxardı. “Qars müqaviləsi ilə Şuşa Bəyannaməsinin oxşar cəhətləri çoxdur. Bunlar nədən ibarətdir? Müasir dövrümüzdə 44 günlük müharibə nəticəsində əldə edtdiyimiz qələbəyə qardaş Türkiyə böyük mənəvi dəstək verdi, Azərbaycan milli ordusu isə öz gücünə, təkbaşına torpaqlarımızı işğaldan azad etdi. Lakin qələbədən sonra Rusiyanın sülhməramlı qüvvələrinin bölgədə yerləşdirilməsi Türkiyəni bir daha öz mövqeyini gücləndirməyə vadar etdi. Ərdoğanın fevral ayından başlayaraq Şuşaya səfər edəcəyi barədə bəyanatlar verməsi, hətta Ramazan bayramını Şuşada qeyd etmək niyyətini açıqlamasından sonra düşmən qüvvələr Ərdoğanın Şuşaya səfərinin mümkün olmayacağı barədə şayiələr yaymağa başladılar, lakin bu şayiələr baş tutmadı, Ərdoğan, həmişə olduğu kimi, verdiyi sözə əməl etdi, Şuşaya səfər etdi və Prezident İlham Əliyevlə möhtəşəm bir görüş keçirdilər, Şuşa Bəyannaməsini imzaladılar. Bu bəyannamə ilə Qars müqaviləsi arasındakı bir oxşar cəhəti də demək istəyirəm, sonra isə başqa məsələlərə keçərik”.

  • “Qars müqaviləsi imzalanarkən ermənilər bundan ciddi narahat olmuşdular, bu gün də Şuşa Bəyannaməsindən narahat olurlar”

M.Zülfüqarlının sözlərinə görə, Qars müqaviləsi ilə Şuşa Bəyannaməsinin oxşar cəhətləri var. Bu müqavilə Rusiya Sovet Sosialist Respublikası, Azərbaycan Sovet Sosialist Respublikası, Ermənistan Sovet Sosialist Respublikası, Gürcüstan Sovet Sosialist Respublikası və Türkiyə arasında bağlanıb. “Qars müqaviləsində bir məsələ qeyd edilir ki, Türkiyənin rəyi olmadan Naxçıvan ərazisi üçüncü bir dövlətə güzəştə gedilə bilməz. Nəyə görə Türkiyə burada israr edirdi. Çünki artıq Sovet Rusiyası 1920-ci ilin 27 aprel tarixində Azərbaycanı işğal edib Xalq Cümhuriyyətini süquta uğradıb, burada Sovet Azərbaycanı yaratsa da, Moskva söz yiyəsi idi. Yəni sabah Moskvadan göstəriş olardısa, Azərbaycan Sovet Sosialist Respublikasının rəhbərliyi hər hansı bir müqavimət göstərmək gücündə deyildi. Türkiyə də bundan narahat olduğuna görə məhz həmin maddəni müqaviləyə əlavə etdi ki, bu da Naxçıvanın statusunun, Naxçıvan ərazisinin əbədi olaraq Azərbaycan ərazisində, daxilində qalmasını bu maddə ilə təsbit etdi. Çünki müqavilənin müddəti qeyri-müəyyən idi. Yəni buna vaxt qoyulmamışdı. Bildiyimiz kimi, bu müqavilə 1921-ci ilin mart ayının 16-da imzalandı və 1922-ci ilin sentyabr ayının 11-də qüvvəyə mindi. Bu dövrdə də artıq SSRİ-nin qurulması prosesi gedirdi, 1922-ci ilin dekabrında SSRİ yarandı. Zaqafqaziya Sovet Sosialist Respublikaları adlı üç respublika birləşdirildi. Yəni belə bir prosesdə Azərbaycan ərazi məsələsində güzəştə getməmək, yaxud yuxarılara müqavimət göstərmək iqtidarında deyildi, bu mənada, Türkiyə Naxçıvanın həmişəlik Azərbaycan daxilində qalmasını bu müqavilədəki maddə ilə şərtləndirdi.

Şuşa Bəyannaməsi ilə Qars müqaviləsinin oxşar cəhətlərindən biri ondan ibarətdir ki, Azərbaycan 44 günlük müharibə nəticəsində Qarabağın əsas hissəsi və ətraf rayonları işğaldan azad etsə də, az bir hissə sülhməramlıların nəzarətində qalır. Bu da müəyyən problem yaradır. 10 noyabr sazişinə görə, erməni silahlı qüvvələri, erməni yaraqlıları bu ərazidən çıxmalıdırlar, amma çıxmayıblar. Şuşa Bəyannaməsi artıq Qars müqaviləsi kimi burada Türkiyənin birbaşa mövqeyini əks etdirir. Yəni Türkiyə burada var, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bundan sonra da Azərbaycana qarşı hər hansı bir terrorçu, işğalçı hərəkət olarsa, Türkiyə hərbi cəhətdən Azərbaycana yardım etməyi öz üzərinə götürüb. Qars müqaviləsindən sonra Şuşa Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünün qarantı kimi çıxış edir. Qars müqaviləsi imzalanarkən ermənilər bundan ciddi narahat olmuşdular, bu gün də Şuşa Bəyannaməsindən narahat olurlar. Hətta Sovet Rusiyasını xəyanətdə ittiham edirdilər, indi də eyni vəziyyətdir. Rusiyanın 44 günlük müharibədə neytral mövqe tutması (əlbəttə, burada Türkiyənin rolu böyükdür - M.Z.) ermənilər tərəfindən Rusiyanın Ermənistana xəyanəti kimi qəbul edilir. Ermənilər “1921-1922-ci illərdə olduğu kimi” fikirlərini təkrar edirlər, bu müharibədə ermənilər elə düşünürdülər ki, müharibənin ikinci, üçüncü günündə Rusiya işə qarışacaq, ermənilərə, əvvəlki illərdə olduğu kimi, dəstək verəcək. Amma bu olmadı”.

Şuşa Bəyannaməsinin Azərbaycanın müasir dövlətçilik tarixində mühüm rol oynadığını deyən M.Zülfüqarlı hesab edir ki, bu bəyannamə həm də Türkiyə-Azərbaycan qardaşlığının simvoludur.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ