Çar Rusiyasının Cənubi Qafqazda yürütdüyü müstəmləkəçilik və işğalçılıq siyasətinin xüsusi qəddarlıqla həyata keçirildiyi XIX əsrin I yarısında yürüdülən siyasi-hərbi əməliyyatlarla mürtəce hay kilsəsinin Müsəlman-Türk dünyasına qarşı əski barışmazlığı eyni mahiyyət daşıdığından, bu bölgədə vahid cəbhənin yaradılması, möhkəmləndirilməsi, gücləndirilməsi hər iki tərəf üçün başlıca məqsəd olub. Hay sürüsü tərəfinin “danışmanı” kimi, bütün dövrlərdə olduğu kimi, dindənkənar fəaliyyət göstərən hay kilsəsi çıxış edib. Hər iki tərəfin bu mürtəse siyasəti əsasən XVI-XVIII əsrlərdə formalaşıb.
Tarixi mənbələrdə Roma, Bizans, Fars və Ərəb imperiyalarının ərazilərində məskunlaşmış ibtidai insan-hay sürüsünə qarşı dövlət səviyyəsində edilən təzyiqlər, onların Balkan yarımadasından, Aralıq dənizinin ada və yarımadalarından, İran dağlıq yaylasından, İkiçayarası hövzəsindən xislətləri (əsasən xəyanətkarlıqları, şeytangirlikləri, satqınlıqları) ucbatından başqa ərazilərə köçürülməsi barədə antik dövr tarixçilərinin, salnaməçilərinin (yunan tarixçisi Appian (90-175-ci illər) “Roma tarixi”nin XII kitabı “Mitridadla müharibə”; Roma ictimai xadimi Plutarx (46-127) “Roma məsələsi”, “Yunan məsələsi”, “Lukkulun həyatı”; Roma salnaməçisi Eliya Lampridiya (e.ə. III əsr); Roma tarixçisi və ictimai xadim Flavi Evtropi (310-370) “Roma tarixi”; yunan tarixçisi və yazıçısı Ksenofont (e.ə.430-354) “Kirin hərbi yürüşü”,”Yunan tarixi”...), eləcə də XX əsr yazarlarının (alman tarixçisi, Berlin Universitetinin professoru İ.Q.Droyzen (1808-1884) “Ellinizm tarixi”, II cild, 1836-1843; rus şairi və tarixçisi V.Y. Bryusov (1873-1924) “Erməni xalqının salnaməsi”, İrəvan ş.,1940...) məlumatları kifayət qədərdir.
Amma nədənsə, hay kilsəsi və hay sürüsü Türk dünyasına qarşı düşmənçilikdə (baxmayaraq ki, Türk milləti onların dönüklüyünə rəğmən onlara qarşı həmişə mərhəmətli olub) israrlıdır. Səbəb?
Əzəli torpaqlarının və dövlətçiliyinin olmaması, saxta tarixi uyarlığa inanmaları, birləşmiş düşmən qüvvələri tərəfindən şirnikləndirici vədlərə alışmaları, ilk anlamda həmişə Türklərə nisbətən güclü düşmən cəbhəsində yer almaları, təbi-coğrafi şəraitinin və təbii ehtiyatlarının zənginliyi ilə fərqlənən regionda məhz Müsəlman-Türk xalqlarının özgürlüyü...onları Türk dünyasının əzəli və əbədi düşmənçiliyinə yuvarlayıb, çıxılmaz bataqlığa salıb, sağalmaz xəstəliyə düçar edib.
Dünya dövlətləri sırasında “erməni”lərdən Türk dünyasına və xalqlarına qarşı, eləcə də ictimai-iqtisadi, hərbi-siyasi sahələr üzrə ən çox yararlanan isə XV əsrdən sonra Rusiya dövləti olub, indi də davam etməkdədir.
XVI-XVII əsrlərdə Avropa dövlətlərinin feodal dağınıqlığı və bir-birilə arasıkəsilməz cəngavər müharibələrin davam etməsi hay kilsəsinin üzünü yeni təşəkkül tapmış çar Rusiyasına yönəltdi. Bu dövlətin Volqaboyu, Don çayı hövzəsi, Şimali Qafqaz və Xəzər dənizi ərazilərinə hərbi-işğalçılıq yürüşlərindən xəbər tutan hay kilsəsi ona öz yardımını (kəşfiyyat, cəsusluq, qarşı tərəfə xəyanət, satqınlıq, qədim peşədən istifadə...) təklif etməklə, əvəzində həmin ərazilərdə “erməni” dövləti yaratmaq istəklərini həyata keçirməkdə kömək üçün Moskva, Sankt-Peterburq, Novqorod, Qazan, Samara, Hacı Tərxan... şəhərləri ilə şərti olaraq iqtisadi-ticarət əlaqələrini gücləndirdilər.
Yüksək səviyyədə qarşılıqlı əlaqələr hay kilsəsinin himayəsi ilə İsfahan-Culfa ticarət mərkəzi (əslində hay sürüsü) ilə çar Rusiyasının xarici siyasətinə məsul olan qurumları arasında yaranmışdı (1629-1719-cu illərdə).
Bu baxımdan belə təşəbbüslərin təşəkkülündə XVII əsrin 60-70-ci illərində Rusiya xarici siyasətini formalaşdıran və mərkəzi dövlət qurumu olmuş, 1549-1720-ci illərdə fəaliyyət göstərmiş Səfirlik İdarəsinin rəisi A.L.Ordin-Naşokinin (1605-1680) böyük əməyi olub. Çar ailəsinə yaxınlığı ilə fərqlənən bu şəxsin sayəsində 1660-cı ildə hay sürüsünün üzvü, Səfəvi hökmdarı II Şah Abbasın (1632-1666) ticarət elçisi Zaxar Saltanyan sarayın İsfahan-Culfa sənətkarları tərəfindən işlənmiş “Almaz, qiymətli daş-qaşlarla bəzədilmiş taxt-tac”nı çar Aleksey Mixailoviç Romanova (1629-1676) “hay kilsəsinin hədiyyəsi” adı ilə bağışlayıb. Mərasimdə hədiyyə edilən digər qiymətli - ortası miniatür rəsmlə, qravürlə işlənmiş naxışlı mis qab (Qərbi Avropa rəssamlarının əl nümunəsi və “Sirli gecə” adlanan) hökmdarın diqqətini cəlb etdiyindən, əsər müəllifi ilə maraqlanır, onu görmək istəyir. Hay xisləti anındaca imdada yetir, Z.Saltanyan əsl “erməni” hiyləgərliyi ilə əyilir:
- Əlahəzrət, sənətkarın özü olmasa da, şagirdini hüzurunuza gətirməyə söz verirəm.
İsfahan şəhərinə qayıdan Z.Saltanyan Yeni Culfa kəndindəki qardaşı Arstavatsatur Saltanyanı (1630-1703) 5 il İsfahanın məşhur miniatür məktəbində rəssam kimi yetişdirir və 1666-cı ildə çarın hüzuruna aparır.
Moskva şəhərində Silah palatasının ustası olmaqla yanaşı, A.Saltanyan çar ailəsinin saray rəssamı kimi məşhurlaşır, şahzadə I Pyotrun (1672-1725) “atabəyi”, 1686-cı ildə isə Silah palatasının baş ustası olur. 1674-cü ildə pravoslavlığı qəbul edən bu “erməni” çar Rusiyasında kilsə rəsmlərinin işlənilməsinə hüquq qazandıqdan sonra Rusiya ərazisində “kilsə təsviri-rəsmləri”ndə “erməni” cizgilərinə rast gəlinməsi adi hal olur.
Rusiyanın hakim təbəqəsi ilə münasibətlərin qurulması istiqamətində II Şah Abbasın vəfatından sonra İran-Azərbaycan imperiyasının hay mənşəli elçiləri (Səfəvi hökmdarı Şah Süleymanın (1647-1694) dövründə) Stepan Ramadamski (Saqradyan) və Qriqor Lusikov (Lusikyants) başda olmaqla, 1666-1674-cü illərdə Təbriz, İsfahan, Culfa xalça və ipək ustalarının “erməni” adı altında Rusiyada fəaliyyəti və 1710-cu ildə Şimali Qafqazda (Terek çayı hövzəsində) İpəkçilik müəssisəsinin inşası, hay-rus ticarət əlaqələrinə dövlət səviyyəsində yanaşılmaya dair hesabat (1672-ci ildə A.S.Kirillov, V.Q.Şorin və V.Yuryev tərəfindən hazırlanmış) bu əlaqələr çar Rusiyasının Müsəlman-Türk dünyasına qarşı XVII-XVIII əsr siyasətinin mahiyyəti barədə ətraflı təəssürat yaradır.
Hay kilsəsinin xahişi - uzunmüddətli siyasi-hərbi təxribatlara dair qarşılıqlı razılaşmanın əldə olunması müzakirə edildi, nəticədə bağlanan müqaviləyə əsasən Q.Lusikov ingilis “Breyn şirkəti”nin agenti kimi Həştərxandan Arxangelsk şəhərlərinədək, eləcə də xarici ölkələrdə (Qərbi Avropada, Yaxın və Orta Şərqdə) sərbəst ticarət əlaqələrini yaratmağa müvəkkil seçildi. Hay tacirləri adı altında rus xəfiyyəsinə və kəşfiyyatına xidmət edən bu cəsusların imkanı genişləndikcə ayrı-ayrı dövlətlərə məxsus məxfi siyasi-hərbi sirlərin ələ keçirilməsi təçəkkül tapmaqda olan Rusiya imperiyası üçün xüsusilə zəruri idi.
Ona görə də çar Rusiyasının Valaxiyada, Moldaviyada, Balkan yarımadasında hərbi əməliyyatların keçirilməsində hay kilsəsinin təkliflərindən istifadə olunması bu dövlətin maraqlarına uyğun idi. İlk növbədə siyasi-hərbi maraqlar uzlaşdığından, həmin dövrlərdə hay kilsəsi ilə əlaqələr Rusiya xarici siyasətinin diqqət mərkəzində olub, getdikcə daha da gücləndirilib.
XVII əsrin II yarısında Hollandiyanın ticarət nümayəndəsi Fan-Klenk Rusiya ərazisindən keçməklə İran-Azərbaycan dövlətləri ilə ipək xammalının daşınması ilə bağlı ticarət əlaqələrini yaratmaq istəyilə Səfirlik İdarəsinə müraciət etsə də, icazə ala bilmir, çünki bu, Hind okeanı hövzəsində hay tacirlərinin imkanlarını məhdudlaşdıra bilərdi. Tərəflər arasında münasibətlərin inkişafı hay kilsəsinə birbaşa Rusiya başçısına müraciət etməyə imkan verir, hay xislətinə rəğmən fürsəti fövtə verməyən Ü(i)çmüəzzin katolikosu Akop Cuqaetsi və Gəncəsər məbədinin keşişi Petros çar Aleksey Mixailoviçə ünvanladıqları casusnamədə Cənubi Qafqazda gələcək təbəə kimi “erməni”lərin Osmanlı Türkiyəsi və İran-Azərbaycan zülmündən qurtarmaq üçün görüləcək bütün tədbirlərə rəğmən hərtərəfli köməklik təklif olunub.
1673-cü ildə Səfirlik İdarəsinin yeni rəhbəri Artamon Sergeyeviç Matveyev (1625-1682) hay kilsəsi ilə guya ticarət əlaqələrinin daha da genişləndirilməsini və hay tacirlərinə güzəştli əlavə iqtisadi-ticari hüquqların verilməsini nəzərdə tutan 2-ci müqaviləni imzalayır. Bu səfir Osmanlı Türkiyəsinə qarşı xəfiyyə-casusluq işlərinin təşkili sahəsində müəyyən bilgiyə, məlumata malik idi. Belə ki, onun atası S.İ.Matveyev 1634-1935-ci illərdə İstanbul şəhərində (səfir Q.İ.Korobin ilə birgə), 1645-ildə Təbriz-Tehran şəhərlərində “yerli yoldaşlarla” sıx təmasda olub. Həmin “məktəb”in nəticəsi idi ki, A.Matveyev 1673-cü ildə Osmanlı Türkiyəsinə qarşı müharibədə Polşaya dəstək ruhunda müqavilə bağlanması şərti ilə Polşa, İsveç, Avstriya səfirləri ilə danışıqlar aparıb. Məhz buna görə də, çar Rusiyasının Qara-Xəzər dənizləri hövzəsində, Cənubi Qafqazda Osmanlı Türkiyəsinə və İran-Azərbaycan imperiyasına qarşı siyasi-hərbi əməliyyatlarına hay kilsəsinin təklifləri əsasında düzəlişlərin edilməsi, həyata keçirilməsi qəbuledilən idi.
Hay kilsəsi Osmanlı Türkiyəsi ərazisində məskunlaşmış çoxminli hay sürüsünün səyi ilə bu dövlətə qarşı təxribat, dağıdıcılıq fəaliyyətinə üstünlük verirdisə, İran-Azərbaycan imreriyasında isə dövlət quruculuğu, hərbi-siyasi sirrlərin çar Rusiyasına çatdılrılmasını təmin edirdi.
Göründüyü kimi, artıq XVII əsrdən etibarən hay sürüsü Anadolu-Qafqaz regionunda, Qara, Xəzər və Aralıq dənizi hövzəsində iki güclü dövlətə qarşı çar Rusiyasının xeyrinə pozuculuq-təxribat fəaliyyəti göstərməklə daha güclünün yanında yer almağı hədəfləyirdi.
Osmanlı Türkiyəsinin zəiflədilməsi həm də Avropa dövlətlərinin maraqlarına uyğun gəldiyindən, yeni hay himayədarları onlarla ittifaqa həvəsli olub, eləcə də hay kilsəsi tərəfindən verilən vədlər inandırıcı olduğundan, çar Rusiyası Osmanlı Türkiyəsi ilə “qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq, mehriban qonşuluq siyasəti yürütməyi” ehtiva edən 1681-ci il Baxçasaray müqaviləsindən çıxaraq, 1684-cü ildə Osmanlı Türkiyəsinə qarşı yaranan “Müqəddəslər İttifaqı”na (Avstriya, Venetsiya, Polşa) qoşulub.
XVII-XVIII əsrlərdə hay kilsəsinin qarşısında duran əsas məsələlərdən biri Avropa dövlətləri və çar Rusiyası ilə siyasi-hərbi əlaqələrinin qurulmasında iştirak edən nümayəndələrin seçilməsi və hazırlanması idi, həmin dövrdə bu sahədə fərqlənən hay sürüsünün bir üzvü İsrail Ori (1658-1711) idi.
Qafqaz və Cənubi Qafqaz bölgəsində “erməni” amilinin əhəmiyyəti və zəruriliyi çar Rusiyasının siyasi-dövlət maraqlarına uyğunluğu XVII əsrin sonu, XVIII əsrin I yarısında daha da artmış, nəticədə hakim qüvvələrin əsas diqqət mərkəzinə çevrilmişdi, xüsusilə imperiya dövlətçiliyinin yaranmasında mühüm rol oynamış I Pyotr Alekseyeviçin hakimiyyəti illərində və sonrakı mərhələdə. Belə ki, ümumrusiya hakimi I Pyotrun hay kilsəsi ilə sıx bağlılığı olub, Rusiya hüdudlarından kənarda həyata keçirilməsi nəzərdə (Müsəlman-Türk xalqlarına qarşı) tutulan mürtəce, dini, irqi ayrıseçkiliyə əsaslanan, qanlı siyasi-hərbi əməliyyatların keçirilməsi üçün məsləhətləşmələr aparılıb, bu sahədə hay kilsəsi qarşısında duran vəzifələr müəyyən edilib.
Rusiya Federasiyasının Dövət Hərbi-Tarix Arxivində, Sankt-Peterburq şəhərindəki Rusiya Dövlət Tarix Arxivində saxlanılan İmperator Dəftərxanasının çar I Aleksandrın hakimiyyəti illərinə aid (1801-1825) Fərmanları sırasında 1808-ci ilə aid Əlahəzrətin imzaladığı Fərmanda yazılıb ki, İmperiya Ordusunun Osmanlı Türkiyəsinin hüdudlarından ərazi dərinliklərinə doğru irəliləməsinin təmin edilməsində rus ordusuna kəşfiyyat xidməti göstərdiyinə görə “erməni” əhalisinin “müsəlman zülmündən” qurtulması naminə rus ordusuna dövri olaraq “erməni” kilsəsinin müraciətlərini yaydığı üçün katolikos I Daniyel I dərəcəli Müqəddəs Anna Ordeni ilə təltif edilib.
Sözdə İlahi haqqın, ədalətin, mərhəmətin, insanlar arsında xeyirli əməllərin carçısı kimi qələmə verilən Erməni Apostol Kilsəsinin əsl həqiqətdə mahiyyəti, məşğul olduğu fəaliyyət sahəsi daha aydın görünür. Əslində, bu ibtidai insan sürüsünün yarandığı gündən indiyə qədər irsi-genetik baxımdan dəyişməz qalan etno-morfoloji və bioloji dəyişilməzliyinə dair yüzlərlə təsdiqləyici sübutdan biridir bu tarixi sənəd.
Hay kilsəsinin bütün dövrlərdə mürəce fəaliyyətinin əsas istiqamətlərindən biri məhz Müsəlman-Türk dövlətlərinin siyasi-hərbi gücünün zəiflədilməsinə və əhalisinin qətliamına-soyqırımına yönəlik məqsədlərə rəvac vermək, bu siyasətin həyata keçirilməsinə kömək etməkdən ibarət olub və davam etməkdədir.
Çar Rusiyasının Cənubi Qafqazda Osmanlı Türkiyəsi və Azərbaycan ərazilərində yürütdüyü işğalçılıq müharibələrində də hay kilsəsi bu siyasətə güc verib. Bu məqsədlə I Pyotr zamanında Cənubi Qafqaza və Xəzərsahili bölgələrə edilən hərbi yürüşlərdə hay kilsəsinin kəşfiyyat materiallarından da geniş istifadə edilib.
Bu barədə növbəti yazılarda...
Qismət YUNUSOĞLU Bakı Dövlət Universitetinin müəllimi