Zaxarova: “Rusiya XİN mina xəritələrinin təhvil verilməsi probleminin həllini vacib hesab edir”

img

Biz Bakı ilə Yerevan, Yerevanla Ankara arasında dialoqun normallaşmasına yönəlmiş addımları dəstəkləyirik. Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Cənubi Qafqazda qarşılıqlı fəaliyyət mehriban qonşuluq prinsipləri əsasında və region ölkələrinin maraqlarının balansı nəzərə alınmaqla həyata keçirilməlidir: "Biz Qarabağla bağlı məsələləri Azərbaycanın və ya Ermənistanın üçüncü ölkələrlə ikitərəfli münasibətlərlə qarışdırmağı düzgün hesab etmirik. Biz son Azərbaycan-Türkiyə təmaslarını məhz bu baxımdan nəzərdən keçiririk. Hesab edirik ki, regionda bütün ikitərəfli münasibətlər, o cümlədən hərbi əlaqələr digər dövlətlərə qarşı yönəlməməlidir".

“Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın azad edilmiş ərazilərinin minalanmış sahələrinin xəritələrinin təhvil verilməsi probleminin həllini vacib hesab edir” – deyən M.Zaxarova bildirib ki, Rusiya humanitar problemləri, xüsusilə də minalardan təmizlənmə və mina xəritələrinin verilməsi problemini həll etməyi zəruri hesab edir.

XİN sözçüsü deyib ki, Rusiya son həftələrdə Ermənistanla Azərbaycanın sərhədində gərginliyin azaldığnı müşahidə edir. O bildirib ki, Rusiya gərginliyin azaldılmasına yönəlmiş fəal vasitəçilik səylərini göstərməyi davam etdirir: "Bakı ilə Yerevam arasında xarici işlər, müdafiə nazirlikləri, sərhəd xidmətləri xətti ilə sıx koordinasiya qurulub. Dayanıqlı və uzunmüddətli həll yolu qismində biz iki ölkə arasında sərhədin delimitasiyası üzrə işin başlamasını görürük. Biz bu prosesə ən fəal kömək göstərməyə hazır olduğumuzu təsdiq edirik".

Son xəbərlər