İyunun 20-də keçirilmiş parlament seçkisində Ermənistan seçicilərinin böyük üstünlüklə hazırkı baş nazir Paşinyana səs verməsi və revanşistlərin ən qatı başçısı Köçəryanın xeyli geridə qalması o deməkdir ki, erməni cəmiyyəti 44 günlük müharibənin nəticələrini həzm edir və Azərbaycanla bu vəziyyətdə yeni müharibə istəmir.
Baki-xeber.com xəbər verir ki, bunu “Bakı-Xəbər” qəzeti və eyni adlı saytın baş redaktoru, politoloq Aydın Quliyev Facebook səhifəsində yazıb.
Politoloq bildirir ki, Paşinyan öz siyasi rəqiblərini və müharibə tərəfdarlarını daha da əzmək üçün yaxşı fürsət əldə etdi.