Bazar günü günü, 04 oktyabr 2026
     

"AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün torpaqlarımızı hərraca çıxarmışdı" - Vüqar Rəhimzadə

Image


“Bu gün yaşlı və orta nəslin nümayəndələri bədnam AXC-Müsavat cütlüyü hakimiyyətinin ölkəni bərbad vəziyyətə saldığını yaxşı xatırlayırlar. Bu, orduda daha acınacaqlı hal almışdı. Ordunun maddi-texniki təminatı, hərbi arsenalı yox dərəcəsində idi. Silahlı Qüvvələrin döyüş ruhunu saxlamaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi.

Ön cəbhədə döyüşlərin getdiyi bir  vaxtda  arxa cəbhədə vəzifə davası aparılır, siyasi qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Ordunun daxilindəki müxtəlif silahlı birləşmələr də ayrı-ayrı siyasi və maraq qruplarının tabeliyində idilər. Paytaxtda vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmaq üçün həmin silahlı birləşmələri ön cəbhədən – döyüş bölgəsindən geri çəkərək Bakıya gətirir, onlardan siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər. Silahlı birləşləmələr AXC-Müsavat mənfur cütlüyünün Bakıda vəzifə davasında iştirak etdiyi  həmin dövrdə ön cəbhə müdafiəsiz qalmışdı. Məhz bu hərc-mərcliyin, özbaşınalığın, anarxiyanın nəticəsində erməni quldurları Azərbaycanın son dərəcə strateji əhəmiyyətli  Şuşa və Laçın rayonlarını işğal etməyə nail oldular.

Heç də təsadüfi deyildir ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri çərçivəsində Laçın rayonunun Güləbird kəndindəki çıxışında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan bir daha diqqəti Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən Şuşa və Laçın rayonlarının hansı şəraitdə işğal altına düşməsinə yönəltdi. Laçının Azərbaycanın Şuşadan sonra işğala məruz qalmış ikinci rayonu olduğunu xatırladan möhtərəm Prezidentimiz bildirdi ki, bu rayonun işğal edilməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Laçının işğalını Azərbaycanın strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyəti kimi dəyərləndirən Müzəffər Ali Baş Komandan xalqımızın bu faciənin baş verməsində milli satqınların xain əməllərini heç zaman unutmamalı olduğunu təkzibolunmaz tarixi faktlar və dəlillərlə diqqətə çatdırdı: “Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb.”  

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, cəbhədə döyüşlərin getdiyi vaxt İsgəndər Həmidovun, Rəhim Qazıyevin və digər başabəla “lider”lərin silahlı dəstələrinin Bakı küçələrində avtomatlarla gəzdiyini, insanlara divan tutduğunu, vəzifə bölgüsündə daha çox pay qoparmaq üçün paytaxtı hərbi poliqona çevirdiklərini heç cür, heç vaxt unutmaq olmaz: “Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan xalqı bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır. Bu gün həmin satqınlardan, xainlərdən, biri - dil pəhləvanı olan qaragüruhçu Əli Kərimlinin  bütün pafoslu çıxışları yalan və böhtan üzərində qurulur. Onun moizələrinə qulaq asan və 1992-1993-cü illərdən xəbərsiz olan insana elə gələ bilər ki, həmin dövr ölkəmizdə ən uğurlu və xoşbəxt illər olub. Guya ölkədə bütün sahələrdə inkişaf, güclü iqtisadiyyat, yüksək rifah və s. təmin olunubmuş. Belədə istər-istəməz sual olunur: Əgər belə idisə niyə AXC-Müsavat qaragüruhunun hakimiyyəti cəmi 1 il davam gətirə bildi? Niyə Qarabağ erməni quldurlarından təmizlənmədi, siyasi-iqtisadi islahatlar aparılmadı, ölkədə vətəndaş müharibəsi və separatizm meyilləri tüğyan etməyə başladı? Əslində isə bu gün həmin 1 il ərzində AXC-Müsavat xəyanətkar cütlüyünün ölkəni necə çıxılmaz vəziyyətə saldığı hər kəsə məlumdur. Heç kəsə sirr deyil ki, Sovet İttifaqının süqutundan əvvəl və sonrakı il yarım ərzində Azərbaycanda tüğyan edən hərc-mərclik ərazilərimizin bir hissəsini erməni işğalı ilə üz-üzə qoymuş, digər hissəsində isə bu işğal yerli məmur özbaşınalığı ilə əvəzlənmişdi ki, nəticədə xaos, anarxiya yaranmış, ölkə hərtərəfli böhrana sürüklənmişdi. Belə bir şəraitdə hakimiyyəti əldə saxlamaq, eyni zamanda, Azərbaycana rəhbərlik etmək uğrunda mübarizə aparan diletant siyasətçilər ölkəni düşmənə peşkəş etməyə hazır olmaqla kifayətlənmir, əllərində olan bütün imkanlardan, o cümlədən qanunsuz silahlı birləşmələrdən maksimum səviyyədə yararlanmaqla dövlət mülkiyyətini talayırdılar. Bu cür dağıdıcı siyasət bədnam AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə daha da dərinləşmiş, Azərbaycan iqtisadiyyatı defolt həddinə çatmışdı.”

Baş redaktor diqqətə çatdırıb ki, AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün Azərbaycan torpaqlarını hərraca çıxarmışdı: “Həmin dövrdə nə ordudan, nə də hərbi uğurlardan danışmaq mümkün deyildi. Ölkədə ordu əvəzinə çoxsaylı silahlı qruplaşmalar mövcud idi. Vəzifə davası aparan hər kəs bir batalyon saxlayırdı. Təbii ki, belə  bir vəziyyətdə ön cəbhədə hər hansı uğur qazanmaqdan söhbət gedə bilməzdi. Həmin dövrdə orduda vahid komandanlığın olmamasından istifadə edən  erməni hərbi birləşmələri və onların havadarları ərazilərimizi bir-birinin ardınca işğal edirdilər. Möhtərəm Prezidentimizin xatırlatdığı kimi, məhz ölkə daxilindəki xaosun, anarxiyanın, mənəm-mənəmliyin məntiqi nəticəsi olaraq Dağlıq Qarabağ və Laçın rayonu ilə  yanaşı, 1993-cü ilin aprelində Kəlbəcər kimi strateji əhəmiyyətli rayon da AXC-Müsavat hakimiyyətinin xəyanəti ucbatından düşmənə təslim edildi. Bütün bunlarla yanaşı, Dağlıq Qarabağ ətrafı digər rayonların da işğala məruz qalmasına geniş zəmin yarandı. Ön cəbhədə, orduda olan belə bir acınacaqlı şəraiti aradan qaldırmaq, ölkəni düşdüyü dramatik situasiyadan çıxarmaq əvəzinə paytaxtda hakimiyyətdaxili mübarizə gündən-günə qızışırdı. Bu mübarizədə ön cəbhədə dislokasiya olunmuş silahlı birləşmələrdən istifadə edilməsi isə işğalçı Ermənistan ordusunun əl-qolunu açırdı. Nəticədə xəyanətkar AXC-Müsavat hakimiyyətinin hərbi sahədəki üzdəniraq “nailiyyətləri” ona gətirib çıxardı ki, ermənilər ölkəmizin ümumilikdə 20 faiz ərazisini işğal etdilər.”

Vüqar Rəhimzadə əlavə edib ki, bir illik hakimiyyətləri dövründə  dağıdıcı AXC-Müsavat cütlüyü yalnız dövlətə, xalqa xəyanəti, millətə zülm verməsi, insanları çörəklə imtahana çəkməsi, ölkəni vətəndaş müharibəsi həddinə çatdırması, separatizmi alovlandırması və s. ilə yadda qaldı: “Bütün bunlar bu gün dili boğaza qoymayan Əli Kərimli və onun kimi antimilli ünsürlər  üçün daha bir tarixi xatırlamaq dərsi olmalıdır. Yaxın tariximizdə baş verən hadisələri xatırlayarkən isə hər birimiz bir daha əmin oluruq ki, bu gün haqdan, ədalətdən, demokratiyadan, insan hüquqlarından dəm vuran Əli Kərimli və onun  ətrafındakılar vaxtilə  milləti  aclıqla imtahana çəkmiş Vətən xainləri, xalq düşmənləridir.”




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ