Cümə günü, 02 oktyabr 2026
     

Ermənistanda 21 iyun qırğınına hazırlıqlar başladı, tərəfdarları Köçəryana Paşinyanın çəkicinə qarşı oraq hədiyyə etdi...

Image


Bu bazar Ermənistanda keçiriləcək parlament seçkiləri sözügedən ölkənin gələcəyinin müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edəcək. Amma o da artıq birmənalı həqiqətdir ki, seçkidən sonra ölkədə ciddi qarşıdurma ehtimalı, hətta vətəndaş müharibəsinin olması belə istisna deyil. Çünki qalib gələn siyasi qüvvə güc yolu ilə rəqibini əzməkdə israrlıdır.

Ermənistanın baş naziri əvəzi Nikol Paşinyan bu fonda bildirir ki, 1 mart 2008-ci ildəki hadisələr Ermənistandakı parlament seçkisindən sonra təkrarlanmayacaq: “Bu ssenari istisna edilir. Bir neçə səbəbi var. Əvvəla, 2008-ci il prezident seçkisi saxtalaşdırılmışdı. İndi nəticələrə təsir ola bilməz. Vətəndaşların mövqeyi səsvermənin nəticəsində əks olunacaq”. O, həmçinin, seçkidə 60% səs toplayaraq qalib gələcəyini deyib. Amma maraqlıdır ki, Ermənistanda səsvermə günü yaxınlaşdıqca seçkiqabağı proseslərlə bağlı bir sıra qanunsuz əməllər həyata keçirilir və opponentlər bir-birinin qanunazidd proseslərdə iştirakını böyük həvəslə ifşa edirlər. Elə  bu günlərdə Ermənistan ictimaiyyəti seçki ilə bağlı daha bir biabırçı hadisənin şahidi olub. Belə ki, Xankəndi və ətraf yaşayış məntəqələrdə məskunlaşan ermənilər arasında namizədlər lehinə təbliğat aparmaq məqsədilə operativ qrupların yaradıldığı məlum olub. Bildirilir ki, yaradılan hər iki qrupa rəhbərlik edənlər Daxili İşlər Nazirliyinin ştatda olan əməkdaşlarıdır. Robert Köçəryanın xeyrinə təbliğat aparan qrupa rəhbərlik edənlər A.Kzoyan və R.Dərmirçiyan soyadlı polis əməkdaşlarıdır. Paşinyanın seçki kampaniyasına isə polis əməkdaşları Narek Mişyan və Styopa Azoyan başçılıq edir. Seçiciləri cəlb etmək üçün sakinlərə 15 mindən – 250 min dramadək pul təklif olunur. Artıq hər iki qrup arasında qarşıdurmalar baş verdiyi də ortaya çıxıb. Hətta vəziyyət o həddə çatıb ki, həddən çox canfəşanlıq edən və yüksək “operativlik” nümayiş etdirən qrupun bir üzvünü sakit durması üçün silahla hədələyiblər. Tərəflərin bir-birini qarşılıqlı şəkildə ifşa etməsi nəticəsində seçicilər üçün ayrılan külli miqdarda vəsaitin müəmmalı şəkildə yoxa çıxdığı da məlum olub. Bundan başqa, Paşinyanın inzibati resurslardan faydalanmasına dair də məlumatlar artır. Belə ki, İrəvanın Respublika meydanında "Vətəndaş müqaviləsi" Partiyasının başçılıq etdiyi Nikol Paşinyanın seçkiqabağı mitinqi keçirilib .Qeyd edilir ki, hakimiyyət orqanları müəssisələrinin əksəriyyətinin işçilərini mitinqə gəlməyə məcbur ediblər. Bununla da dövlət orqanları inzibati resurslardan maksimum istifadə edib. Eyni zamanda, aksiyaya xeyli sayda mülki geyimli polis əməkdaşı cəlb olunub. Media Paşinyanın öz təhlükəsizliyi üçün hətta snayperlərdən də istifadə etdiyini vurğulayıb. Burada da Paşinyan rəqöblərini yenə çəkiclə hədələyib. Bu fonda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Paşinyanın parlament seçkisi öncəsi siyasi opponentlərinə çəkic göstərməsini pisləyib. Sarkisyan rəhbərlik etdiyi blokun istənilən zorakılığa sərt müqavimət göstərəcəyini bildirib. Bundan əvvəl Sarkisyan Ermənistanın şimalındakı Vanadzor şəhərində apardığı seçki kampaniyasında Paşinyanı hakimiyyətdə qalmaq naminə vətəndaş müharibəsi başlatmağa hazır olmaqda ittiham etmişdi.

Nikol Paşinyan isə son günlərdə keçirdiyi mitinqlərdə əlindəki çəkici yelləməklə çıxış edir. Belə ki, Paşinyan bir neçə gün əvvəl tərəfdarlarından birinin ona verdiyi çəkiclə dolaşaraq, seçkilərdə qalib gələndən sonra müxaliflərin başını çəkiclə əzməklə hədələyir. Bundan əvvəl isə o, rəqiblərini asfaltda sürüməklə qorxutmağa çalışırdı. O bəyan edir ki, çəkic hakimiyyətin əldə edəcəyi “polad mandatı” simvolizə edir: “Seçkidən dərhal sonra sizin üçün gələcəyik. Sonra deməyin ki, sizə xəbərdarlıq etməyiblər”.  Sarkisyan Vanadzorda keçirdiyi mitinqdə buna cavab olaraq deyib: “Onun əlində nə olduğunu görürsünüz, eləmi? Məncə o istəyir ki, kimsə bu çəkici onun əlindən alıb başına vursun. Bəlkə ondan sonra bunun nə olduğunu başa düşər”. Keçmiş prezident bildirib ki, onun komandası Paşinyanın hədələrindən qorxmur: “Mən görüşlərimdən birində demişdim ki, biz onun “polad inqilabına” daha bərk metaldan hazırlanmış qalxanla cavab verməli, o biri əlimizdə isə bizə çəkiclə yaxınlaşanların başına vurmaq üçün dəyənək saxlamalıyıq. Başqa yol yoxdur. Nə edə bilərik ki...”. Paşinyanın rəqiblərini əlində çəkic yelləyib hədələdiyi bir vaxtda keçmiş prezident Robert Köçəryanın Vardenisdə seçicilərlə görüşü zamanı iştirakçılardan biri ona oraq hədiyyə edib. Həmin şəxs bildirib ki, oraq və çəkic haqda hamıya məlumdur. Çəkic sındırmaq, vurub dağıtmaq alətidir, oraq isə kənd təsərrüfatı alətidir:  “Mən çəkicə qarşı oraq gətirmişəm. Onu sizə bağışlayıram ki, kənd təsərrüfatını bərpa edəsiniz, siyasi alaq otlarını biçəsiniz”. Köçəryan orağı götürüb, etiraf edib ki, aləti görəndə əvvəlcə qorxub. “Onu təyinatı üzrə istifadə etməyə söz verirəm”. Bundan əvvəl Köçəryan demişdi ki, Paşinyanın çəkicinə cavab olaraq əlinə hansısa alət almağa hazırlaşmır, çünki onun yumruğu çəkic kimi möhkəmdir. Məhz bu vəziyyətdə postseçki dövründə qarşıdurmalar istisna olunmur. Görünür, elə bu səbəbdəndir ki, ABŞ-ın Ermənistandakı səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarını qarşıdakı 2 həftə ərzində ehtiyatlı olmağa, ayıq-sayıqlıq nümayiş etdirməyə çağırıb. Səfirliyin xəbərdarlığında deyilir ki, Ermənistandakı ABŞ vətəndaşları qarşıdakı 2 həftə ərzində ehtiyatlı olmalı, insanların toplaşdığı yerlərdən uzaq durmalı və yaxınları ilə əlaqəni kəsməməlidir. Bu xəbərdarlıq iyunun 20-də keçiriləcək parlament seçkiləri ilə bağlıdır və səfirlik seçkisonrası iğtişaşları istisna etmir. Bundan əvvəl Ermənistanda seçkisonrakı toqquşmalar barədə keçmiş prezidentlər Robert Köçəryan və Levon Ter-Petrosyan da xəbərdarlıq edib. Seçki kampaniyası zamanı Nikol Paşinyan və onun əsas rəqibləri arasında çox sərt ritorika hökm sürməkdədir, tərəflər bir-birinə divan tutmaqla hədələyir.

Nahid SALAYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ