Cümə günü, 02 oktyabr 2026
     

Alban xristian irsinə erməni işğalı dövründə və sonrakı dövrdə fərqli münasibətlər…

Image


Məlumdur ki, Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ayrı-ayrı dövrlərdə Bütpərəstlik, Zərdüştilik, İudaizm, Xristianlıq, İslam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilməklə bir-birinə qarşılıqlı təsir göstərib.

Azərbaycanda ötən onilliklər ərzində, dini mənsubiyyətindən asılı olmayaraq, yüzlərlə tarixi-dini abidə bərpa edilib, tikilib və ya yenidən qurulub. Əlbəttə ki, ölkə üçün bu prosesi səciyyəvi edən və onu dünya ölkələrinə nümunəvi edəcək bir sıra məqamlar var. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan ilk səmavi dinlər sayılan Yəhudilik və Xristianlığın erkən dövrlərdən etibarən yayıldığı məkandır. Odur ki, tarix boyu müxtəlif millətlərin, dinlərin vətəni olan Azərbaycanın hər bir guşəsində kilsə və sinaqoqlara, məscidlərə, habelə atəşpərəst məbədlərinə rast gəlmək olar.

  • Xristian dini mirasına qayğı və diqqətin digər göstəricisi Qafqaz Albaniyasının xristian abidələridir

Azərbaycanda tarixi-dini abidələrin bərpası təkcə İslam dininə aid abidələrlə məhdudlaşmır, digər səmavi dinlərə məxsus abidələri də ehtiva edir. Belə ki, Bakıda Rus Pravoslav Baş Kafedral Kilsəsi olan Jen-Mironosets kilsəsi 1920-ci ildə bağlanıb, Sovet hakimiyyəti dövründə anbar kimi istifadə olunub və dağıntılara məruz qalıb. Dövlət müstəqilliyimizin bərpasından sonra məbəd təmir edildi. Hazırda Qafqazın ən böyük Rus-Pravoslav kilsəsi olan Jen-Mironosets məbədi memarlıq xüsusiyyətlərinə və tarixi keçmişinə görə Pravoslav aləminin ən görkəmli kilsələrindən biri kimi qəbul olunur. Bundan başqa, Bakıda Xilaskar Yevangelik Lüteran Kilsəsi, Gəncə şəhərindəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi də dövlət tərəfindən təmir olunub. Xristian dini mirasına qayğı və diqqətin digər göstəricisi Qafqaz Albaniyasının xristian abidələridir. Alban xristian memarlıq nümunələri, tarixi dini abidələri əsasən ölkənin Qarabağ, Qəbələ, Qax, Şəki, Zaqatala bölgələrində yerləşir. Qax rayonunun Lətik Kötöklü kəndi ərazisində Yeddikilsə monastırı, Şəkinin Kiş kəndindəki Qafqazda ən qədim xristian məbədlərindən olan Kiş-Yelisey məbədi, Qax rayonunun Qum kəndi ərazisində yerləşən Qum bazilikası və Mamrux məbədi, habelə digər alban abidələri dövlət tərəfindən bərpa edilərək mühafizə olunur.

  • Azərbaycan xalqının tolerantlığından istifadə edib, bu kilsələri saxtalaşdırıb, erməni kilsəsi kimi təqdim ediblər

Azərbaycanın işğaldan azad olunan ərazilərində qədim Alban-Udi mədəniyyətinə, zəngin memarlıq irsinə aid xeyli sayda məbəd, kilsə və monastır var. Bu məbədlərin çoxu mənfur ermənilər tərəfindən dağıdılıb, talan olunub. Alban-Udi məbədlərinin üzərindəki əlyazmaların orijinalları hamısı ermənilər tərəfindən məhv edilib. Alban kilsələrində, demək olar ki, alban dilində yazı nümunəsi qalmayıb. Ermənilər bununla da Qafqaz Albaniyasının tarixinə məxsus maddi-mədəni irsi saxtalaşdırmağa və Albaniyanı  "özününküləşdirməyə" çalışıblar. Ermənilər işğal altındakı bütün Alban-Udi məbədlərini qriqorianlaşdıraraq özününküləşdiriblər.  Alban-Udi xristian dini icmasının sədri Robert Mobili icmanın işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfəri zamanı deyib ki, işğaldan azad olunmuş ərazilərə gələndə mütləq şəhidləri yada salır və onlar üçün dualar edir: ”Allah onlara rəhmət eləsin! Qarabağda çoxlu məbədlər var. Bu, Alban-Udi xristian dini icmasının müqəddəs torpaqlara ilk səfəri deyil. Hər dəfə gələndə erməni vəhşiliyi, Alban məbədlərində etdikləri dəyişikliklərin, saxtakarlıqların şahid oluruq”. O bildirib ki, bu torpaqlar onlar üçün müqəddəs yerdir:

"Ermənilər burada İslamla bağlı olan tarixi, mədəni abidələri ümumiyyətlə siliblər. Hətta Alban kilsələrini də dağıdıb, ya da saxtalaşdırıblar. Bu kilsələr, məbədlər Alban müstəqil kilsəsinə aiddir. Bu irs birbaşa Alban mədəni irsi ilə bağlıdır. Bu məbədlərin erməni kilsələri ilə heç bir bağlantısı yoxdur. Ermənilər bura gəlmə xalqdır. Sadəcə, Azərbaycan xalqının tolerantlığından istifadə edib, bu kilsələri saxtalaşdırıb, erməni kilsəsi kimi təqdim ediblər. Özlərinə doğmalaşdırıb, bizdən uzaqlaşdırıblar. Amma bu gün Azərbaycanın tarixi həqiqəti bərpa olunub. Bu gün Azərbaycan bu mədəni irsin varisidir”.

  • Binanın özünün konstruksiyası göstərir ki, bura alban məbədidir

Azərbaycanın Alban-Udi xristian icmasının nümayəndələri Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi “Ağoğlan” monastırını da ziyarət ediblər.  Tədbirə Alban-Udi xristian icması ilə yanaşı, Vətən müharibəsində iştirak etmiş udi gəncləri də qatılıb. Alban-Udi xristian icmasının sədr müavini Danakari Rafik Araminin rəhbərliyi ilə “Ağoğlan” məbədində ayin keçirilib, dualar oxunub, şamlar yandırılıb.

Ayindən sonra Danakari Rafik Arami jurnalistlərə açıqlamasında bu günün udi icması üçün müqəddəs gün olduğunu bildirib: “180 ildən sonra ilk dəfə biz “Ağoğlan” məbədinə gədik. Ona görə ki, bu kilsəni bizim ulu babalarımız ziyarət edib. Biz də bu gün həm icma nümayəndələri, həm də Vətən müharibəsində iştirak edən əsgərlərlə bura gəlib ziyarət etdik, dualar oxuduq, mumlar yandırdıq. Allaha şükürlər etdik ki, müharibə bitdi, torpaqlarımız işğaldan azad olundu. Biz Qarabağ müharibəsində şəhid olanlar üçün dualar oxuduq, yaralıların şəfa tapmasını arzuladıq”. İcmanın sədr müavini Azərbaycanın multikultural ölkə olmasını bu gün dünyaya bir daha sübut etdiklərini vurğulayıb. O qeyd edib ki, Azərbaycanda olan bütün məscidlər, kilsələr və sinaqoqlar Azərbaycan xalqının irsidir: ""Ağoğlan" məbədində ermənilərin işğal müddətində etdikləri dəyişiklərə də toxunan sədr müavini monastırın mehrabının təhrif edildiyini diqqətə çatdırıb: “Alban məbədlərində mehrab 3, erməni kilsələrində isə 5-6 pilləkən hündürlüyündə olur. Ermənilər burada dəyişiklik edərək mehrabı daha hündür ediblər. Bundan başqa, xaçdaşları dəyişiblər. Divarlara erməni xaçları çəkiblər. Lakin binanın özünün konstruksiyası göstərir ki, bura alban məbədidir”.

Qeyd edək ki, “Ağoğlan” monastırı (və ya “Sisərnəvəng”) Ağoğlan çayının sahilində, Laçın şəhərinə yaxın ərazidə, Kosalar kəndində yerləşən, V-VI əsrlərə aid bazilikadır. Əfsanəyə görə, monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilib. Xristian inancına görə isə, monastırda Müqəddəs Georginin relikviyası saxlanılıb. Monastırın Azərbaycan dilli ədəbiyyatda istifadə edilən adı - “Ağoğlan” monastırı - abidə yaxınlığından keçən kiçik dağ çayının adı ilə əlaqəlidir.

  • Azərbaycan dövləti yaratdığı yeni reallıqlarla həm də işğal altında olan xristian dininə aid abidələri və ziyarətgahları öz əsl sahiblərinə qaytarıb

Memarlıq doktoru, professor Gülçöhrə Məmmədova öz araşdırmalarında qeyd edir ki, 1613-cü ildə monastırı əhatə edən qala divarları möhkəmləndirilib və tağlı əsas giriş qapısı inşa edilib. Bu haqda məlumatın əks olunduğu kitabə 1989-1992-ci illər arasında - Laçın rayonu Azərbaycanın nəzarətində olduğu müddətdə yoxa çıxıb. Əsas kilsə binası və zəng qülləsi 1779-cu ildə təmir edilib. Bu haqda məlumat verən kilsə kitabəsi isə 1967-ci ildə yoxa çıxıb. Laçın rayonu 28 il işğal altında qaldığı müddətdə isə ermənilər bu monastırı da özününküləşdirməyə çalışıb. Monastırın divarlarında tarixi-dini abidənin guya ermənilərə məxsus olduğunu əks etdirən daş kitabələr yerləşdirilib. Halbuki, kilsənin yerləşdiyi diyar tarix boyu Oğuz və Qıpçaq türklərinin ana yurdu olub. Monastırın tikilmə tarixi də ermənilərin bu iddialarını alt-üst edir. Ermənilər ərazini tərk edəndə isə yenə monastırda quraşdırılan şamdanları və bəzi tarixi materialları yox ediblər. Artıq Azərbaycan dövləti yaratdığı yeni reallıqlarla həm də işğal altında olan xristian dininə aid  abidələri və ziyarətgahları öz əsl sahiblərinə qaytarıb. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda xrisitanlığa aid provaslav və katolik kilsələrinə də ciddi dövlət diqqəti var. İşğal altında olmayan əraziıərimizdə xristian, xüsusilə də Alban-Udi irsinə göstərilən diqqətə nəzər salmaq aydın təsəvvür üçün kifayət edər.

  • Ermənilər o torpaqlarda nəinki İslamla bağlı olan tarixi, mədəni abidələri məhv edib, hətta Alban kilsələrini də dağıdıb

Bir müddət əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuranın üzvləri Qəbələ rayonu Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey adına Cotari Kilsəsini ziyarət edib, Alban-Udi xristian dini icmasının fəaliyyəti ilə yaxından tanış olublar. Görüşdə Alban-Udi xristian dini icmasının sədr müavini Rafiq Danakari və icma üzvləri iştirak edib. Görüş zamanı Alban-Udi xristian dini icmasının sədr müavini Rafiq Danakari Cotari Alban-Udi kilsəsi haqqında danışaraq bildirib ki, kilsə yerli sakinlərin vəsaiti hesabına 1723-cü ildə inşa edilib. Sovet hakimiyyəti illərində fındıq anbarı kimi fəaliyyət göstərmiş kilsədə 2003-cü ildə əsaslı bərpa və yenidənqurma işlərinə başlanılıb, 2006-cı ildə tamamlanaraq dindarların istifadəsinə verilib. Qeyd edib ki, Azərbaycanda 4 minə yaxın alban-udi yaşayır və onlar tarixi Qafqaz Albaniyası dövlətinin və Alban mədəni irsinin varisləridir. R.Danakari dini icmanın maarifçilik işi sahəsində gördüyü işlər, dövlətin dini konfessiyaların fəaliyyətinə göstərdiyi diqqət, yaradılan şərait, eləcə də ölkəmizin bütün dünyaya nümunə sayılacaq multikultural və tolerantlıq ənənələri haqqında danışıb. 

İşğaldan azad olunmuş ərazilərdəki dini məbədlərə qarşı ermənilərin törətdiyi vandallıq aktlarının dünyada misli görünməmiş hal olduğunu qeyd edən R. Danakari vurğulayıb ki, ermənilər o torpaqlarda nəinki İslamla bağlı olan tarixi, mədəni abidələri məhv edib, hətta Alban kilsələrini də dağıdıb, ya da saxtalaşdırıblar.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ