Gürcüstanın XİN başçısı: “Azərbaycanla Ermənistan arasında vasitəçilik rolumuzu artıra bilərik”

img

“Qonşularımız Azərbaycan və Ermənistan arasında vəziyyətin deeskalasiyası üçün Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə mühüm addımlar atılıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Antalya Diplomatiya Forumuna qatılan Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu planda Gürcüstanın rolunu və əhəmiyyətini artırmaq üçün imkanlar var.

XİN başçısı forumda çıxışında Cənubi Qafqazdakı son vəziyyət, Gürcüstanın apardığı sülh siyasəti və təhlükəsizlik məsələlərinə diqqət çəkəcəyini qeyd edib.

Son xəbərlər