Peskov: "Rusiya Qarabağla bağlı Azərbaycan, Türkiyə və Ermənistanla sıx təmasdadır"

img

Rusiya Qarabağda vəziyyətin sabitləşməsi ilə bağlı Azərbaycan, Türkiyə və Ermənistanla sıx təmasdadır.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, bu məsələ ilə bağlı atılan bütün addımlar Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə, infrastrukturun, nəqliyyat logistikasının inkişafına gətirib çıxarmalıdır:

"Eyni zamanda bu addımlar gərginliyin artımına xidmət edəcək heç bir elementə yol açmamalıdır".

Son xəbərlər