Cümə günü, 02 oktyabr 2026
     

Vətən müharibəsi reportajçısı Fulya Öztürkə bəzi azərbaycanlı həmkarlardan qısqanc münasibətin səbəbləri…

Image


44 günlük Vətən müharibəsinin səsinə çevrilən “CNN türk”ün əməkdaşı Fulya Öztürk haqqında “Azərbaycanfilm”in çəkdiyi “Fulya” filmi ətrafında bəzi adını jurnalist qoyanlar çirkin kampaniya aparırlar.

Çox maraqlıdır ki, F.Öztürk haqqında sənədli filmin çəkilməsinə öz aləmlərində müsbət yanaşmayanlar əsasən şoumenlərdir. Ucuz şoular yaradıb gündəmdə qalan bu adamların ürəkbulandırıcı statusları, açıqlamaları cəmiyyət tərəfindən müsbət qəbul edilmir.

Bu günlərdə aparıcı Turan İbrahimovun “Fulya” filminin çəkilməsini “yersiz” adlandırması sosial şəbəkə istifadəçiləri və KİV-də birmənalı qarşılanmayıb, aparıcı ciddi tənqid atəşinə tutulub: “Bəli, gözəl reportyorluq keyfiyyətləri, üstəlik də yaxşı artistizmi var. Məhz artistizmidir onu xüsusi edən. Və təbii ki, həm də özünəməxsus, xoş xarici görünüşü. Demək istədiyim odur ki, Fulya xanım haqqında çəkiləcək film nədir, nə üçündür, bilmirəm, amma, məncə, yersizdir. Həm də çox yersiz…”.

“Fulya” filminin çəkilməsinin əleyhinə olanlar cəmiyyət tərəfindən ciddi tənqid atəşinə tutulublar.

  • “Film çəkilməsi məsələsi aprel ayında olub, amma görürsünüz ki, məsələni indi qızışdırırlar”

Siyasi şərhçi Azər Həsrət hesab edir ki, bu məsələ ətrafında müzakirə açılmasının özü düzgün deyil. “Ümumiyyətlə, F.Öztürklə bağlı açılan bu müzakirələr Azərbaycan və Azərbaycan ictimai rəyi adına çox böyük ayıbdır. Əlbəttə, cəmiyyətimizin çox böyük əksəriyyəti bu yersiz müzakirələri açanların tərəfində deyil. Böyük əksəriyyət F.Öztürkü 44 günlük müharibə günlərindən və ondan sonrakı günlərdən yaxşı xatırlayır. Fulya bir əfsanəyə çevrilmişdi. Gənc bir xanım bütün cəsarəti ilə müharibənin od-alovu içində idi. Yəni ən operativ, ən doğru xəbərləri, sadəcə, Azərbaycana və Türkiyəyə deyil, bütün dünyaya yayırdı. Əslində, Azərbaycanın informasiya müharibəsini udmasının nəfərlərindən biri də məhz F.Öztürk olub. Yəni, əlbəttə, kiminsə durub onun fəaliyyətinə yanakı baxması doğru deyil. Bəzi jurnalistlərimizin də “mənə imkan yaradılsaydı, onu edərdim, bizə şərait yaradılsaydı, bunu edərdik” deyib çox aşağı və cılız düşüncələr paylaşmasını anlaya bilmirəm. Birincisi, kimin əlləri tutulmuşdu, kimə mane olunurdu ki, informasiya yaymasın? Şəxsən mən Xaçmazın Dədəli kəndində oturub informasiya yayımı ilə məşğul idim, amma Fulya kimi bomba altında işləmirdim. Təbii ki, film çəkilirsə, mənim haqqımda deyil, məhz Fulya haqqında çəkilməlidir. Yəni mənim də xidmətim var, amma müqayisə etmək istəyiriksə, təbii ki, Fulyanın xidməti qat-qat bizdən artıqdır. İkincisi, bəziləri deyirlər ki, bizə şərait yaradılsaydı, biz də yazıb pozardıq. Mən də deyirəm, sizin yazdığınızı maksimum 1000 adam oxuyacaqdı, 1000 nəfər seyr edəcəkdi, lap 100 min nəfər, amma F.Öztürkün yayımladığını 10 milyonlarla insan izləyib. Biri var “CNN türk” üzərindən yayım ola, biri də var hansısa internet televiziyası, hansısa blok, hansısa sosial media hesabı üzərindən”.

A.Həsrətin sözlərinə görə, hətta bəziləri deyirlər ki, bizi dövlətimiz ora buraxmadı gedib orada informasiya məsələsində öz töhfələrimizi verək. A.Həsrət qeyd etdi ki, ora döyüş meydanı idi və oradakı jurnalistlər əsgərlərlə birgə hərəkət etməyiblər. “Fulya da mümkün olan yerlərdə, yəni hamıya necə icazə verilibsə, oralarda çəkiliş aparıb və orada operativliyi, həssasiyyəti ilə seçilib, fərqlənib, siz də seçilib fərqlənəydiniz. Yəni, bilirsiniz, bu olduqca cılız, olduqca aşağı səviyyəli, paxıl insanların Fulyanın qəhrəmanlığına yanaşmasıdır. Hesab edirəm ki, bu təsadüfi deyil, bunun arxasında Rusiyanın, İranın, Ermənistanın xüsusi xidmət orqanları dayanırlar. Yəni onlar bunu məqsədli şəkildə edirlər. Film çəkilməsi məsələsi aprel ayında olub, amma görürsünüz, məsələni indi qızışdırırlar. Nəyə görə? Ona görə ki, Şuşa Bəyannaməsi imzalandı. Ona görə ki, Azərbaycanla Türkiyənin can bir qəlb olması daha çox vacib bir sənədlə möhürlənmiş oldu. Və əleyhdarlarımız, bizə qarşı olanlar bu məqamda Fulya haqqında filmin müzakirəsini bu cür təşkil etməklə ortalığı soyutmaq istəyirlər. Amma çaşıblar, aldanırlar, özlərini aldadırlar. Azərbaycan ictimai rəyi görürsünüz ki, son günlər həmin adamların cavabını necə verir. Yəni biz kimin kim olduğunu, kimin nə ilə məşğul olduğunu çox yaxşı bilirik. Heç bir dəftərdə, kitabda adı olmayanları sosial mediada görürəm, yekə-yekə paylaşımlar edirlər ki, “mən ondan daha çox iş görmüşəm, mən daha güclü jurnalistəm, on illərdir bu işlərlə məşğulam”. Mən Azər Həsrət beynəlxalq səviyyədə jurnalistikanın içində olan və onu izləyən bir adamam, amma yekə-yekə danışanların heç birinin adına qəzetdə, jurnalda, agentlikdə rast gəlmirəm. Siz bu onillərdə harada nə etmisiniz? Niyə biz onu görə bilmirik? F.Öztürkü mən şəxsən tanımıram, heç müharibəyə qədər onu tanımırdım da, lakin görürsünüz ki, bir anın içində parıldadı, diqqətimizi çəkdi, biz onu gördük. Bu o demək deyil ki, başqalarını görmədik, başqalarını da gördük. Amma o çox seçildi. Üstəlik də bu film, elan ediliyi kimi, Fulya haqqında deyil, bu film ermənilərin Qarabağda törətdikləri haqdadır, sadəcə olaraq, bu jurnalist bir obraz olaraq, o günləri yaşamış bir şəxs olaraq filmdə rol alıb. Yəni bir hadisə şahidi kimi. İndi o hadisələrdə o şahidlik edir. Bunun yayımları, bunun paylaşımları diqqəti cəlb edib. Onun televiziya ekranından verdiyi canlı yayımları dünya görüb. Özü də “CNN türk”dən. “CNN” dünyanın hər tərəfində izlənilən bir kanaldır. “CNN türk” də həmin o “CNN”in bir filialıdır. Yəni bu, qlobal bir səviyyədə bizm üçün informasiya yayıb, siz hansısa “it dəftərində adı olmayan” bir qəzetin müxbirisiniz, düşübsünüz ortalığa ki, “mənim də xidmətlərim varmış”. Sənin xidmətlərin hara, “CNN türk”ün xidmətləri hara? Yəni adamlar çox cılız yanaşırlar” - deyə A.Həsrət qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ